Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Zika” virusu Azərbaycan sərhədlərinin iki addımlığında
Tarix: 09.01.2018 | Saat: 16:47:00
Bölmə:Sosial | çapa göndər

Son illər dünyada bir çox ölüm saçan viruslar yayılıb və əlbəttə, nə qədər də can alıb. O cümlədən, “Zika” virusu da neçə ildir bəşəriyyətin bəlasına çevrilib. Bu günlərdə Türkiyənin Xalq Səhiyyəsi Baş İdarəsinə bağlı Tibbi Təhlükədən Erkən Xəbərdarlıq şöbəsi rəsmən ölkədə yayılması gözlənilən “Zika” virusuna daur xəbərdarlıq mahiyyətli hesabatnı təqdim edib.

Xüsusilə Cənubi Amerikada geniş yayılan bu virusun son dərəcə ölümcül olması ilə bağlı hazırlanan hesabatda bildirlib ki, 2017-ci ilin oktyabrında Türkiyəyə xaricdən gəlmiş 4 şəxsdə “Zika”nın aktiv daşıyıcıları aşkarlanıb. Acınacaqlısı budur ki, “Zika” virusunun yayılmasında çox güclü rol oynayan “Aedes aegypti” cinsli ağcaqanadlar Türkiyənin şərqi Qara dəniz bölgəsində - Artvindən başlayaraq Giresun vilətinədək olan ərazidə, bu yandan da Batumidən Krım yarımadasınadək olan geniş coğrafiyada yayılıb. Hətta həmin ağcaqanadların sözügedən təhlükəni Azərbaycana da gətirməsi mümkündür.

“Zika” virusu nədir? Bu virus ilk dəfə 1947-ci ildə meydana çıxıb. İlk olaraq Uqandada “Zika” meşələrində yaşayan meymunlarda aşkarlanan virus geridə buraxdığımız 70 il ərzində insanlara keçməmişdi. “Zika Flaviviridae” ailəsinə aid olan flavivirusdur. Əsasən “Aedes aegypti” növündən olan ağcaqanadlar vasitəsilə insanlara yoluxan virus, xüsusilə hamilə qadınlara böyük zərər vurur. Yəni hamilə qadına yoluxan infeksiya sonda uşağın şikəst, anormal sağlıqlı doğulmasına yol açır. Onu da qeyd edək ki, daha çox yeni doğulan bu cür uşaqların baş-beyin hissəsi normaldan xeyli kiçik olur. 

Başqa bir qrup elm adamları isə deyir ki, “Zika” virusu ilk dəfə 1954-cü ildə Nigeriyada aşkar edilib. Amma bu bəla o dövrdə epidemiya halını almayıb. Yəni, ölümcül simptonları ortaya çıxarmadığından həyəcan siqnalı verilməyib. Amma noyabrın ikinci yarısından başlayaraq Cənubi Amerikada sürətlə yayılan “Zika” 21-ci əsrdə böyük epidemiya təhlükəsi yaradıb.

Elə Türkiyədəki səhiyyə idarəsinin hesabatında da qeyd edilir ki, Türkiyənin şərqində də yaşayan “Aedes aegypti” ağcaqanadları, qarşısı vaxtında alınmazsa, 5-7 il ərzində həmin epidemiyanı bütün şərqi və mərkəzi Anadoluya yaya bilər.

Hesabatda göstərilir ki, “Zika” virusuna yoluxan 4 əcnəbinin dördü də Kubadan Türkiyəyə dincəlməyə gələnlərdir. Onlar qızdırma-titrətmə, halsızlıq, əzələ ağrısı, bədəndə şişmə kimi əlamətlərlə xəstəxanaya aparılıblar və müayinə zamanı “Zika”nın daşıyıcısı olduqları üzə çıxıb.

Hesabatda deyilir ki, heç də təhlükəni görməməzliyə vurub, arxayınlaşmaq olmaz. Çünki hazırda dünyada 2,2 milyard insan bu virusa yoluxma risqindədir. O cümlədən, Anadolu və ona yaxın coğrafiyada yaşayan insanlar da heç nədən sığortalanmayıblar.

Azərbaycana gəldikdə, əvvəlcə deyək ki, qardaş ölkəyə hər il yarım milyon civarında soydaşımız gedib-gəlir. Üstəlik, bu ölkənin məktəblərində 15 mindən çox azərbaycanlı tələbə təhsil alır. Türkiyənin özündən də Azərbaycana gəlib-gedən insanların sayı on minlərlədir. Yəni Azərbaycan vətəndaşlarının həm Türkiyədə adıçəkilən virusla qarşılaşmaq təhlükəsi yüksəkdir, həm də ölkəmizə gələn insanlar, bunlar elə epidemiyanın tüğyan etdiyi Latın Amerikası dövlətlərindən gələn turistlər də ola bilər, “Zika”nı hansısa formalı təmaslarla yayılmasını sürətləndirə bilər. Bu da Azərbaycanın səhiyyə sistemini gözdə-qulaqda olmağa vadar etməlidir.

Amma bizi bir qədər rahat edən odur ki, həm şimal-şərqi Anadolunun bəlli coğrafiyasında yaşayan ağcaqanadlar, hələlik, çox geniş areala yayılmadığından və Latın Amerikası, eləcə də Mərkəzi Afrika ölkələri ilə gediş-gəlişimiz çox olmadığından epidemiyanın təhlükəsini bir az azalır. Əlbəttə, bu müstəvidə Türkiyə sözügedən epidemiyanın təhlükəliliyi baxımından 4-cü kateqoriyaya aid edilir. Bu da virusun Azərbaycan ərazisinə yayılması risqini xeyli azaldır. Həm də qış fəslidir deyə, yayıcı ağcaqanadlar, hələlik, yoxdur. Amma qışın ömrü də uzun deyil...

Ümumiyyətlə, “Zika” virusu barədə nələri bilirik? Öncə qeyd edək ki, virusa yoluxan insanların əksəriyyəti hansısa formada tibbi narahatlıq keçirmir. Sadəcə, yüngülvari qızdırma, əzələlərdə gərginlik, başağrısı, qusma halları və gözün içində həfif qızartı hiss olunur. Özü də bu vəziyyət bir həftədən uzun sürmür.

 

Qəribədir ki, 70 ildir mövcud olmasına baxmayaraq, hələlik, “Zika”ya qarşı peyvənd kəşf edilməyib. Alimlərin qənaətincə, virus, görünür, heç vaxt ciddi təhlükə yaratmadığı üçün dövlətlər əlavə vəsait xərcləmək istəməyiblər. Beynəlxalq çağırışlara cavab olaraq isə alimlər deyirlər ki, “Zika” virusuna qarşı aşı hazırlamağa azından ilyarım - iki il vaxt lazımdır. Bu da dərman hazırlayan şuraların, təşkilatların rəsmi icazəsindən asılıdır. Hansı ki, həmin qurumların “Zika” ilə bağlı həssaslıq göstərdiyi görünmür. Bu səbəblərdən də “Zika”ya qarşı aşının hazırlanması 10 il çəkəcək. 

Bu yerdə xatırladaq ki, “Zika” virusunun yayılma halları 2010-cu ildən bəri 30 dəfə artıb.

İstər Türkiyə olsun, istərsə də Azərbaycan, fərqi yoxdur, nə qədər ki, xaricə gediş-gəliş var, təhlükə də qalacaq. Xüsusilə də. Nəzərə alaq ki,  Meksikadan Braziliyayadək olan Latın Amerikası coğrafiyası xaricdə istirahət etməyi sevən vətəndaşlarımız üçün cəlbedici regiondur. Baxmayaraq ki, Mərkəzi Amerika ölkələrində epidemiya pik nöqtəsinə çatıb, amerikalılar yenə də bu tropik regionda istirahətlərindən qalmırlar. Hansı ki, məsələn, bölgənin tam mərkəzində yerləşən Salvadorda epidemiya hətta hamilə qadınların həyatına birbaşa təhlükə yaradıb. Hazırda region ölkələrində virusun hamilə qadınlara təsiri ilə anomal şəkilli körpə doğulması halları sürətlə artır. Üstəlik, körpələr arasında ölüm faizini də yüksəldib.

Türkiyədəki Namiq Kamal Universiteti tibb fakültəsinin professoru, Tibbi Mikrobiologiya üzrə mütəxəssis Aynur Ərən Topkaya deyib ki, “Zika” virusu insana yalnız qanla deyil, həm də cinsi yolla keçir: "Zika” virusu Flaviviradae ailəsindəndir və onunla öz qohumları olan “Sarı Humma”, “Dark”, “Alena” və “Qərbi Nil” virusu kimi yayıcılar arsında həm klinik, həm də ümumi bənzərlik mövcuddur”. 
Professor Topkaya əlavə edib ki, əslində “Zika” meşələrində yaşayan meymunlarda “Sarı Humma” virusu tapılanda hazırda başağrısına çevrilən virus da aşkar edilmişdi: “Əvvəl ona əhəmiyyət verilmədi, dünya tibb mütəxəssisləri problemin üstünə düşmədilər. Nəticəsi də o oldu ki, 2007-ci ildə sürətlə yayılmağa başladı. 2015-ci ildə isə Afrikanın mərkəzində - Uqandada doğulan “Zika” virusu okeanın o tayındakı Meksikadan Braziliyayadək geniş coğrafiyada epidemiyaya çevrildi. Heç olmaya 2007-ci ildə aşı hazırlanması üçün təcrübələrə başlanılsaydı, bu gün fəlakətin qarşısını almaq mümkün olardı”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018