Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Orta ixtisas təhsilində yenilik
Tarix: 12.01.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Əgər tələbə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilməsə, o, təhsil müəssisəsindən xaric edilməyəcək

Bundan sonra orta ixtisas təhsili müəssisələrində bir müəllimi seçən tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından asılı olaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdiriləcək. Qeyd edək ki, bu məsələ Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb. Qüvvədə olan qaydaya əsasən isə indiyədək bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edib və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edib. Bu halda da tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydə alınma ardıcıllığına görə müəyyənləşdirilib.
Qaydaya görə, tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir. Dəyişikliyə əsasən sərbəst işin müəyyənləşdirilməsi proseduru dəyişib. Başqa sözlə, indiyə qədər əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 akademik saatına 1 saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilib. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməli idi. Dəyişikliyə əsasən artıq bu meyarlar ləğv edilib. İndiyə qədər müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrinin), yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilib və dərs cədvəlinə daxil edilməyib. Bundan sonra isə tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdiriləcək.
Qüvvədə olan qaydada orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”na uyğun olaraq tənzimlənməsi nəzərdə tutulub. Bundan sonra orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından asılı olaraq, orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən ediləcək.
Yeni qaydaya əsəsən, yay semestrində tələbənin götürə biləcəyi kreditlərin say həddi də artırılıb. İndiyə qədər yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalı idisə, bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır. Eyni zamanda, tələbənin həftəlik işinin həcmi 1,5 kredit müəyyənləşdirilib. İndiyə qədər ixtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsilalanlar üçün 120-180 kredit, ümumi orta təhsil bazasından təhsilalanlar üçün isə 180-240 kredit müəyyənləşdirilib. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.Bundan sonra isə ümumiyyətlə, müvafiq ixtisas üzrə orta ixtisas təhsili proqramlarının mənimsənilməsi üçün 120-180 kredit müəyyənləşdirilib.Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyən edilib.
Bundan əlavə, indiyə qədər müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə verilib. Dəyişikliyə əsasən, artıq müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə veriləcək. Akademik borcu olan tələbə əlavə fənn (fənnlər) götürdükdə, təhsil haqqının ödənilməsi həyata keçiriləcək və bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Beləliklə də, hər semestrdə tələbənin seçməsinə icazə veriləcək fənlərin sayı artırılıb. İndiyə qədər fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilib. Əks təqdirdə, tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fəndən akademik borcu qalıb. Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməli idi. Bundan sonra cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunacaq. Cari qiymətləndirmə fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi, aralıq qiymətləndirmə fənn üzrə tələbənin imtahan zamanı bilik və bacarıqlarının qiymətləndirilməsidir. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmayacaq, yəni həmin fənn üzrə akademik borcu qalacaq. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılacaq. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonar növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə biləcək. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılacaq. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunacaq. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etməyəcək, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə orta ixtisas təhsili müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdiriləcək və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdiriləcək. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu qaydaya əsasən həyata keçiriləcək. Yəni, qaydaya əsasən tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilməyəcək. Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018