Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib
Tarix: 11.01.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Yanvarın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şura 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqini keçirib. Monitorinqdə İctimai Şuranın üzvləri: “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, həmin fondun proqram rəhbəri Nailə İsmayılova, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Nurəddin Heydərov, təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, Şəmsi Əsədullayev Xeyriyyə İctimai Birliyinin icraçı direktoru Cəsarət Hüseynzadə, ADPU-dan İctimai Şuranın üzvü, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Əzizxan Tanrıverdiyev və kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak ediblər. Monitorinqin keçirilməsində məqsəd ictimaiyyəti ADPU-da payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı geniş və ətraflı məlumatlandırmaq olub.

Monitorinqdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov İctimai Şuranın üzvləri və KİV nümayəndələri ilə görüşüb. Rektor bildirib ki, müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir. ADPU-da həyata keçirilən yeniliklər, islahatlar məhz ölkəmiz üçün yüksəkixtisaslı pedaqoji kadrlar hazırlanmasına xidmət edir. Təhsilin məzmununun yenilənməsi və keyfiyyəti əsas diqqət mərkəzindədir. Universitetdə infrastrukturun yenilənməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, idarəetmənin optimallaşdırılmasına və insan resurslarının inkişaf etdirilməsinə böyük önəm verilir.
Sonra payız semestrinin imtahan sessiyası barədə məlumat verən rektor qeyd edib ki, Azərbaycan Respublikasının Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 19 dekabr 2017-ci il tarixli 438 nömrəli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb. ADPU-da bu əmrin icrası ilə bağlı payız semestrinin imtahan sessiyasında yazılı və VTS-TEST sistemi üzrə tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsində olan şikayətləri araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə apelyasiya komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. Sessiyanı normal mənəvi-psixoloji şəraitdə, obyektiv başa çatdırmaq üçün bütün hazırlıq işləri və təşkilati məsələlər vaxtında yekunlaşdırılıb, imtahanların keçirilməsi üçün lazımi sənədlər tələblərə uyğun hazırlanıb. İmtahan sessiyasının təşkil edilməsi və keçirilməsi üçün bütün fakültələrin əməkdaşlarından ibarət olan İşçi qrupu yaradılıb.
İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir. İmtahanlar hər gün saat 9:00-da başlayır, 17:30-da bitir. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilir. Test üsulu ilə hər 45 dəqiqədən bir imtahanlar keçirilir. Gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verir. Payız semestrinin imtahan sessiyasının əyani təhsil forması üzrə yanvarın 5-dən fevralın 1-dək, qiyabi təhsil forması üzrə isə yanvarın 5-dən 18-dək keçirilməsi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, ötən tədris ilindən başlayarq ADPU-ya qəbul olunmuş I tədris ilinin tələbələrinin və arzu edən digər tədris ilinin tələbələrinin kollokvium və semester imtahanları yazılı qaydada aparılır. Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. Digər tədris ili tələbələri isə Kompüter Mərkəzində elekron-test üsulu ilə imtahan verirlər.
Rektor Cəfər Cəfərov çıxışının sonunda universitetdə həyata keçirilən yeniliklərə və islahatlara dəstək verən vətəndaş cəmiyyəti nümayəndələrinə və KİV əməkdaşlarına təşəkkür edib.
Sonra İctimai Şuranın üzvləri, KİV nümayəndələri imtahan keçirilən zal və auditoriyalarda olaraq imtahan prosesini, həmçinin imtahan yazı işlərinin kodlaşdırıldığı otaqlarda olaraq imtahan yazı işlərinin yoxlanılmasını, Apelyasiya Komissiyasının və İmtahan Qərargahının fəaliyyətini müşahidə edərək, imtahan vermiş tələbələrlə söhbət ediblər. Tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. Sonda İctimai Şuranın üzvləri imtahan sessiyasının qanun çərçivəsində, şəffaf və ədalətli keçirildiyini vurğulayaraq tələbə-gənclərə uğurlar arzulayıblar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018