Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Artıq azərbaycanlı tələbələr milli kimliklərini gizlədir” – Kastamonu rüsvayçılığı
Tarix: 28.12.2017 | Saat: 10:49:00
Bölmə:Gündəm | çapa göndər

Xəbər verdiyimiz kimi Türkiyənin Kastamonu universitetində oxuyan 8 azərbaycanlı tələbə qəsbkarlıq və hədə-qorxu yol ilə pul tələb etmə ittihamları ilə tutulub. İddiaya görə Azərbaycan vətəndaşı olan həmin 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni təhsil almağa gedən azərbaycanlı tələbələri soymaqla məşğul olub. Onlar Azərbaycandan universitetə təhsil almağa yeni gedənləri hədələyərək pul istəyib, əşyalarını ələ keçirib.

Banda üzvləri sonuncu dəfə azərbaycanlı tələbənin yaşadığı evə basqın edərək ona işgəncə verib, barmaqlarını qırıb. Sonra onun notbukunu və fotoaparatını zorla alıblar. Şikayət əsasında hərəkətə keçən Kastamonu polisinin əməliyyatçıları E.E., F.A., N.A., R.A., M.Y., S.M., H.A. ve S.R. adlı tələbələri həbs edib. Onlar ilkin dindirmədən sonra məhkəməyə çıxarılıb, barələrində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Məsələnin izinə düşərək Türkiyədə baş verən bu utancverici hadisəni daha ətraflı araşdırmağa çalışdıq. Kastamonu Universitetinin tələbəsi Tural Elçin hafta.az-a açıqlamasında bildirdi ki, təhsil aldığı şəhərdə azərbaycanlı tələbələrin rüsvayçı hərəkətləri ilə gündəmə gəlməsi adi hal olub. Həftədə bir dəfə oğurluq etdiyinə görə polis şöbəsinə aparılan azərbaycanlı tələbələrin sərgüzəştlərini eşitməyə adət ediblər:

“Ayaqqabı, geyim, ərzaq dükanları "bizimkilərin" əlindən dad deyir. Amma bu günlərdə eşitdiyimiz hadisəyə elə özümüz də heyrət etdik. 7-8 nəfərlik dəstə üzvləri xuliqanlıq, dələduzluq, oğurluq və s. hərəkətlərdə günahlandırılır. Günahları subuta yetirilib. Azərbaycanlı, hətta digər millətlərdən olanlar tələbələrdən pul tələb etmə, telefon, komputer kimi əşyalarının qəsb edilməsi, qarşı gələnlərə fiziki təyziq göstərmək və sadalaya bilmədiyimiz daha nələr... Bu cür işlərlə məşğul olurdu”.

Tural Elçinin sözlərinə görə, həmin azərbaycanlı tələbələrin ucbatından ölkəmiz haqqında yaranan rəy o qədər pisdir ki, artıq azərbaycanlı tələbələr milli kimliklərini gizlədir:

“Yaxşı bu nə qədər davam edəcək?! Üzümü “xaricdə təhsil” şirkətlərinə tuturam. Onlara demək istəyirəm ki, bura göndərdiyiniz adamları bir yoxlayın.  Görün bir kitabı üzündən oxumağı bacarırmı? Pul alıb bura göndərəndə baxın bu adamın tərbiyəsi nə yerdədir. Bir az da bizi fikirləşin. Daha kirayə ev də vermirlər azərbaycanlı olduğumuzu biləndə. 70 %-i oxumaqdan savayı hər işlə məşğul olur. Əxlaqdan, etik davranışdan, milli təəssübkeşlikdən zərrə qədər xəbərləri yoxdur. Bu il Kastamonu Türk Dünyasının paytaxtı elan edilib. Bütün türk xalqlarından olan tələbələr mədəni tədbirlər həyata keçirir, ictimai fəallıq göstərirlər. Bizimkilərin bir yerə yığışdığını eşidəndə, bilirik ki, bu onların təbirincə desək "voravskoy" məclisdir. Biz 200-dən çox tələbə arasında 20-25 nəfə tələbə tapıb bir tədbir təşkil edə bilmirik. Halbuki əcnəbi ölkələrdən gələnlər arasında çoxluq təşkil edənlərdən biri azərbaycanlılardır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti