Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
2017-ci ilin ən çox satılan kitabları - SİYAHI
Tarix: 20.12.2017 | Saat: 14:29:00
Bölmə:Siyasət | çapa göndər

2017-ci il Azərbaycanın kitab bazarında müəyyən canlanmalarla yadda qaldı. Doğrudur, kitab satış bazarında elə bir yenilik – kitab oxuyanların sayında ciddi artım qeydə alınmasa, da xeyli sayda endirim kampaniyaları, kitab sərgiləri keçirildi. Müxtəlif qrupların cəmiyyəti kitab oxumağa təşviq etmək üçün “1 manatlıq kitab aksiyası” keçirməsi də təqdirolunandır.

Hətta "Azərkitab” Kitab Təbliğatı Mərkəzinin açılışını da xoşməramlı missiya kimi bu ilin “ayağına” yazmaq olar. Hafta.az-ın obyektivini kitab satış mərkəzlərinə, mağazalarına çevirdik. Ən çox satılan kitabların siyahısını məhz həmin satış mərkəzlərindən əldə etməyə çalışdıq. Hər kitab mağazasından bizə təqdim olunan il ərzində ən çox satılan kitabların onluğunu ümumiləşdirib sizə təqdim edirik.

Yerli yazıçılar:

Birinci yerdə Xalq yazıçısı Çingiz Abdullayevin “Böyük oyun” və “Vyana gecəsinin sirri” adlı dedektiv janrında yazılmış əsərləri bu ilin kitab satışı reytinqində ilk pillədə qərarlaşıb. Yüzlərlə nüsxəsi satılıb.  

İkinci yerdə digər dedektiv yazıçı Elxan Elatlı qərarlaşıb. Yazıçının “On dördüncü” adam romanı dedektiv janrına meylli oxucuların sevimli kitablarından olub. İlin sonlarına yaxın çapdan çıxmasına baxmayaraq, iki-üç həftə ərzində satış sayı xeyli yüksəkdir. Kitab satıcıları bunu müəlliflərin və nəşriyyatların bu qəbildən olan nəşr nümunələrinin daha çox reklam edilməsi ilə əlaqəli olduğunu deyirlər.

Üçüncü pillədə “Qədim Qala” nəşriyyatında çapdan çıxmış “Bu şəhərdə kimsə yoxdur” kitabıdır. Rövşən Abdullaoğlunun müəllifi olduğu nəşr nümunəsi hətta ilin ilk altı-yeddi ayı ərzində satış sayına görə, ilk pillədə qərarlaşıbmış.

İlk dördüyü isə Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanı əsəri tamamlayır. Oxucuların ən çox sevdiyi bu əsər ən çox satılan bədii nəsr nümunəsi kimi ilk dördlükdə qərarlaşan ilk kitabdır. Təbii ki, yerli yazıçılar arasında.

İlk beşliyi tamamlayan  Qurban Səidin “Əli və Nino” bestselleridir. Satıcılar deyir ki, əsərin süjet xətti Hollivudda ekranlaşdırıldıqdan sonra “Əli və Nino”nu alanların sayında yenidən artım müşahidə olunur. Kitabın qiyməti 8 manatdır.

Altıncı sırada yeni Elxan Elatlıdır. Müəllifin “Məhəbbətin gizli kodu” əsəri paytaxtın kitab mağazalarından soruşulan əsərlərdəndir. Lirik dedektiv janrında qələmə alınmış əsərin qiyməti 6 manat 70 qəpikdir.

Yeddinci sırada Dilqəm Əhmədin “Fərqlilər” araşdırma kitabıdır. Azərbaycan Xalq Cümhuriyyəti fədailərinin indiyədək tapılmayan fotoları, məktubları yer alan kitab xüsusən gənc oxucuların ən çox oxuduğu kitablardandır.

Səkkizinci sırada Məhhəmməd Əsəd bəyin “Qafqazda neft və qan”, eləcə də “Qafqazın on iki sirri” kitabıdır.

Doqquzuncu sırada isə yenidən və tam şəkildə Azərbaycan dilində nəşr olunan “Qafqaz günləri” kitabı oxucuların ən çox müraciət etdiyi əsərlərdəndir. Kitabın müəllifi iki Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevin nəfəsi olan Ümmülbəni Banindir. Fransada mühacirətdə yaşamış həmyerlimiz kitabı fransız dilində qələmə alıb. Sonrada Azərbaycan dilinə tərcümə olunub.

Onuncu sırada isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əks kəşfiyyat xidmətinin rəisi olmuş Nağı bəy Şeyxzamanlının “Xatirələr”idir. Xatirələr seriyasından çap edilən əsər ən çox alınan kitablar siyahısında ilk onluğu tamamlayır.

Xarici yazıçılar:

Dünya yazarlarının orijinal və tərcümə edilmiş  nəşrləri arasında ən çox satılan kitabların ilk onluğuna Jojo Moyesin “Eyni ulduzun altında” kitabı  və şotland yazıçı Artur Konandoylun “Şerlok Holmes” dedektivi liderlik edir. İkinci sırada Nobel mükafatı laureatı Orxan Pamukun “Qırmızı saçlı qadın” kitabı qərarlaşıb. Maraqlıdır ki, kitabın orijinal dili olan Türkiyə türkcəsindəki kitabları da eyni satış rekorduna sahibdir. Əfqan əsilli Amerika yazıçısı Xalid Hüseynin “Çərpələng uçuran” kitabı ən çox satılan kitablar siyahısında ilk üçlüyü tamamlayır.

Yuval Noah Hararinin “Sapiens: insan növünün qısa tarixi” kitabı ilk dördlüyü tamamlayan tarixi-elmi janrda yazılmış əsəri ən çox oxunan xarici ədəbiyyatlar seriyasındadır. Kitabın ölkəmizdə də bestseller seriyasından çap edilməsi, oxucuların diqqət mərkəzinə düşməsinə səbəb olub. Mark Levinin “Qorxudan daha güclü hiss” romanı dilimizə tərcümə edilib nəşr olunduqdan sonra böyük səs- küyə səbəb olmuşdu. Kitab ötən il çap edilsə də, bu il də öz satış intensivliyini qoruya bilib. “Qorxudan daha güclü hiss” 2017-ci ilin ən çox oxunan xarici ədəbiyyatlar siyahısında ilk beşliyi tamamlayır.

Türkiyəli yazıçı Mümin Sekmanın “Hər şey səninlə başlar” romanı altıncı sırada qərarlaşıb. Hindistan əslli yazar Oşhonun “Qadınların kitabı” kitabı ilk onluqda yeddincidir. Ən çox satılan xarici romanlar içərisində səkkizliyi Jojo Moyesin “Səndən sonra”sı tamamlayır. Daha çox yeniyetmə və gənclərin əldə etmək istədiyi kitabın dəyəri 12 manatdır.

Amerikalı yazıçı Con Steynbekin  “Siçanlar və adamlar” adamlar əsəri ilk onluqda doqquzuncudur. 2017-ci ilin ən çox oxunan xarici ədəbiyyat sırasında ilk onluğu isə yəhudi əslli çexiyalı yazıçı Frans Kafkanın “Çevrilmə”si tamamlayır.

Doğrudur, ən çox oxunan ədəbiyyatlar siyahısında dedektiv romanların qərarlaşması müəyyən qədər təssüf hissi doğursada, bu mərhələnin də tezliklə aşılacağına inanırıq. Müxtəlif təbə oxucuların meydana gətirdiyi rəngarəng kitablar seriyasının ən çox satılanlar siyahısında olması qanunauyğunluqdur. Bunu satıcılar deyir.

Bəs oxucular nə düşünür?

Sorğumuz nəticəsində məlum oldu ki, oxucuların kitabdan “qaçmasının” əsas səbəblərindən biri də onların baha qiymətə satışa çıxarılmasıdır. Ona görə də, əksər oxucular kitabxanalara abunə yazıldıqlarını, əvvəlki illərdə çap edilmiş əsərləri oxuduqlarını deyirlər. Sorğumuz zamanı Ziya adlının verdiyi cavab daha çox diqqətimi çəkdi. Ziya bəy deyirdi ki, bir dövlətdə iki şey baha olarsa, həmin ölkədə fəlakət başlayar. Müsahibimə görə, onlardan biri çörək, digəri isə kitabdır. Hesab edirəm ki, səhv yanaşma deyil.

Nəşriyyatlar isə ölkədə kitabların baha olmasını ölkəyə gətirilən kağızlarla əlaqələndirirlər. Onlar nəşriyyatlar üzərində 18 faizlik ƏDV-nin olmasını kitab çapında qiymətlərə təsirsiz ötüşmədiyini vurğulayırlar. Yeni ildə daha çox kitab arzusu ilə, ömür kitabınız daha mənalı olsun. Yeni iliniz mübarək!..



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.02.2018
19.02.2018
18.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
Özüm kimi yumurtam da 1 nömrədir - FOTO
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO