Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bu orden Mehriban xanım Əliyevanın gördüyü işlərə növbəti qiymətdir” – QƏNİRƏ PAŞAYEVA
Tarix: 28.12.2017 | Saat: 15:28:00
Bölmə:Siyasət | çapa göndər

“Bu mükafata qədər birinci vitse prezident Mehriban xanım Əliyeva çox sayda beynəlxalq mükafatlara layiq görülüb. Onun bu gün dünyanın ən ehtiyacı olan dəyərə - mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi böyük önəm, bu istiqamətdə Azərbaycanın daxilində və ölkəmizdən kənarda keçirilən layihələr hər zaman yüksək qiymətləndirilib. Mehriban xanımın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunması bu qəbildən olan növbəti qiymətdir”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkili bir daha vurğulayıb ki, bu ilk deyil. Bundan əvvəl də Mehriban xanım Əliyeva orden və medallarla təltif olunub:

“Mehriban xanımın tək Azərbaycan daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da həyata keçirdiyi, dəstək verdiyi layihələr, istər Heydər Əliyev Fondunun prezidenti kimi, istər YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi gördüyü işlər hər zaman qiymətləndirilib. Bu orden də ölkəmizin birinci xanımına verilən növbəti qiymətdir. Təbii ki, bu cənab prezidentin rəhbərliyi altında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa Azərbaycanın verdiyi önəmə göstərilən diqqətdir. Çünki cənab prezidentin rəhbərliyi altında ölkəmizdə dəfələrlə beynəlxalq səviyyədə, bütün beynəlxalq təşkilatların təmsil olunduğu istər Qərb dünyasının, istərsə də Avropanın və müsəlman dünyasının bütün təşkilatlarının iştirakı ilə böyük şəkildə tədbirlər həyata keçirilib. Bakı deklorasiyaları qəbul olunub”.

Qənirə Paşayevanın sözlərinə görə, Azərbaycan Qərblə Şərq, Qərblə müsəlman dünyası arasında bir körpü olaraq bu önəmli layihələri həyata keçirir. Eyni zamanda özünün örnəklərini təqdim edir:

“Biri var, kimsə tədbir keçirir, biri də var, bu Azərbaycan xalqının yaşayış ənənələridir. Azərbaycan bu baxımdan da çox modern bir ölkədir. Cənab prezident də bildirir ki, dövlətin siyasəti bu istiqamətdə olarsa, çox böyük uğurlar qazanılması mümkündür. Bu səbəbdən dünyada gərginliklərin artdığı bir dönəmdə Azərbaycana bu məsələdə hər zaman xüsusi diqqət yetirilməsi, Azərbaycan örnəyinin öyrənilməsi məsələsinin hər zaman xüsusi vurğulanması çox önəmlidir. Mehriban xanım da cənab prezidentlə bərabər bu işləri həyata keçirir, sadəcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da böyük işlər görür. Belə təltiflər bundan sonra da olacaq. Çünki tolerantlıq və mədəniyyətlərarası dialoqa töhvə dünya üçün çox vacib məsələlərdən biridir”.

Millət vəkili həmçinin vurğulayıb ki, bu istiqamətdə böyük çalışmalar ortaya qoyan insanların beynəlxalq səviyyədə dəyərləndirilməsi çox önəmlidir:

“Ona görə də Mehriban xanım Əliyevanı bu münasibətlə təbrik edirik. İnanırıq ki, bu sahədə gördüyü önəmli işlər, böyük layihələr daha da uğurlu olacaq. Bu cür mükafatların sayının daha da artacağına inanırıq”. 

Qeyd edək ki, iki gün öncə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban Əliyevaya Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edib.

Rusiyanın patriarxı bildirib ki, adıçəkilən mükafat Azərbaycanın birinci vitse-prezidentinə  Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakına görə verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti