Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İqtisadi islahatlar artıq öz bəhrəsini verib” - Azər Badamov
Tarix: 11.01.2018 | Saat: 12:16:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Yanvarın 10-da cənab prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Ölkə başçısı həmin iclasda ötən ilin iqtisadi mənzərəsini çox ətraflı təsvir etdi. Orada qeyd olundu ki, 2017-ci ildə iqtisadiyyatın hər bir sahəsində inkişaf qeydə alınıb. Həqiqətən də ötən il Azərbaycan iqtisadiyyatı üçün bir sıra uğularla yadda qaldı”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Azər Badamov bildirib ki, ötən il həm kənd təsərrüfatında, həm sənayenin inkişafında, həm də ölkəmizin ixrac potensialının artmasında uğurlu inkişaf qeydə alınıb:

“İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada uğur qazanılmasın. 2018-ci ildə qazanılacaq iqtisadi uğurlarımız da 2017-ci ilin uğurlu göstəriciləri əsasında formalaşacaq. Cənab prezident qarşıda duran məsələlər haqqında çox geniş tapşırıqlar verdi. Tapşırıqlar ölkə iqtisadiyyatının hər bir sahəsini əhatə edir. Buraya kənd təsərrüfatı, sənaye sahələri, sosial lahiyələrin həyata keçirilməsi, turizm sektorunun, kosmik sənayenin inkişafı və sair sahələri daxildir. Ölkə başçısı qeyd etdi ki, biz inkişaf tempimizi qoruyub saxlamalıyıq. Hətta cənab prezident əminliklə söylədi ki, 2018-ci ili artımlarla başa vuracağıq. Bunun belə olacağına heç bir şübhə yoxdur”.

Millət vəkilinin sözlərinə görə, 2018-ci ildə iqtisadi uğurlara nail olmaq üçün böyük iqtisadi potensialımız var:

“2017-ci ildə keçirilən iqtisadi islahatlar artıq öz bəhrəsini verib. Bu il açılacaq böyük sənaye kopmpleksləri, sənaye sahələri və məhəllələri, aqroparklar ölkəmizin iqtisadiyyatının inkişafına xidmət edəcək. Düşünürəm ki, bu ildə də makro iqtisadi sabitliyimiz təmin olunacaq. Ölkə iqtisadiyyatımız dinamik inkişaf edəcək. Manatımız möhkəmlənəcək. Öz alıcılıq qabiliyyətini daha da yüksəldəcək. Ölkəmizdə istehsal olunan malların ixrac dairəsinin 2018-ci ildə daha da genişlənəcəyinə ümid edirəm. Düşünürəm ki, bu il həmin məsələ üzrə xarici ölkə səfirliklərimizdə yeni nümayəndəliklərin yaradılması davam edəcək. “Made in Azerbaijan” brendinin dünya bazarlarına ayaq açacağına ümid edirəm. Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın güzaranının yaxşılaşmasına xidmət edəcək”. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
10.12.2018
09.12.2018
08.12.2018