Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezidentin cümhuriyyətlə bağlı sərəncamı dünyaya mesajdır” – Fəzail İbrahimli
Tarix: 12.01.2018 | Saat: 16:46:00
Bölmə:Siyasət | çapa göndər

“Ölkə prezidentinin 2018-ci ilin cümhuriyyət ili elan edilməsi ilə bağlı sərəncamını hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünkü bu dövlətçiliyimizə münasibətdir. Ölkə rəhbərinin tariximizə, keçmişimizə olan münasibətidir. Azərbaycan Respublikası cümhuriyyətin varisi statusuna malikdir. Bunların hamısı böyük əhəmiyyət kəsb edən məqamlardır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib. Millət vəkilinin sözlərinə görə, bu sərəncam siyasi, elmi, mənəvi tərəfləri özündə birləşdirir. Həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir:
“Çünki hər bir ölkənin rəhbərinin sərəncamı digər dövlətlərdə də diqqət çəkən məsələdir. Bu baxımdan da ölkə prezidenti cənab İlham Əliyevin cümhuriyyətin yüz illiyi ilə əlaqədar olaraq imzaladığı sərəncam dünyaya bir mesajdır. Yəni, yüz il bundan qabaq bizim babalarımız demokratik əhval-ruhiyyədə olub, dövlət prinsiplərimiz demokratik əsaslara söykənib. Eyni zamanda, hələ o vaxt Avropanın düşünə bilmədiyi insan azadlıqlarını – qadınlara seçki hüququnun verilməsini təmin edib. Bu mənada məlum sərəncam beynəlxalq əhəmiyyət kəsb etməkdədir. Bu da o deməkdir ki, bizim hələ yüz il əvvəl Şərqdə demokratik prinsiplərə söykənən dövlətimiz olub”.

Millət vəkilinin sözlərinə görə, ölkə başçısının cümhuriyyətlə bağlı sərəncamının siyasi tərəfi ondan ibarətdir ki, maddi durumundan, siyasi mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan insanının bir cümhuriyyət sevgisi var:
“Cənab president həmin sərəncamla insanları cümhuriyyət sevgisi ətrafında birləşdirdi. Elmi əhəmiyyəti ondan ibarətdir ki, xalq cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində bir dövlətin 23 ildə görə biləcəyi işləri gördü. Ona görə də bu dövr kifayət qədər öyrənilib, tədqiq edilməlidir. Həmin 23 ayın hər dəqiqəsi, hər saatı o qədər dramatik olub, o qədər gərgin keçib ki, şərəfli bir tarix kimi onun hər səhifəsi öyrənilməyə layiqdir. Bu mənada sərəncamdan irəli gələrək, həmin istiqamətdə silsilə konfranslar, tədbirlər keçiriləcək”.

Fəzail İbrahimli həmçinin vurğulayıb ki, həmin cümhuriyyət liderləri, onların ailə üzvləri kifayət qədər təqiblərə məruz qaldı. Özləri şəhid oldular. Bəziləri ömürlərini mühacirətdə  başa vurdular. 9 yanvar sərəncamı həmin millət fədailərinin ruhuna bir ithafdır:
“Eyni zamanda rəğbətdir. Bu gün müstəqil olan, bu yolda əziyyət çəkənlərinin əməyinin qiymətləndirilməsidir. O ruhların qovuşmasıdır. Bu mənada sərəncam çox böyük əhəmiyyətə malikdir. Əgər islam həmrəyliyi ili qeyd olunanda həmin anlayışda dünya və islam dəyərləri birləşirdisə, cümhuriyyət ili məvhumunda bütün dəyərlər birləşir. Hansı proqramların keçirilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir. Ölkə başçısı bununla bağlı proqram hazırlamağı tapşırıb. Güman edirəm ki, həmin proqramda bu sadaladıqlarım da yer alacaq. Bu düşüncəm ətrafında olan bütün nüansların həmin proqramda əks olunmasını istəyərdim”.
Qeyd edək ki, ölkə rəhbəri İlham Əliyev yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.01.2018
18.01.2018
17.01.2018