Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakının məşhur mağzasında ana övladı ilə girov saxlanılıb
Tarix: 21.12.2017 | Saat: 12:58:00
Bölmə:Sosial | çapa göndər

Bakı şəhər sakini Qazıbəyova Leyli Cəmil qızı Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanında istehlakçı hüququnun pozulduğunu iddia edir.


Hafta.az-ın məlumatına görə, bu barədə o, Azad İstehlakçılar Birliyinin rəhbəri Eyub Hüseynova məktubla müraciət edib. O qeyd edib ki, 19.12.2017 tarixdə Xəqani küçəsi 21 ünvanda yerləşən “COCO” dükanına mal almaq üçün daxil olub və başına xoşagəlməz hadisə gəlib:

“Övladımın 4 yaşı var və o da mənim yanımda idi. Uşaq çox sıxlıq olan dükanda manekenə toxundu, nəticədə maneken aşdı və pencəyin yaxasında olan dəmir broşka harasa toxunub bəzəklərdən ikisi qopdu. Ancaq broşka qətiyyən qırılmadı. İşçilər məni günahlandırdı və hər ikimizi dükandan buraxmayacaqlarını bildirdi. Qopmuş düymələr üçün 45 AZN pul tələb etdilər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı. Əslində dükanda bizi “həbs” edib 45 AZN-i tələb etdilər. Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00 idi. Mənə ödədiyim məbləğ müqabilində kassa çeki verilmədi, broşkanı sellofana qoyub mənə verdilər.


Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi, broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib. Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edib 45 AZN-i tələb etsə də hələ ki, ödənilməyib.


Düşünürəm ki, bu haqsızlıqdır, broşkanın qiyməti maksimum 10 AZN ola bilər, qopan şüşəni asanlıqla yapışdırmaq olar və bunu edə bilərəm.


Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz, broşka qaytarılsın, ödədiyim 45 AZN mənə verilsin dükanda baş verən bu haqsızlıq barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018