Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlılar Ukrayna DİN-ə ultimatum verdi – GÜNÜN TƏZADLARI
Tarix: 11.01.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Dünən Azərbaycanın Ukraynadakı diasporunun 300-dən çox nümayəndəsi Kiyevdə Daxili İşlər Nazirliyi binası qarşısına toplaşaraq, hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyinə etiraz etdi. Hafta.az-ın oxu.az-a istinadla verdiyi xəbərə görə, azərbaycanlı sahibkarlar ölkədə baş alan quldurluğa görə şəxsən Ukrayna daxili işlər naziri Arsen Avakovun cavabdeh olduğunu hesab edir, azərbaycanlılara qarşı etnik zəminli cinayətlərin törədildiyindən şikayətlənir. Həmvətənlilərimiz bir həftə ərzində təhlükəsizlik qüvvələri əməkdaşları və quldurlar tərəfindən oğurlanan 20-dən çox azərbaycanlının qaytarılması tələbi ilə ultimatum verib. Əks təqdirdə, sahibkarlar polis şöbələrinə və ukraynalı qatı millətçilərin qərargahlarına hücum edəcəklərini bəyan ediblər. Fəallar bildiriblər ki, digər millətlərin minlərlə nümayəndəsi, o cümlədən Ukraynada yaşayan qazaxlar, yunanlar, macarlar və digər millətlərdən olan nümayəndələr anoloji aksiyalarda iştirak etməyə hazırdır.


50 saylı marşrut avtobusu hərəkətdə ikən qapısı qopdu


Paytaxtda sərnişin avtobusu hərəkətdə olarkən qapısı qopdu. Hafta.az Lent.az-a istinadla xəbər verir ki, hadisə 50 saylı marşrut üzrə hərəkət edən avtobusda qeydə alınıb. Avtobus sərnişinlərlə dolu halda gedərkən ön qapısı qoparaq yola düşüb. Sürücü hərəkəti dayandırıb və sərnişinlərin köməyi ilə qapı yerinə salınandan sonra marşrut avtobusu hərəkətinə davam edib.


Ən qızmar səhrada uşaqlar qarda sürüşdü


Dünyada ən yüksək temperaturun qeydə alındığı Şimali Afrikadakı Böyük Səhrada uşaqlar qarda sürüşdü. Hafta.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərdə deyilir ki, yanvarın 8-də Əlcəzairin Ayn-Sefra şəhəri yaxınlığındakı Böyük Səhraya ikinci il ardıcıl yağmış qarda uşaqların sürüşməsinin video-görüntüləri yayılıb. Sakinlər qarı heyrət qarışıq sevinclə qarşılayıb, uşaqlar həvəslə qar üstündə sürüşüblər. Qeyd edilir ki, hündürlüyü təxminən 40 santimetr olan qar bir neçə saata əriyib.


Avropa çempionu küçə süpürməyə başladı


Türkiyəli eşitmə qüsurlu güləşçi Seyfullah Qaradəniz dövlət idarəsində yerləri silərək maaş aldığı bəlli oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, karyerasında olimpiada üçüncülüyü, dünya ikinciliyi və Avropa çempionluğu olan idmançı Çankırı Gənclər İdman İdarəsində işləyir. İdmançının yerləri silərkən çəkilən fotosu hər kəsi təəccübləndirib. S.Qaradənizin iş səbəbindən məşqlərə qatıla bilmədiyi bildirilir. Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi araşdırma aparmaq üçün müfəttişləri Çankırıya göndərib. Hazırda araşdırma aparılır.


80 yaşlı kişi bank yardı


İsveçrədə 80 yaşlı kişini bankı qarət etməkdə suçlu bilərək həbs etdilər. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, saxlanılan şəxs ötən ilin dekabrında Meqqen şəhərində baş verən qarət hadisəsində suçunu boynuna alıb. Lyusern konton prokurorluğu bunu təsdiqləyib. Cinayətin detalları hələ açıqlanmır. Hadisə yerindən çəkilən şəkillər hüquq-mühafizə orqanlarına aid rəsmi saytlarda yayılsa da, qarətçinin sifəti qara maska ilə örtülüb. O, əlində içi pulla dolu, göy rəngdə plastik torba tutub. Cinayətkarın silahlı olub-olmaması sual altındadır. Məlumatda qeyd olunur ki, o, bankı ayaqla tərk edib.


Keçmiş neftçi neft kəmərindən evinə qaçaq xətt çəkdi


63 yaşındakı Samvel Kilangilani Tanzaniya Liman İdarəsinə aid neft boru xəttindən evinə qaçaq xətt çəkdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, ölkənin “The Citizen” qəzetində yer alan xəbərə görə, Tanzanya-Zambiya Neft Xətti İdarəsindən təqaüdə çıxan Samvel Kilangilaninin liman idarəsinə aid neft xəttindən evinə qaçaq xətt çəkdiyi müəyyən olunub. Qəzetə danışan Darüsselamın komissarı Benedict Kitalika deyib ki, liman idarəetməsi işçiləri ilə aparılan ortaq araşdırma nəticəsində neft paylaşımı edən boru xətlərində litrlərlə neftin itdiyini müəyyən ediblər. İstintaq açdıqlarını qeyd edən Kitalika nəticədə Kilangilaninin evinə gedən qaçaq boru xəttinin ortaya çıxarıldığını deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2018
16.10.2018