Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İtkin alpinistləri tapmaq üçün hansı cihazlar var?
Tarix: 10.01.2018 | Saat: 20:00:00
Bölmə:Sosial | çapa göndər

“İtkin düşən alpinistlərin lazımi avadanlıqlarla təchiz olunmamasına görə bilavasitə onların üzv olduqları klub məsuliyyət daşıyır”. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, “Gilavar” idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: “Alpinistlərin itkin düşdüyü ərazi “Şahdağ” Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur”.
F. Əliyev qeyd edib ki, son 10 il ərzində 400-dən çox alpinistə dağa qalxmaq üçün icazə verilib. Bu, ilk belə bədbəxt hadisədir.
Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer isə bildirib ki, təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə itkin düşmüş alpinistlərin axtarışın aparmaq çox risklidir: “Hazırda axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən 3 nəfər alpinist axtarışı ilə bağlı əllərindən gələni edirlər. Onlar Tufandağa çıxmaq istəyiblər, amma hava şəraitinə görə marşrutu dəyişiblər.
Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi, həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı”.


Hətta həvəskar alpinistlərin də dağlara yürüşü zamanı faydalana biləcəyi çoxsaylı mobil tətbiqlərin olması heç kəsə sirr deyil. var. Amma bizim bu barədə Adolf Herrerin açıqlmasından sonra xəbər tutmağımız təəssüf doğurur.
Qeyd edək ki, mobil tətbiqlərdən FATMAP alpinistləri bir araya gətirir. Belə ki, hər hansı dağa yürüş edən alpinist oradan endikdən sonra təəssüratlarını platformada qeyd edir və növbəti gedənlər bunlardan yararlanır.
Digər The Rockfax App tətbiqi isə alpinizm üçün ayrılan dağ zonaları, hərəkət marşrutları barədə məlumat kitabçasıdır və bu kimi digər maraqlı mobil əlavələr mövcuddur.
İspaniyanın Alikante Universitetinin alimləri tərəfindən hazırlanmış bir başqa mobil proqram isə meşə və dağlarda itkin düşmüş insanların axtarışına kömək etməyi hədəfləyir. Belə ki, ispaniyalı alimlər problemin həlli üçün smartfondan Wi-Fi-ı siqnal göndərən mayak kimi istifadə etməyi təklif ediblər.
Bununla da istifadəçi mobil proqramı işə salan kimi o, vaxtaşırı qurğunun GPS koordinatlarını göstərən və “Mən yaralanmışam”, yaxud “Mən itkin düşmüşəm” mesajlarından ibarət siqnal göndərməyə başlayır. Bir neçə kilometr məsafədə qeydə alına bilən siqnalın qəbulu üçün xilasedicilər onların öz smartfonuna qoşulan antenaya malik xüsusi yığcam qəbuledicidən istifadə etməlidirlər.
Ümumiyyətlə, dünyada alpinistlər daha çox GPS saatlardan istifadə edir. Belə ki, bu saatlar koordinatları tapa bilir. Təbii ki, koordinatların digər yerlərə ötürülməsi üçün də mobil əlavələri mövcuddur. Qlobalda xüsusi səhra GPS-ləri mövcuddur. Bunlara taktiki GPS-lər də deyilir.


Bu cihazlar məkan müəyyən edilən kimi xüsusi protokollar vasitəsi ilə GSM internet bağlantısına ehtiyac duymadan həmin məkanı baza stansiyasına göndərə bilir.


Bundan əlavə, alpinistlərin üzərlərində götürməli olduğu bəzi texnoloji avadanlıqlar var. Beacon adlı cihaz alpinist tufana düşəndə və hər hansı təhlükə ilə qarşılaşanda həyacan siqnalı yayır. Siqnalı alan şəxslər dərhal yardım gələ bilir. Big Bro böyük çatlamalarda təhlükədən qorunmaq üçün hazırlanmış daha yeni avadanlıqdır. Cihaz istənilən uzunluğa qədər genişləndirə və kilidlənə bilir.Bununla da o, alpinistin iplərini daha rahat birləşdirməsinə və dırmanmasına imkan verir.


Bizim alpinistlərin üzərində bu kimi avadanlıqların olmaması həqiqətən də “Gilavar”ın işini çətinə salır.
Qeyd edək ki, Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018