Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“2018-ci ildə də iqtisadiyyatımızda artımın olacağını proqnozlaşdırılır” – Vüqar Bayramov
Tarix: 12.01.2018 | Saat: 17:46:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Yanvarın 10-da ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirildi. Prezident İlham Əliyev bildirdi ki, 2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib. Cəmiyyət həyatının bütün sahələrində əldə edilmiş nəticələr ölkənin ümumi inkişafına böyük töhfə verib.

Prezidentin sözlərinə görə, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. 2017-ci ildə Azərbaycanda qeyri-neft sektoru 2,5 faiz, sənaye 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. Eyni zamanda ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub:

“Bu, göstərir ki, həm yerli və həm də xarici investorlar Azərbaycana vəsait qoymaqda maraqlıdırlar. Ancaq sabit olan və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur”.

İqtisadçı ekspert Vüqar Bayramov müşavirədə səsləndirilən fikirlər fonunda 2018-ci ildə ölkə iqtisadiyyatının inkişaf tendensiyası və görülməli olan işlərlə bağlı fikirlərini bölüşüb. Vüqar Bayramov hafta.az-a açıqlamasında qeyd edib ki, 2017-ci il Azərbaycan üçün vacib il idi. Çünki 2015 və 2016-c illərdə neftin dünya bazar qiyməti aşağı düşdükdən sonra Azərbaycan iqtisadiyyatında yaranan çətinlik fonunda bu sahədə yenidən stabilliyin əldə edilməsinə ehtiyac var.:

“2017-ci il məhz bu konteksdən ölkəmiz üçün vacib idi. Azərbaycan 2017-ci ildə hədəflənən iqtisadi stabilliyi əldə etməli idi ki, növbəti dövrlərdə iqtisadi artıma nail ola bilsin. Əvvəlki illə müqayisədə rəqəmlər, eləcə də milli valyutanın sabit qalması göstərdi ki, ölkəmiz ötən il makroiqtisadi stabilliyə nail oldu. Bu həm də 2018-ci ildəki iqtisadi göstəricilər üçün vacib idi. Bu ilki iqtisadiyyatla bağlı yalnız Azərbaycan hökumətinin deyil, eləcə də beynəlxalq maliyyə qurumlarının proqnozları müsbətdir. Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artımın olacağını proqnozlaşdırır. Bu da müsbət meyldir. O baxımdan da iqtisadiyyatda Ümumi Daxili Məhsulda artımın olacağı gözlənilir. Bir tərəfdən neftin mövcud qiymətləri proqnozları da müsbət tendensiya ilə nəticələnir. Bu da ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək”.

Vüqar Bayramovun sözlərinə görə, qeyri-neft sektorunun ixrac qabilliyyəti mərhələli şəkildə artır. Ölkəyə daxil olan valyutanın həcmi neftin dünya bazar qiymətindən asılıdır:

“Hələlik neft və qeyri neft gəlirlərimiz pozitiv tendensiya üzrə dəyişir. 2018-ci ildə Azərbaycan TANAP kəmərini istifadəyə verməyi planlaşdırır. Bu da Türkiyə bazarına 6 milyard kub metr əlavə mavi qazın nəql edilməsinə imkan yaradacaq. Təbii ki, bunlar da ölkəyə daxil olan valyutanın həcminə təsir göstərəcək. Qolobal şoklar baş verməzsə, 2018-ci il ötən illə müqayisədə daha uğurlu olacaq. Qolobal şok deyəndə burada neftin dünya bazar qiymətinin kəskin şəkildə aşağı düşməsi nəzərdə tutulur. İstər rəsmi, istər beynəlxalq proqnozlar pozitivdir. Neftin dünya bazar qiymətinin artması fonunda da Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını davam etdirməlidir. Bu çox vacibdir. Çünki neftin qiyməti proqnozlaşdırılan deyil. Neft bazarında qiymətlərdə istənilən vaxt qiymətlərin dəyişmə ehtimalı var”.

Ekspert ölkə başçısının göstərişinə əsasən Azərbaycanın xarici borclarının hissə-hissə qaytarılması məsələsinə də toxunub:

“Borcların azaldılması ilə bağlı konkret olaraq hansı fəaliyyətlərin həyata keçiriləcəyi bəyan edilməyib. Ona görə də praktikada bunu söyləmək mümkün deyil. Xarici borcların azaldılması vacibdir. İndiki dövrdə valyuta ehtiyatlarımız 42 milyard dollar çatıbsa, maliyyə resurslarına olan ehtiyacımız azalıbsa, yeni xarici borclanmaya getmək arzuolunan deyil. Mövcud borcların qaytarılması prosesi Azərbaycanla borc verən tərəf arasında razılaşdırılmış sxemə uyğun olaraq, həyata keçirilir. Xarici borclarla bağlı ən mühüm məqamlardan biri borcların idarə edilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsidir. Borcların bir qismi artıq ödənilib, digər qismi növbəti illərdə ödəniləcək. Digər tərəfdən, 2018-ci ildə alınan borcların səmərəli istifadə edilməsi, onlara nəzarətin gücləndirilməsi vacibdir. İndiki məqamda borclara nəzarət mexanizminin təkmilləşdirilməsi daha actual məsələdir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.01.2018
16.01.2018