Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Saxlatmağa imkanımız olmadı” – Ölən erməni əsgərin atası
Tarix: 08.01.2018 | Saat: 13:08:00
Bölmə:İrəvan xəbərləri Cəbhədən xəbər var | çapa göndər

Yanvarın yeddisində Dağlıq Qarabağ cəbhəsində Azərbaycan Ordusunun cavabı atəşi ilə öldürülən erməni əsgər Vaçe Çilingəryan haqqında bəzi maraqlı faktlar üzə çıxıb.

Hafta.az tert.am-a istinadən bildirir ki, əslən Ermənistanın Geğarkunik rayonunun Şoxaqat kəndindəndir. İşğalçı ordunun 19 yaşlı əsgəri evin tək övladı olub. Əvvəlcə Ermənistanın Gümrü şəhərində təlim keçib. Ailəsinin imkanları olmadığı üçün Çilingəryanı nisbətən təhlükəsiz bölgə hesab edilən Gümrüdə saxlamaq mümkün olmayıb. Ondan sonra cəbhənin şimal istiqamətinə göndərilib. Bunu Çilingəryanın atası Kotayk deyib:

"Əsgərliyə bir qədər gec getdi. Böyrəyində problem var idi. Həmişəlik saxlatmaq isə mümkün olmadı. Ondan başqa iki qızım var. Tək oğlum idi". 

İşğalçı ölkənin məhv edilən əsgəri bir il imiş ki, işğal olunmuş ərazilərimizdə xidmət keçirmiş.

Qeyd edək ki, ötən gün cəbhə xəttində Ermənistan ordusunun bir əsgərinin öldürülməsi ilə bağlı xəbər vermişdik. 

Öldürülən erməni əsgər Vaçe Çilingəryan


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018