Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Media ekspertləri Cümhuriyyət İlini tarixi hadisə sayır
Tarix: 11.01.2018 | Saat: 18:30:00
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Qeyd edək ki, bu ilin mayında həmin şanlı tarixin - Azərbaycan Cümhuriyyətinin əsasının qoyulmasının 100 illik yubileyi tamam olur. Yüzillik yubileylə də bağlı ötən il sərəncam verilmişdi.
Media eksperti, professor Qulu Məhərrəmli 2018-ci ilin Cümhuriyyətə həsr olunmasını çox tarixi hadisə sayıb və bütün medianı, xüsusən də televiziyanı bu məsələdə aktiv olmağa çağırıb:
“2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması ciddi, tarixi hadisədir. Çünki indiyə qədər insanlarda, cəmiyyətdə Cümhuriyyətlə bağlı mənəvi əlaqə yoxdur. Yalnız bəzi tarixçilər, araşdırıcılar , o tarixə bələd olanlarda bu hiss var. Çünki Cümhuriyyət dövrü yaxşı tədris və təbliğ olunmur. Sistemsiz təbliğ olunur. Televiziyalar, ümumiyyətlə, bu mövzuya diqqət ayırmayıblar. Yalnız epizodik şəkildə nələrsə nümayiş etdirilib. Halbuki, bu bizim milli dövlətçilik tariximizin çox parlaq səhifəsidir. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan olunmaqla Azərbaycan anlayışı coğrafi addan siyasi məzmuna keçdi və bütün dünyada siyasi məzmun kəsb etməyə başladı.
İndi bizim əsas vəzifəmiz ürəkdən, qəlbdən, könüldən Azərbaycan Cümhuriyyətinin tarixini oxumaq, öyrənmək və onu təbliğ etmədir. O mənada hesab edirəm ki, prezidentin qərarı çox doğrudur və bu tarixə bələd olanlar, içində Cümhuriyyət sevgisini yaşadanlar üçün həm də bir qürur mənbəyidir. Mən bunu təqdir edirəm və arzulayardım ki, bizim media qurumları, xüsusən də televiziyalar bu tarixi hadisəyə diqqət yetirsinlər. Cümhuriyyətin müxtəlif dövrlərdə, çətin şəraitdəki fəaliyyətini, tarixin qısa dönəmində insanların göstərdiyi fədakarlıqları, insanların dünya çapına çıxarmaqla bağlı gərdüyü işləri işıqlandırsınlar”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı prezidentin bu sərəncamını yüksək qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki, xalqın istəyini özündə birləşdirən və ehtiva edən bir sərəncamdır. Müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu varislik müstəqil Azərbaycan dövlətinin üzərinə çox missiya qoyur. Buna görə də tarixi ənənələri yaşatmaq, tariximizə nəzər salmaq üçün prezidentin verdiyi sərəncanım xüsusi əhəmiyyəti var. Bu sahədə ciddi addımların atılmasına ehtiyac var. AXC dönəmində müxtəlif istiqamətlərdə aparılan tədqiqat işlərinə yenidən baxılmalıdır. Bununla bağlı filmlərin çəkilişinə başlanılmalıdır. Filmi bu müddət ərzində ortaya qoya, müxtəlif dillərdə onun versiyalarının Avropa ölkələrində təqdimatını keçirə bilərik. Hansı ki həmin Avropa ölkələri Azərbaycanın istiqlalını 1920-ci ilin yanvarın 14-də tanımışdı”
Akif Aşırlı qeyd edir ki, AXC unikal dövlətçilik tarixinə malikdir: “İlk dəfə olaraq AXC-də mətbuat nizamnaməsi qəbul olunub. Bu nizamnamədə mətbuat azadlığı, söz azadlığı ehtiva olunur. Eyni zamanda, AXC-də parlament fəaliyyəti tətbiq olunub, sadəcə, onu dünyaya olduğu kimi təqdim edə bilməmişik. Cümhuriyyətimizin parlamenti müxtəlif siyasi partiyalardan ibarət olub. Türkiyədə, Avropa ölkələrində, hətta Amerikanın özündə belə, AXC-nin varisləri yaşayırlar. Onlarla əlaqələr qurulmalıdır. Varislər Azərbaycana dəvət olunmalıdır. Bu sahədə ciddi addımların atılmasına, koalisiya mərkəzinin yaradılmasına da ehtiyac var”
Akif Aşırlı deyib ki, AXC mətbuatının təbliği məsələsinə yenidən baxılmalıdır: “Cümhuriyyət dönəmində 200-dən artıq gürcücə, fransızca, polyakca, ermənicə, rusca qəzetlər nəşr olunub. Biz onların, sadəcə, adlarını bilirik. AXC ilə bağlı ən böyük tədbirlərdən biri İstanbulda, Tiflisdə keçirilməlidir. Çünki AXC məhz Tiflisdə elan olunub. Azərbaycan Xalqa Cümhuriyyətinin mövcudluğunda onun siyasi, hərbi qərarları, gərgin mübarizəsi İstanbulda olub. Sonrakı dönəmlərdə biz tədbirləri Avropada keçirə bilərik. Cənab Prezidentə təşəkür edirəm. Hesab edirəm ki, Qafqaz İslam Ordusuyla bağlı ciddi tədqiqatların aparılmasına və bununla bağlı ümumi bir heykəlin yaradılmasına ehtiyac var. Nuru Paşa , Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Xəlil, Ənvər Paşanın ümumi abidələri qoyulmalıdır. Qafqaz İslam Ordusu olmasaydı, AXC-nin müstəqilliyi sözdə olardı, əraziləri 114 min kvadrat kilometr olmazdı. Bu tədbirlərdə ziyalılar fəal iştirak etməlidir. Media bu işdə fəal olmalıdır”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018