Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “Baş nazir oğlu” - HƏFTƏ REYTİNQ
Tarix: 12.01.2018 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

İsrail Baş naziri Benyamin Netanyahu oğlunun bir dostu ilə apardığı telefon söhbəti ilə bağlı cəncəllə üzləşdi. Xarici mətbuatın yazdığına görə, burada gənc Netanyahu bir gecəlik əyləncə üçün fahişə qadınların xidmətindən yararlanmaq istədiyini söyləyir və bunun üçün həmin şəxsdən kömək göstərməsini xahiş edir. Yair Netanyahunun bu “maraqlı” söhbəti yanvarın 9-da İsrailin 2-ci kanalında yayımlanıb. Mətbuat onun danışdığı adamın kim olduğunu da üzə çıxarıb. Bu, israilli iş adamı, milyarder Kobi Maymonun oğlu imiş. Söhbət zamanı oğul Netanyahu “mənim atam sənin atana 20 milyard qazandırıb, indi mənə 400 şekel (İsrailin pul vahidi-red.) oxuyursan...”. - deyə müraciət edir. Benyamin Netanyahu isə Kobi Maymonu tanımadığını və uşaqlarının dostluğundan xəbəri olmadığını söyləyib. Netanyahuya müxalif, sol görüşlərə sahib “Haaretz” qəzeti isə baş verən qalmaqalı “Stripgeyt” (striptiz sözündən -red.) adlandırıb və “qızıl oğlan”ın həm özünü, həm də atasını rüsvay etdiyini yazıb.


Həftənin “şəhid nəvəsi”


Türkiyə Müdafiə Nazirliyi Prezident Ərdoğanın babasının əsgərlikdə ikən şəhid olması ilə bağlı bəyanat yaydı. MN prezident Rəcəb Tayyib Ərdoğanın babası Mustafa oğlu Kamalın əsgərlikdə ikən şəhid olduğunu, arxivlərdə adı qarşısında “əsgərdə məchul” ifadəsinin qəti olaraq qeyd olunduğunu açıqlayıb. Nazirliyin verdiyi bəyanatda son günlərdə prezident Ərdoğanın babasının I Dünya müharibəsində, Sarıqamış əməliyyatında şəhid olmasına dair MN arxiv materiallarında adının olmamasına dair iddiaların qəsdən ortaya atıldığı qeyd olunub. “Müdafiə Nazirliyi tərəfindən aparılan arxiv araşdırması nəticəsində Rizə Hərbi Komissarlığına məxsus 8355 nömrəli “İtkin düşənlərə” dair Silahaltı jurnalının 213-cü səhifəsində Rizə vilayəti Ulucami kəndindən Mutioğullarından ləqəbli Mustafa oğlu, 1882-ci ildə anadan olmuş Kamalın məchul 30.01.1337 (Möhür-Osman) formasından yazıldığı təsbit edilmişdir” – nazirliyin bəyanatında belə deyilir.


Həftənin “hasar ustası”


“Amerikalıların Meksika ilə sərhəddə fiziki maneənin inşasına ehtiyacı var, çünki bu onların təhlükəsizlik maraqlarına cavab verir. O, bizə lazımdır. Mən hasarı inşa etməmək istərdim, lakin bizə hasar lazımdır. Əgər sizdə hasar yoxdursa, təhlükəsizlikdə ola bilməzsiniz”,-bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə konqresmenlərlə görüşündə bəyan etdi. Ötən həftə Tramp administrasiyası Konqresə Meksika ilə sərhəddə hasarın inşasının ilkin mərhələsi üçün 18 milyard dollar maliyyə ayrılması üçün müraciət edib. Hasarın inşasının 2027-ci ildə yekunlaşacağı bildirilir. Həmin dövrədək dövlət sərhədinin yarıdan çoxu - 3,2 min km məsafə süni maneələrlə müdafiə olunacaq.


Həftənin “ağac qətliamı”


Tovuz sakininin 4 il əvvəl saldığı meyvə bağındakı 400-dən çox ağac məhv edildi. Hadisə rayonun Cəlilli kəndində baş verib. Naməlum şəxs və ya şəxslər gecə saatlarında kənd sakini Novruzəli Fərzəliyevin xurma bağına girərək meyvə ağaclarını gövdəsindən baltalayıb. Təsərrüfat sahibi bundan səhər saatlarında, ağaclara qulluq etmək üçün bağa girəndə xəbər tutub və 400-dən çox ağacın məhv edildiyini görüb. Novruzəli Fərzəliyev (zərərçəkən): “Ağaclara 4 ildir ki, qulluq edirdim və növbəti mövsüm bar verəcəkdi. Hər ağacın birinə 5 manat vermişdim. 320 ağacımı məhv etmişdilər”.Artıq məsələnin araşdırılması ilə rayon polisi məşğuldur. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.


Həftənin “qaçaq bankiri”


“Standard” QSC Kommersiya Bankınıın İdarə Heyətinin keçmiş sədri olmuş və sonradan ölkədən qaçan Kriman Səlim Eldaroviçin banka 114 mln. manat ziyan vurduğu məbləğ məlum oldu. Musavat.com-un əldə etdiyi məlumata görə, bu barədə “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi, hazırda həbsdə olan Çingiz Cəlilovun ittiham aktındakı məlumatda qeyd edilir. İttihamda qeyd edilir ki, S.Kirman, ümumilikdə, 41 epizod üzrə təqsirli bilinir və o, işlədiyi banka ümumilikdə 114 milyon manat zərər vurub. Mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb. Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Krimanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs-qətimkan tədbiri seçilib. Eyni zamanda o, “İnterpol” xətti ilə axtarışa verilib.


Həftənin “Bakısevəri”


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi son brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə etiraz etdi. “Müxtəlif kütləvi tədbirləri, o cümlədən idman tədbirlərini uğurla keçirən ölkələr, nədənsə, Dövlət Departamentində qıcıq yaradır. Bu hesabatları yazan insanlar, görünür, heç vaxt Bakıda olmayıblar. Özüm şəxsən dəfələrlə Bakıda olmuşam və hər dəfə ora məmnuniyyətlə gedirəm. Bakının tarixi mərkəzi - görməli yerləri, muzeyləri, parkları tamamilə təhlükəsizdir və turistlər arasında böyük marağa malikdir. Deyilənlər, sadəcə, cəfəngiyyatdır”, - M.Zaxarova bildirib.


Həftənin “gileylisi”


ARB TV-nin “Günə son” verilişinin qonağı olan Xalq Artisti Amaliya Pənahova bəzi jurnalistlərdən gileyləndi: “Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var, mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Heç kim özünü gülünc vəziyyətə salmaq istəməz. Əgər belə olubsa, onun günahı deyil, edənindir. Estetik əməliyyat pis şey deyil...”.


Həftənin “sırğaşünası”


“Bəziləri deyir ki, Nəsimi də sırğa taxıb. Sən Nəsimisən? Sırğa taxırsansa, açıq-aşkar denən ki, sırğa taxıram. Misal gətirmə heç kimi. Denən ki, mən bunu edirəm, yaxşı edirəm. Sırğa taxmaq ayıb, günah deyil”. Bu sözləri ARB TV-nin “Sayqa ilə bu axşam” proqramına qonaq olan Əməkdar artist Cavanşir Məmmədov sırğa mövzusundan söz açarkən dedi.“Özün kişi olmalısan. 100% kişi ol, istəyirsən, sırğa tax. Nəsiminin dərisi soyulanda rəngi saralıb, amma sözündən dönməyib. Mənə lazım deyil ki, səviyyəsi aşağı olan adam mənə hörmət etsin”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018