Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycanın hərbi potensialı kifayət qədər yüksəkdir” – Fikrət Sadıqov
Tarix: 11.01.2018 | Saat: 13:48:00
Bölmə:Siyasət | çapa göndər

“Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı Dağlıq Qarabağ məsələsindən söz açaraq çox düzgün məqamlara toxundu. Qeyd etdi ki, Dağlıq Qarabağdakı separatizm heç bir beynəlxalq struktur tərəfindən tanınmayıb. Ölkə rəhbərimiz Dağlıq Qarabağdakı qondarma qurumu heç bir dövlətin tanımaq fikrində olmadığını da bəyan etdi. Hətta onların müttəfiqi Rusiya, havadarları işğalçı Ermənistan Dağlıq Qarabağı tanımağa cəhd belə etmir. Əlbəttə, bu bizim diplomatik uğurumuzdur”.

Bunu hafta.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, diplomatik addımlarımızı elə qurmuşuq ki, demək olar ki, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç kəs Dağlıq Qarabağı Azərbaycandan ayırmaq fikrində deyil:

“Digər tərəfdən biz qüdrətlənirik. Hərbi potensialımız artır. Beynəlxalq qiymətləndirmələrə nəzər saldıqda görərik ki, Azərbaycanın hərbi potensialı kifayət qədər yüksəkdir. Ordumuzun qüdrəti də ötən il xeyli artıb. İldən –ilə bu artımı aydın şəkildə müşahidə etmək olar. Çox güclü ordumuz var. Müasir texnikalarla təmin olunub. Bunu dünya ölkələri də, Ermənistan da görür. Başa düşürlər ki, Azərbaycan sülh danışıqları tükənəcəyi təqdirdə bütün mümkün variantlardan istifadə edərək öz ərazi bütövlüyünün bərpasına nail olacaq”.

Politoloqun sözlərinə görə, digər tərəfdən, Qərb özü də separatizmlə üzləşib. Bütün bunlar separatizmlə mübarizədə Qərbin sağlam düşüncəli qərarlar qəbul etməsinə gətirib çıxarıb:

“Məsələn, Kataloniya, Şotlandiya, Uels kimi məsələlər aktuallaşma mərhələsindədir. Böyük Britaniya, İspaniya başa düşdü ki, separatizm bir xəstəlikdir. Qərb dövlətləri anlayır ki, Avropada separatizmin aktuallaşması, alovlanması bu ölkələrin məhvinə gətirib çıxara bilər. Ona görə də, bu məsələdə Azərbaycanın haqq işinə dəstək verməyə məcburdur. Bu amildən biz peşəkarlıqla istifadə etməliyik. Addımlarımızı bundan sonra da düzgün atmalıyıq. Biz Şərq tərəfdaşlığı Sammmitində ərazi bütövlüyünə hörmət məsələsini həmin bəyannaməyə daxil edilməsinə nail olmuşuq. Bu bizim uğurumuzdur. Vaxtilə həmin bənd yox idi və biz məlum sənədə imza atmaq istəmirdik. Nəhayət Avropa İttifaqı separatizm meyllərini gördükdən sonra başa düşdü ki, Azərbaycanın bu məsələdə mövqeyi haqlıdır. Bu çox mühüm məqamdır”. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018