Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rumın mədəniyyətinin incisi - Mihay Eminesku
Tarix: 12.01.2018 | Saat: 13:58:00
Bölmə:Mədəniyyət | çapa göndər

Rumıniyalılar hər il 15 yanvar tarixini Milli Mədəniyyət Günü kimi qeyd edirlər.

Hafta.az-ın yazdığına görə, bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsinin xüsusi önəmi var. Çünki bu tarixdə Rumıniyanın dahi şairi Mihay Eminesku anadan olub. Rumıniya poeziyasının “dan ulduzu” adlandırılan Eminesku müasir rumın dilinin formalaşmasına verdiyi üstün töhvələrinə görə bu gün də Rumıniya mədəniyyətində mükəmməlliyin əsas simvolu olaraq qalır. Onun bütün əsərləri – poemaları, romanları, qısa hekayələri və nəşrləri 19-cu əsrin ikinci yarısında iyirmi il boyunca o, Rumıniya xalqının yaradıcı dahisi və reallaşmayan (o dövrün) potensialının təzahürü hesab edilirdi.

Milli Mədəniyyət Günü bayramlarının qeyd edilməsi Rumıniya mədəniyyətinin dünyaya açılmasını, bütün dünya ölkələri və xalqları ilə mədəniyyət bağlarının gücləndirilməsi üçün dəyərli müstəvidən çıxış edərək yeni növ ədəbi cərəyanların inkişafına töhvələr verməsini bir daha sübut edir.

Bir az da Mihay Emineskunu tanıyaq. O, 1850-ci il yanvarın 15-də Romınyanın şimal-şərqində yerləşən İpoteşti qəsəbəsində doğulub. İlk təhsilini qəsəbədə alsa da, sonradan - 19 yaşındaykən Avstriyaya yollanır və Vyana universitetində fəlsəfə ixtisasına yiyələnir. Sanskrit, rumın dilləri, iqtisadiyyat. siyasət, müqayisəli mifologiya, qədim və müasir Avropa ədəbiyyati, hind mifologiyası sahələrində təhsil alan Eminesku dövrünün ziyalıları ilə anlaşa bilməyib. 

Geniş düşüncəsi, əsərlərindəki dolğun anlatma gücü və qüsursuz musiqi duyumu onu rumın şerinin lideri səviyyəsinə yüksəldib. O, Rumıniyanın ən məşhur və təsirli klassik şairi olaraq ölkəsində Vilyam Şekspir kimi milli fiqur hesab olunur. Hətta türk tədqiqatçılar soyadındakı "emin" kəlməsinə istinad edərək onun soykökünün türk mənşəli olmasına dair də fikirlər səsləndirir. Emineskunun ilk şeir kitabı kələ 16 yaşındakən yayımlanıb. Rumın xalqının milli şairi olan Emineskunun “gənc şahzadənin hər gecə ulduza yalvarmasından” söhbət açılan “Çoban ulduzu” adlı əsəri Dünya Rekordlar Akademiyasında “Ən uzun sevgi şeiri” seçilib.

Yeri gəlmişkən, "Çoban ulduzu" şeirindən bir neçə bəndi xatırladaq:

Keçmişin rəvayətlərində,
bəlkə də heç danışılmamış
soylu, böyük bir ailədə
pəri kimi bir qız varmış..
 
Ailənin tək bir qızı,
sevimli və gözəlmiş.
Əzizlər arasında ən yaxşısı,
ulduzlar arasında bir aymış..
 
Əli arzuların kölgəsində,
inamla addımlayırmış.
Pəncərənin küncündə,
"Çoban ulduzu"nu gözləyirmiş...
 
Mihay Eminesku “Junimea” ədəbiyyat Məcmuəsinin aktiv üzvü olmaqla yanaşı, həm də Mühafizəkarlar Partiyasının (1880-1918) rəsmi orqanı olan “Timpul” (“Zaman”) qəzetinin redaktoru işləyib. Şairin ortalama 14 min səhifədən ibarət, 46 cilddən ibarət əlyazmaları, Titu Mayoresku tərəfindən 25 yanvar 1902-ci ildə keçirilmiş iclas ərəfəsində Rumın Dili Akademiyasına hədiyyə edilib. 

Qeyd edək ki, UNESCO tərəfindən 2000-ci il böyük rumın şairi Emineskuya xatirəsinə həsr olunaraq "Şair Mihay Eminesku ili" elan edilmişdi.

1989-cu il fevralın 3-də Buxarestdəki Markutsa xəstəxanasına yerləşdiriliən şair bir müddət orda müalicə olunur. Amma müalicə müsbət effekt vermir – o, həmin il iyunun 15-də, səhər saat 04:00 radələrində həyata əlvida deyir. Şairin nəşi iyunun 17-də Buxarestdəki “Bellu” qəbiristanlığındakı bir ağacın kölgəsində torpağa tapşırılıb.

Mihay Eminesku ölümündən xeyli illər sonra – 1948-ci il oktyabrın 28-də Rumın Dili Akademiyasının üzvü seçilib.

Onu da qeyd edək ki, unudulmaz şair Moldovanın zəngin ailələrindən birinin qızı olan Raluka Luraşku ilə evli olub. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018