Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Putin Şimali Koreya diktatorunu “savadlı” adlandırdı - GÜNÜN TƏZADLARI
Tarix: 12.01.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

“Şimali Koreya lideri Kim Çen In savadlı və yetkin liderdir”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin söylədi. Hafta.az Musavat.com-a istinadən xəbər verir ki, Putinin fikrincə, KXDR dövlət başçısı öz məqsədinə çatıb. Onun, artıq nüvə silahı var və başqaları bu faktla hesablaşmaq məcburiyyətindədir. Bu baxımdan, Rusiya Prezidenti qeyd edib ki, onun düşüncəsinə görə, Şimali Koreya lideri bu qarşıdurmanın qalibidir.


Tramp Kim Çen Inla yaxşı münasibətləri olduğunu söylədi


ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu bildirdi. Hafta.az yazır ki, APA-nın xəbərinə görə, D.Tramp bu barədə “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib. “Güman edirəm, mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var... Mən insanlarla münasibət qurmağı bacarıram. Düşünürəm, siz buna çox təəccübləndiniz”, - deyə Tramp qeyd edib. Bununla belə, D.Tramp Şimali Koreya lideri ilə həqiqətən danışıqların aparılmasına dair suala cavab verməkdən imtina edib. “Mən bunu şərh etmək istəmirəm. Mən demirəm ki, olub, ya olmayıb. Mən sadəcə bunu şərh etmək istəmirəm”, - deyə Tramp əlavə edib. Qeyd edək ki, D.Tramp bir neçə gün öncə K.Ç.Inla telefon danışığı aparmağa hazır olduğunu bildirmişdi.


Bu şəhərə qara qar yağdı


Qazaxıstanın Temirtau şəhərində qararəngli qar yağdı. Hafta.az-ın “Trend”ə istinadla verdiyi məlumata görə, bu anomaliyanın araşdırılması üçün qar nümunəsi laboratoriyaya təqdim olunub. Qarın belə rəngdə yağmasının ilkin səbəbi kimi havada zərərli maddələrin olması ehtimal edilir. Xatırladaq ki, bir müddət əvvəl Sankt-Peterburqda göy rəngdə qar yağmışdı.


Paytaxta qatarın üstündə getmək istədi və...


Qazaxıstanda Kokşetau sakininin Astanaya elektrovozun üstündə getmək qərarı ona baha başa gəldi.. Trend-in məlumatına görə, biletsiz səfər etmək istəyən 25 yaşlı gənci qatarın üstündə 29 min voltluq cərəyan vurub. Gəncin bədəninin 45 faizi termik yanıqlarla yanıb. O, dərhal xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində həyatda qalması mümkün olub. Biletsiz gedib qazanmaq istəyən Kokşetau sakini hazırda reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.


İngilis ata qızına piton hədiyyə etdi


Britaniyalı Skot Gevin 8 yaşlı qızına Spanç Bob adında piton bağışladı. Hafta.az-ın “Virtual”a istinadla yazdığı xəbərdə belə deyilir. Kişi iddia edir ki, ilan ona heç bir ziyan vurmaz. Bu barədə 11 yanvarda “The Mirror” nəşri xəbər verib. Gevinin sözlərinə görə, “şah pitonları” adlanan bu heyvan qızına “çox ciddi” olduğu üçün toxunmayacaq. Gevinin sözlərinə görə, şah pitonu qurbanlarını dişləri ilə tutur və onu bədəni ilə sıxıb boğur. Gevin danışıb ki, Emili pitonla o qədər rahat yola gedib ki, onun bundansonrakı hədiyyəsini timsah və ya tarantula olması indidən müzakirə olunur. Atası sevinib ki, qızı pitonla çox nəvazişli davranıb və onu incitməyib. Hazırda pitonun uzunluğu 47 santimetrdir, amma kişi əmindir ki, o, 2 metrə qədər uzana bilər.


Avtomobilini parkinqdə itirdi - 6 ay sonra tapdı


Polis 6 ay əvvəl parkinq yerində maşınını itirən şotlandı sevindirdi. Hafta.az yazır ki, Lenta.ru saytının verdiyi xəbərə görə, 2016-cı ilin iyununda şotland öz dostundan “BMW” maşınını istəyib. O, bu maşınla Mançesterdə keçirilən “The Stone Roses” qrupunun konsertinə qatılmaq istəyib. Amma tədbirdən sonra kişi maşınını tapa bilməyib. Çünki o, maşınını park etdiyi yeri unudub. Beş gün boyunca o, çoxmərtəbəli dayanacaqda maşınını tapmağa çalışıb, amma buna nail olmayıb. Nəticədə, 2 ay sonra maşınla bağlı axtarış elan edilib. Yeni il ərəfəsində isə polis əməkdaşları maşını aşkar ediblər. Məlum olub ki, keçən 6 ay müddətində maşın elə dayanacaqda olub. Amma sahibi üçün maşının tapılması da dərd olub. Çünki o, parkinq xidməti üçün 6 aylıq müddətin pulunu ödəməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.12.2018
14.12.2018