Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zülmət gecələrə qərq olmuş Bakıxanov - PROBLEM
Tarix: 12.01.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Söhbət Bakıxanovdan yox, onun adını daşıyan və Bakı şəhər Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsindən gedir. “Dövlət Proqramı” çərçivəsində Bakı şəhərinin bütün qəsəbələrində marşrut yolları standartlara cavab verən səviyyədə yenidən qurulub. Eləcə də marşrut yollarının hər iki tərəfində küçə işıqları quraşdırılıb. Yəni Bakının gündüzləri kimi, gecələri də işıqlı görünür. Təəssüflər olsun ki, əhalisi çox, eləcə də böyük bir rayon mərkəzi olan Bakıxanov qəsəbəsinin əksər küçələrində marşrut yollarında təmir işləri aparılsa da, nədənsə, küçə işıqları baxımsız qalıb. Gecə qəndilləri yandırılmadığından, uzun qış gecələrində qəsəbənin böyük ərazisi zil-qaranlığın içində görünməz olur və bu mənzərə hansısa ucqar bir dağ kəndini xatırladır. Bu da yerli sakinlərin, sürücülərin narazılığına gətirib çıxarır. Adıçəkilən qəsəbənin Əli Kərim, Oskar Əfəndiyev və Azərbaycanın Mili Qəhrəmanı Ramiz Qənbərovun adını daşıyan küçələrindən keçən marşrut yollarını göstərmək olar. Diqqətə çatdıraq ki, Sabunçu Rayon Məhkəməsi, İdman və Gənclər evi yerləşən ərazidən “Neftçilər” metro stansiyasına tərəf gedən, Nizami rayonu ilə Sabunçunun ərazisini birləşdirən məscidə qədər mərkəzi marşrut yolunda işıqlar yandırılmadığından, gecələr ərazi qaranlıq içərisində olur. 

Novruz adlı sakin Oskar Əliyev küçəsində yaşadığını dedi. Bildirdi ki, hər gün səhər sübh tezdən işə gedir: “Küçə işıqları işləmədiyindən, hər tərəf qaranlıq içindədir. Hər gün bu mənzərənin şahidi oluruq. Yağışlı günlərdə “İl market”ə qədər asfalt yolu və ərazini su basır. Zolaqlar olmadığından, piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçə bilmirik. Sürücülər keçidə nəzarət etmir. Qaranlıqda nə sürücülər piyadaları, nə də piyadalar avtomobilləri görə bilir. Hətta hər tərəfi qaranlıq olan dumanlı hava şəraitində yol nişanları, eləcə də işıqforlar görünmür. Bu da həm piyadaların, həm də nəqliyyatın hərəkətini çətinləşdirir.


Sürətlə gələn avtomobillər piyada keçid zolağına nəzarət etmədən keçir və təkərlərin altından çıxan palçıqlı çirkab sular isə piyadaların üst-başını bulayır. Ramiz Qənbərov küçəsi olan ərazidə şəhərdən gələndə yolun sol tərəfi meşəlik olduğundan, həmin ərazilər daha çox təhlükəlidir. Hər tərəf sahibsiz itlərlə doludur. Şəhərdən bizim küçəyə isə tək 60 saylı marşrut avtobusu işləyir. Axşam saat 9 olmamış adıçəkilən marşrut ərşə çəkilir, yəni işləmir. Hər tərəf sahibsiz itlərlə dolu olur. Axşamlar, bəzən, 60 saylı marşrut işləmədiyindən, bir kilometr yolu qorxa-qorxa gedib-gəlirik”.
Sakinlər dedilər ki, üç yol ərazisindən piyadalar keçmək üçün həmin yerdə piyada keçid yol nişanı qoyulub və yola ağrəngli zolaqlar çəkilib. Onların sözlərinə görə, həmin yolla hərəkət edən marşrut avtobuslarının sürücüləri və eləcə də avtomobil sürücüləri piyada keçid yoluna əhəmiyyət verməyib keçirlər: “Hətta sürücülər avtobusları dayanacaqda yox, həmin keçid zolağının içində saxlayır. Piyadalar isə yolu keçməkdə çətinlik çəkirlər. Bu, bəzən xoşagəlməz hadisələrlə də nəticələnir”.
Qeyd edək ki, “Bakıxanov Ticarət Mərkəzi”ndən Qaraçuxur qəsəbəsinə gedən yolda da eyni vəziyyət idi. Sakinlər aidiyyəti qurumların yaranmış problemin həlli üçün müvafiq addım atmasını istəyirlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018