Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezidentin cümhuriyyətlə bağlı sərəncamı yüksək addımdır” – Fazil Mustafa
Tarix: 11.01.2018 | Saat: 12:10:00
Bölmə:Siyasət | çapa göndər

“Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunmasını yüksək qiymətləndirirəm. Bu ölkə başçısının cümhuriyyət ideyasına verdiyi böyük dəyərdir. Çox yüksək addımdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, təssüf ki, Azərbaycan məmurları hələ də ölkə başçısının cümhuriyyətin 100 illiyi ilə bağlı imzaladığı sərəncamın mahiyyətini dərindən anlamır:

“Cümhuriyyətlə bağlı tədbirlər planını hələ də ortaya qoymağa tələsmirlər. Amma vaxt gedir. Cəmi beş ay qalıb. Bu beş ay müddətində böyük işlər görülməlidir. Eyni zamanda bu məsələdə Ermənistan və Gürcüstandan fərqli nəsə göstərməliyik ki, bizim cümhuriyyət ideyasına münasibətimiz necədir. Ümid edək ki, prezidentin bu addımı məsələyə münasibəti stimullaşdıracaq, hər kəs bununla bağlı addımlar atacaq”.

BQP sədri onu da qeyd edib ki, adıçəkilən məsələ ilə bağlı müəyyən gecikmə də var:

“Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı böyük bir film çəkilməli idi. Bu ideya baş tutmadı. Cümhuriyyət dönəmi ilə bağlı ensiklopediyalar buraxılmalı idi. Cümhuriyyətin parlamentinin ensiklopediyasının buraxılması ideyası var idi. Bunların hamısı gecikdi. Düşünürəm ki, sadəcə iclaslar keçirməklə məsələ həll olunmur. Amma yenə də vaxt var. Mənə elə gəlir ki, xüsusi komissiya yaradılmalıdır. Həmin komissiya bu sahədə iş görə biləcək insanları bir araya toplamalıdır. Onların planlarını dinləməlidir və ona görə də müəyyən işlər həyata keçirilməlidir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018