Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lənkəranda ev yanır
Tarix: 12.01.2018 | Saat: 14:22:00
Bölmə:Hadisə | çapa göndər

12-14 yanvar tarixlərində ABŞ-ın Nyu-York şəhərində “Bronx World Cinema” festivalı keçirilir. Müəllif filmləri festivalında Azərbaycanı rejissor Məzahir Həşimovun “Debüt” studiyasında lentə aldığı “Eliza” filmi təmsil edir.

Bu barədə hafta.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Filmin bədii rəhbəri kinorejissor, Xalq artisti Eldar Quliyevdir. Ssenari müəllifi Yelena Andreyeva, operatoru Yuri Varnovski, rejissor assistenti Cabir Hacıyev, montajçı Elşən Bağırovdur. Ekran əsərində Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.

Filmin qəhrəmanı Elizanı bibisi böyüdür. O, tərs qızdır və bu tərsliyi şəxsi həyatında da ona mane olur. Bütün bunlara dözə bilməyən bibisi Elizanın həyatına müdaxilə edir və onu bir gənclə tanış edir. Bundan sonra Eliza balaca televizorda özü öz həyatını izləyir. Onun həyatı sanki bir çərçivəyə salınıb.

Filmin subtitrlərinin yazılmasında festivalın təşkilat komitəsi köməklik göstərib və təqdimatın festival şərtlərinə uyğun formatda olması üçün məsləhət və nümunələri də azərbaycanlı həmkarlarına göndəriblər.

2011-ci ildən fəaliyyətə başlayan “Bronx World Cinema” festivalı dünya kinosunun təbliğinə xidmət edir. Müxtəlif mədəniyyətləri bir arada nümayiş etdirmək festivalın əsas məqsədlərindən biridir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018