Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxtın “Soyuq əllər – isti ürəklər”i... - REPORTAJ
Tarix: 25.12.2017 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Dünya Yeni ilin astanasındadır. Həmişə olduğu kimi, paytaxt-şəhərlərdə bayram coşqusu daha çox hiss olunur. Bakı da bu trenddən geri qalmır və şəhər Yeni ilin daha təmtəraqlı keçirildiyi Avropa ölkələri ilə müqayisəolunacaq görkəmdədir. Bu mənada, son illərin Milad bazarını xüsusi vurğulamaq yerinə düşər. Artıq ənənə halını alan “Soyuq əllər – isti ürəklər” xeyriyyə yarmarkası paytaxt sakinlərinin gözlədiyi mərasimə çevrilib.

“Nargis Fund” tərəfindən Fəvvarələr meydanında ənənəvi olaraq təşkil edilən layihə artıq dekabrın 1-dən start götürüb və 2018-ci il yanvarın 15-dək davam edəcək.
Böyükdən-kiçiyə hər kəsin səbirsizliklə gözlədiyi və 5-ci dəfədir, keçirilən bu yarmarkadan toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə işlərinə sərf ediləcək. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstərəcək.
Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini məşhur insanlarla görüşü, sevimli ifaçıların çıxışı, maraqlı hədiyyələr və dadlı şirniyyatlar gözləyir. Xeyriyyə yarmarkası Fəvvarələr meydanında qurulmuş kiçik taxta evciklərdə təşkil edilib. Burada hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti çay içə, təzə şirniyyatdan və milli yeməklərdən dada bilər.
Builki tədbir miqyasına və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən fərqlənir. Yarmarka ərzində satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, ötən il ­olduğu kimi, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanmış məmulatlar da çıxarılıb. Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta baba və Qar qızı, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkündür.
Yarmarkanın gündəlik açılış və bağlanış saatı səhər saat 10:00-dan, axşam saat 22:00-dəkdir.


Əraziyə baş çəkib yarmarka ilə tanış olduq. İlk diqqətimizi çəkən “Qanun” nəşriyyatının kitab satışı oldu. Nəşriyyatdan bildirdilər ki, kitablara endirimlər var. Hətta burada 1 manata da kitab almaq olar. Hansı ki, başqa vaxtı bu kitablara belə qiymətə almaq mümkün deyil. Bütünlükdə çap məhsullarına 20 faiz endirim olduğunmu dedilər.
Yerli keramika məhsullarını təqdim edən “Çələbi” şirkətinin işçiləri yarmarkadan məmnun oldu qlarını dedilər. Onlar təqdim etdikləri mallara endirim olduğunu bildirdilər. Məsələn, şirkətə məxsus ekskluziv fincanı 17 manata endirimlə əldə etmək olar. Təklif olunan malların hamısının əl işi olduğunu dedilər.
Yarmarkada insanlara pulsuz balıq dadmağı təklif edən “Seafood” kafesi yarmarkaya gələn müştərilərə pulsuz balıq dadmağı təklif edir. Qaldı ki, bu ləzzəti daddıqdan sonra özünüz bilərsiniz, istəyirsiniz balıq alın, istəyirsiniz almayın.
Yarmarkada “Coca Cola” şirkəti də müştəriləri üçün endirimlə içkilər təqdim edir. Şirkətin şəkil çəkdirmək üçün meydana qoyduğu avtomobilin qarşısında isə qələbəlikdir.
“Kartof” kafesinin satıcısı da razı görünürdü. O, 1 manata təklif etdikləri kartof kababına böyük maraq olduğunu dedi. İnsanlar daha çox köşklərdən aldıqları isti qəlyanaltı və kofe-çayı yarmarkanın ortasında qoyulan masalarda oturaraq yeyib-içirdilər.
Bəzək əşyaları, bijuteriya satışı ilə məşğul olanlar da narazı deyildi. Gün ərzində 25-30 nəfər alıcılarının olduğunu dedilər.


Satıcılar daha çox şənbə-bazar günləri qələbəlik olduğunu dedilər. Adi günlərdə isə iş saatlarından sonra gələnlərin olduğunu bildirdilər: “Gələnlər adətən baxır, soruşur, şəkil çəkdirir, alıcılar azdır”.
Hər həftənin istirahət günləri axşam saatlarında yarmarkaya gələnlər tanınmış ulduzların ifasında canlı konsert proqramından zövq ala bilər. Qeyd edək ki, yarmarka 2018-c il yanvarın 15-dək davam edəcək. Siz də bu fürsətdən yararlanın, əlləriniz soyuq, ürəkləriniz isti olsun.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2018
15.01.2018