Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kredit borcuna görə ölkədən çıxa bilməyən vətəndaşlar üçün çıxış yolu – YENƏ DƏ MƏHKƏMƏ…
Tarix: 10.01.2018 | Saat: 17:01:00
Bölmə:Sosial | çapa göndər

Bu il yanvarın 5-də  Azərbaycan Respublikası vətəndaşı İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb. Bu tək bir faktdır. Vətəndaşların gizli yollarla digər ölkələrə keçməsinin səbəbi elə birinci cümlədə qeyd olunub; banklara kredit borcu səbəbindən məhkəmə qərarları nəticəsində vətəndaşın ölkədən çıxışı məhdudlaşdırlıb.

Banklara borclu qalmış xeyli insan yaranmış vəziyyətdən həm narahatdır, həm də şikayətçidir. Onların bəziləri qeyd edir ki, xarici ölkələrdə işləyərək banklara olan borclarını qaytarmaq istəyirlər. Amma buna imkan verilmir. Bir qism borclu insan isə sağlamlıqları ilə əlaqədar ölkədən çıxa bilmədiklərini iddia edirlər. Onlar hansısa sponsor vasitəsi ilə xəstəliklərinə xarici ölkələrdə çarə qılmaq istədikləri halda ölkədən çıxış qadağası banklara borcu olan şəxslərin qarşısını kəsir.

Milli Məclis, Maliyyə Bazarlarına Nəzarət Palatası, eləcə də Milli Bank hələlik məsələyə qarışmaq istəmir. Onların bu susqunluğu isə vətəndaşların qanunla müəyyən olunmuş səyahət etmək azadlığının əlindən alınmasına gətirib çıxarır. Aidiyyatı qurumların banklarla kreditgötürənlər arasındakı çəkişmələrə nə zaman müdaxilə edəcəyi isə hələ ki, açıq qalır.

Milli Məclisin üzvü Vahid Əhmədov hafta.az-a açıqlamasında deyib ki, aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilmişdir:

“Bu çox ciddi məsələdir. Kredit borcu olan vətəndaşların ölkədən çıxa bilməmələri ilə bağlı mənə də müraciətləri olur. Arada banklarla da bu barədə danışıram. Açığını deyim ki, onlar da bu məsələdə müəyyən güzəştə gedirlər. Bununla bağlı biz də müəyyən məsləhətlər veririk. Amma məsələnin özü böyük problemə çevrilib. Çünki banklara borcu olan insanların sayı həddən artıq çoxdur. Kredit borcu olan vətəndaşların ölkədən çıxmasına məhkəmələrin qadağa qoyması çıxış yolu deyil. Ona görə ki, insanlar hansısa işlə məşğul olmalıdırlar, haradasa işləməlidirlər. O vəsaitləri qaytarmaq üçün pul qazanmalıdırlar. Bankların bu qədər işi məhkəməyə qədər aparıb çıxarması qəbuledilməzdir. Bunun bir yolunu tapmaq lazımdır. Banklara kredit borcu olan vətəndaşların ölkədən çıxması ilə əlaqədar məsələyə Milli Məclisdə toxunacağıq”.

Vahid Əhmədov həmçinin qeyd edib ki, bunların hamısı tənzimlənməlidir. Ölkədən çıxma yasağı olan vətəndaşların bəzilərinin borcu iri, bir xeyli hissəsininki isə nisbətən kiçik vəsaitlərdir:

“Kredit borcu iri olan vətəndaşların ölkədən çıxışına qadağa qoyulmasını başa düşürəm. Hökümət də ehtimal edir ki, iri vəsaitləri olan insanlar çıxar və bir də ölkəyə geri qayıtmaz. Ona görə də həmin vəsaitlər bankların üzərində qalar. Bu məsələ də var. Ona görə də, məsələyə bir balaca balanslı yanaşmaq lazımdır. Hesab edirəm ki, bu məsələni banklarla da müzakirə etmək lazımdır. Yəqin ki, bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasında da müzakirə obyekti olacaq. Müzakirələr aparıb ortaq məxrəc tapmaq lazımdır. Ölkədən çıxa bilməyən borclu vətəndaşların bizə müraciəti də həddindən artıq çoxdur”.

Millət vəkilinin sözlərinə görə, sağlamlıqları ilə bağlı müalicəyə gedən adamların istəkləri də nəzərə alınmalıdır. Vahid Əhmədov qeyd edib ki, elə bir variant tapmaq lazımdır ki, hər iki tərəf də razı qalsın. Problem yaranmasın:

“Ümumiyyətlə, bank krediti ağır məsələdir. O biri tərəfdən baxdıqda, bankları da qınaya bilmirəm. Çünki ardıcıl iki devalvasiyadan sonra banklar çox böyük ziyana düşüb. Faktiki olaraq gəlirləri yoxdur. Tək 2017-ci ildə Azərbaycanda on üç-on dörd bank bağlandı. Digər banklar da həmin aqibəti yaşamaq istəmir. Öz əmanətlərini geri almağa çalışırlar. Digər tərəfdən, insanları da yaxşı başa düşürəm. Müalicəyə getmək istəyənlər var. Amma xaricdə müalicə almaq üçün ölkədən çıxa bilmirlər. Çünki bank borclarından dolayı ölkədən çıxışla bağlı barələrində məhkəmə qadağası var. Yəni, belə bir durumda qərar vermək olduqca çətindir”.

Məsələnin hüquqi konteksdə həllinə toxunan hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, məhkəmələr guya həmin şəxslərə mövcud qanunvericiliyi tətbiq edir. Burada əsas problem qanunvericiliyin gətirildiyi nöqtədir:

“Çünki dövlət sərhədlərindən sərbəst hərəkət etmə ilə bağlı məhdudiyyətlər istisna hallarda tətbiq olunmalıdır. Tutalım ki, hansısa şəxsin bu və ya digər quruma borcu var. Eyni zamanda həmin şəxsin daşınmaz əmlakı, adına müəyyən mülklər də qeydiyyatdadır. Bu cür şəxslərin ölkədən çıxmasına qadağa qoyulmamalıdır. Mahiyyətcə onun əmlakı həmin şəxsin borcunu qarşılayacaq səviyyədədir. Təssüf ki, praktikada vəziyyət fərqlidir. Hətta məhkəmə qərarı olmadığı halda, həmin şəxslərin adlarının müvafiq qurumların elektron sisteminə qeyd olunur. Onlar sərhəddi keçmək istəyərkən bu aktivləşir. Ölkədən çıxmasına yasaq tətbiq edilir. Burada əsas problem odur ki, qanuna zidd olaraq müddəa qoyulub; Müxtəlif qurumlar öz elektron sistemləri ilə şəxslərin ölkədən çıxışını məhdudlaşdıra bilir. Hətta həmin şəxsin haqqında məhkəmə qərarı olmadan belə, həmin sistem tətbiq olunur”.

Hüquqşünasın sözlərinə görə, bu qanunvericiliyə zidd məsələdir:

“Barələrində məhkəmə qərarları olanları yenə başa düşmək olar. Hüquqi aspektdən də bunu əsaslandırmaq olar ki, icranı yerinə yetirmədiyi üçün saxlanılıb. Təssüf ki, fərqli-fərqli qurumlar ayrı-ayrı vətəndaşlarla bağlı elektron sistemə qeydlər daxil edirlər. Bu da onların ölkədən çıxışına “qadağa” qoyulması ilə nəticələnir. Vətəndaşların səyahət etmək hüququnu kütləvi şəkildə məhdudlaşdırır. Bu da konvensional hüquqdur. Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyası baxımdan çox ciddi problemdir. Düşünürəm ki, yaxın vaxtlarda bu tip proseslər Avropa məhkəməsinə daşınacaq. Bunun da nəticəsində Azərbaycan ölkədən çıxışına qadağa qoyulmuş vətəndaşlara kompensasiyalar ödəməyə məcbur olacaq”.

Ələsgər Məmmədli aylıq maaşı aşağı olduğu halda onlara yüksək faizlə böyük məbləğdə kredit verən banklarla ölkədən çıxışına qadağa qoyulmuş vətəndaşlar arasındakı problemin əsas günahkarının kredit verən tərəf olduğunu bildirib:

“Bizim bankların əsas problemi odur ki, yüksək faizlə kredit veriblər. Əslində qısa müddətdə o pulu çıxarırlar. Eyni zamanda, onlar riski göz önünə alaraq, kredit verdikləri şəxsin bəlli miqdarı ödəyəcəyi qənaətinə gəlirlər. Dünyanın heç bir ölkəsində 25-30 faizlik istehlak kreditləri olmur. Hansı ki, həmin ölkələrdə infilyasiya ikirəqəmli deyil, milli valyutaları dollara nisbətdə sabitdir. Buna baxmayaraq, bizdə bank faizləri həmişə 20 faizdən yüksək olub. Bu o deməkdir ki, banklar insanlara kredit şəkilində verdiyi pulun əsas hissəsini geri alır, daha sonra insanları faizə “oturdurlar”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018