Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“AzəriLayt”ın qiyməti 71 dolları ötüb - 3 il ərzində
Tarix: 11.01.2018 | Saat: 10:14:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan neftinin bir barreli son 3 ilin ən yüksək qiymətinə satılır.

Hafta.az xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1 faizədək bahalaşaraq 71,25 dollar olub. Bu, son 3 il 1 aydan da artıq müddətdə qeydə alınan ən yüksək qiymət göstəricisidir.

“AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 4-də 72,56 dollara satılıb. Həmin gündən sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barrelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib.

“AzəriLayt”ın bir barreli 2016-cı il yanvarın 21-də minimuma – 28,82 dollar/barrelə enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar/barrel arasında dəyişib.

2017-ci ilin əvvəlində isə 57 dollara satılan “AzəriLayt”ın bir barreli ilin ortalarında 46 dollara geriləsə də dekabrda 69 dollaradək bahalaşıb.

Qeyd edək ki, Azərbaycan neftinin bir barreli 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollara satılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.06.2018
22.06.2018