Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Metroda intiharların qarşısını necə almalı?
Tarix: 12.01.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Yanvarın12-də “Bakı Metropoliteni”nində daha bir intihar hadisəsi qeydə alınıb. 1971-ci il təvəllüdlü Cəlilov Cəmil “Həzi Aslanov” stansiyasından “Dərnəgül”ə hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olanda özünü qatarın altına atıb. Qatar isə onu vurub platformaya atıb. Vəziyyəti ağır olan Cəlilov Cəmil xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, bu, son bir həftə ərzində metroda baş vermiş ikinci intihar hadisəsidir.
Bundan əvvəl intihar edən isə 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur. O, yanvarın 8-də, saat 22:10 radələrində "Həzi Aslanov" stansiyasından "İçərişəhər"ə gedən, 11 saylı marşrut üzrə hərəkət edən qatarın altına atılıb. Nəticədə, qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.
Əgər əvvəl insanlar intihar etmək üçün körpünü, dənizi seçirdilərsə, son günlər qatarın altına atırlar. Ekspertlər metroda bu cür hadisələrin qarşısını almaq üçün metro xətlərinin kənarında maneə divarlarının quraşdırılmasını məqsədəuyğun sayırlar.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, külli miqdarda maliyyə vəsaiti hesabına başa gələn bu maneə divarları bahalı layihə olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində təhlükəsizlik məqsədi ilə tətbiq edilir: “Dubay metrosunda tətbiq edilən sistem vasitəsilə şəhərə gələn turistlər və şəhər sakinlərinin təhlükəsizliyini qorumaq olur. Digər bir tərəfdən, bu maneə divarları vasitəsilə qatarın relslərindən yaranan istiliyin sərnişinləri narahat etməməsi üçün istifadə edilir. Həmçinin Vaşinqton, London, Paris və s. ölkələrin metro stansiyalarında platformaların qadağan edilmiş hissələrində qoruyucu şüşə sədlər yerləşdirilib. Bu da insanların təhlükəsizliyinin və hər hansı bir bədbəxt hadisənin qarşısını almaqda bilavasitə böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, bu cür maneə divarları ilk dəfə intiharlara görə dünyada öndə olan İsveçdə - Stokholm metrosunda qurulub. Qatar yolu ilə sərişinlərin dayandığı yer bir birindən şəffaf arakəsmə ilə ayrılır. Yalnız Qatar gələndə şüşə qapılar açılır və Qatar gedən kimi arakəsmə bağlanır.
Bəs görəsən, belə bir sistemin Bakı metrosunda tətbiqi realdırmı? Sualı cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyir ki, bu praktika böyük xərc tələb etməsə də, Azərbaycanda tətbiqi birmənalı şəkildə mümkünsüzdür: “Bu cür vasitələr layihələndirmədə nəzərdə tutulmalı idi. Qoruyucu çəmbərləri qoymaq, yenidən quraşdırmaq çox çətin prosesdir. Qatar gəlib dayananda həmin plastik şüşələr üz-üzə açılmalıdır. Bu elə də sadə mexanizm deyil”.
N.Paşayev “Metropoliten rəhbəri Zaur Hüseynov intiharların qarşısının alınması üçün hansısa tədbirlər görmək barədə fikir irəli sürübmü? Ümumiyyətlə, bu məsələ müzakirə olunubmu” suallarına cavab olaraq, bunları bildirib: “Sərnişinlərin rahat və təhlükəsiz daşınması bizim hər zaman əsas vəzifəmizdir. Bu mövzu hər gün müzakirə olunur”.
N.Paşayev hesab edir ki, intiharların qarşısını almaq maarifləndirmə yolu ilə mümkündür:
“Metroda intihar hadisələri ilə mübarizə üçün hər hansı işlərin görülməsi nəzərdə tutulmur. Gün ərzində metrodan 700 min insan istifadə edir, hər adama bir nəfər ayırıb, yaxud hər kəs üçün hasar inşa edə bilmərik. İnsanın intihar üçün seçdiyi yeri öncədən müəyyənləşdirmək çox çətindir. O, metroda buna nail olmasa, gedib özünü körpüdən atar, tövlədən özünü asar. İnsanları maarifləndirib intihardan vaz keçirmək lazımdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018