Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“2017-ci ildə ölkə iqtisadiyyatı bütövlükdə pozitiv nəticələrlə yekunlaşdı” – Fikrət Yusifov
Tarix: 12.01.2018 | Saat: 13:00:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında yola salınmış ildə ölkə iqtisadiyyatında bütövlükdə pozitiv nəticələrin, qeyri-neft sektorunun ayrı-ayrı sahələrində isə daha müsbət göstəricilərin əldə edildiyini bildirdi. İqtisadi tənəzzüllə müşayət olunan 2016-cı ildəki geriləmələrin son bir ildə aradan qaldırılması ilk növbədə real sektorun inkişafına dair hökumətin qəbul etdiyi qərarların icrası nəticəsində mümkün oldu. 2017-ci ildə ölkə iqtisadiyyatı bütövlükdə pozitiv nəticələrlə yekunlaşmaqla yanaşı, qeyri-neft sektorunda 2,5 faiz, o cümlədən, qeyri-neft sənayesində 3,6 faiz, kənd təsərrüfatında 4,1 faiz artım əldə edildi”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. Keçmiş maliyyə nazirinin sözlərinə görə, ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz arta bildi. Ticarət balansının müsbət saldosu 6,2 milyard dollara çatdı, valyuta ehtiyatları isə əlavə olaraq 4,5 milyard dollar artdı:

“Ümumi iqtisadi durumun yaxşılaşmasında neft amilinin də rolunu qeyd etmək lazımdır. Yola saldığımız ildə neftin qiymətləri yüksələrək əsasən sabit qalıb. Yola saldığımız ildə Azərbaycan iqtisadi gerilikləri aradan qaldıraraq ölkə iqtisadiyyatının rəqabətqabiliyyətlilik göstəricisi üzrə iki pillə irəliləyib. Ölkəmiz əldə etdiyi uğurları beynəlxalq səviyyədə təsdiq edib. 2017-ci ilin ən mühüm iqtisadi hadisəsi “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması və Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirmiş Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Bu iki layihənin reallaşdırılmasından daxil olan vəsaitlər ölkə iqtisadiyyatının bundan sonrakı dönəmlərdə daha sürətlə inkişaf etdirilməsinə yaxşı zəmin yaradacaq”.

Fikrət Yusifovun sözlərinə görə, yola saldığımız 2017-ci ildə ölkə iniqtisadiyyatının və onun maliyyə durumunun sabitləşməsi hökumətə Cənub Qaz Dəhlizi layihəsini uğurla icra edilməsinə şərait yaratdı. Şimal – Cənub Nəqliyyat Dəhlizi üzrə işlərin tam başa çatdırılmağa, Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verilməyə, ölkə daxilində 1300 kilometrə qədər avtomobil yolları salınmağa, 133 yeni məktəb tikməyə, 14 məktəbi əsaslı təmir etməyə, 500-ə yaxın məktəbdə isə cari təmir işlərinin başa çatdırılmağa, 30 tibb müəssisəsinin tikib əsaslı təmir edilməyə, 2300 məcburi köçkün ailəsinə yeni mənzillər tikilib vermək üçün imkan verdi:

 “2018-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı istiqamətində işlər davam etdiriləcək. Cari ildə Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması, Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkında üç müəssisənin istifadəyə verilməsi, on yeni xalça fabrikinin açılışı, iki min kilometrə qədər avtomobil yolların çəkilməsi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlərin başa çatması nəticəsində Azərbaycan üzərindən böyük yükdaşımalar həyata keçiriləcək. Bu da öz növbəsində dəmir yolunun sürətini artmağı tələb edir. Ona görə, də cari ildə bu istiqamətdə mövcud olan dəmir yollarının daha da yaxşı vəziyyətə gətirilməsi planlaşdırılır. Bu məqsədlə Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması, təmiri ilə bağlı işlər görüləcək”.

Ekspertin sözlərinə görə, turizmin inkişafı üçün Ləki-Qəbələ dəmir yolunun tikintisi, Şahdağ xizək kurortuna da dəmir yolunun çəkilişini təmin etmək görüləcək işlərin sırasına daxildir:

“Cari ildə Azərbaycan iqtisadiyyatına yeni investisiyaların cəlb edilməsi, yerli məhsulların xarici bazarlarda daha geniş şəkildə təqdim olunması, qeyri-neft sektorundan ixracın həcminin daha da artırılması istiqamətində işlər daha intensiv xarakter alacaq. İşsizliyin aradan qaldırılması, özünüməşğulluq proqramının uğurla icra edilməsi, ən azından 20 min köçkünün yeni mənzillərlə təmin olunması, 137 modul tipli məktəbin tikintisi, Bakı şəhərində isə 12 məktəbin əsaslı təmiri, altı şəhərdə yeni mərkəzi rayon xəstəxanasının istifadəyə verilməsi və s. kimi sosial tədbirlərin reallaşdırılması da bu ildə baş verəcək. Bu il Mingəçevir, İmişli və Şəki şəhərində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq və bununla da “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Üstəlik daha beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə start veriləcək. 2018-ci ildə Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etmək şansları kifayət qədər böyükdür”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018