Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məktəblilərin praktik bilikləri artırılır
Tarix: 15.01.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ümumtəhsil sistemində şagirdlər elmi-təqdiqatlara da cəlb olunurlar

Hazırda təlim prosesində şagirdin bilik qazanması təhsil islahatının əsas istiqamətlərindən biri sayılır. Bu baxımdan elmlə təhsilin inteqrasiyasının təmin edilməsi yönündə mütəmadi olaraq müvafiq addımlar atılır. Məsələn, paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilir.Bakı Şəhəri üzrə Təhsil İdarəsidən (BŞTİ) bildiriblər ki, ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilir. Eyni zamanda, görüşlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır.
Ekskursiyalar çərçivəsində, həmçinin məktəblilər elmi-tədqiqatlara cəlb olunur, dərs dinləmələrinə qatılır, maraqlandıqları suallara cavab alırlar. Karyera planlama təlimləri BŞTİ-nn tabeliyindəki 19 ümumtəhsil məktəbində "Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılır.
Təlimlərin təşkil olunmasının əsas məqsədi şagirdlərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə məktəblilərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdir.
Qeyd edək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da müasirləşmənin yolu yeni təhsil fəlsəfəsinin, elmi nailiyyətlərin və innovasiyaların məhsulu olan qabaqcıl texnologiyaların, idarəetmə üsullarının tətbiqindən keçir. Məhz buna görə də müasir dövrdə təhsil islahatı bir zərurət olaraq meydana çıxır. Təbii ki, hazırda Təhsil Nazirliyinin apardığı islahatın da əsas məqsədi təlim prosesində şagirdin təfəkkürünün inkişafı üçün ona bilik ötürmək deyil, bilik qazanmaq üçün şərait yaratmaqdır. Bununla bağlı nazirliyin aidiyyəti strukturlarla, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə müxtəlif layihələri var.
Xatırladaq ki, son illər AMEA ilə Təhsil Nazirliyi arasında getdikcə genişlənməkdə olan əməkdaşlıq çərçivəsində elmlə təhsilin inteqrasiyasının təmin edilməsi istiqamətində bir sıra ciddi addımlar atılıb ki, onlardan da biri “Sabahın alimləri” layihəsinin təşkilidir. Bu layihə Azərbaycanda 2011-ci ildə bəri keçirilir. Layihənin məqsədi ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsi, həmçinin ciddi elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilməsidir. Bu müsabiqə hər il ABŞ-da 70-dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur.
Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilən uğurlu layihələrdən biri də “Kiçik Akademiya” layihəsidir. Bu layihənin təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir.
“Kiçik Akademiya”nın vəzifələrinə gəlincə, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək və tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır.
Yeri gəlmişkən, 2016-cı ilin dekabrında ölkə prezidenti tərəfindən təsdiqlənən Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi qeyd olunub. Sənəddə göstərilib ki, iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində nəzərdə tutulan orta və uzunmüddətli hədəflərə çatmaqda ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi müstəsna rol oynayacaq.
Belə ki, ümumi təhsil (ümumi ibtidai, ümumi əsas və ümumi orta təhsil) insan kapitalının formalaşmasında strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, ümumi təhsil sistemində idarəetmənin şəffaflığı və demokratikliyi, təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması bilikli cəmiyyət quruculuğunun əsas inkişaf prioritetlərindən hesab olunur. Azərbaycanda ümumi təhsildə infrastrukturun və keyfiyyətin yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. 2003-2015-ci illərdə yeni məktəb binalarının tikilməsi və mövcud məktəblərin əsaslı təmiri ilə bağlı ciddi işlər görülmüşdür. Bu müddət ərzində maddi-texniki bazanın yaxşılaşdırılmasına baxmayaraq, tədrisin keyfiyyəti dövrün tələblərinə uyğun tam inkişaf etməyib. Orta təhsil pilləsində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün pedaqoji kadrların hazırlığının və tədrisin müasir təhsilvermə və təhsilalma texnologiyasına uyğunlaşdırılması, təhsilvermə və təhsilalma metodlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər dəstəklənəcək.
Eyni zamanda, sənəddə deyilir ki, ümumi təhsil sistemində “yaddaş” məktəbindən “təfəkkür” məktəbinə keçidin təmin edilməsi, mütərəqqi dünya təcrübəsinə əsaslanan təhsil proqramlarının (kurikulumların) hazırlanması və səmərəli tətbiqi, məktəb rəhbərlərinin, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, cəmiyyətdə müəllimlərin nüfuzunun yüksəldilməsi istiqamətində tədbirlər görülməli, daha keyfiyyətli insan kapitalının formalaşdırılması üçün mövcud resurslardan səmərəli istifadə edilməsi istiqamətində islahatlar davam etdirilməlidir.
Bundan başqa, elm və təhsildə nəsillərarası güclü əlaqəni təmin etmək məsələsi qarşıda duran mühüm vəzifələrdən sayıldığından dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər də təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini gücləndirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcək. Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında da elm və təhsil sisteminin inkişafına və qarşılıqlı inteqrasiyasına hesablanan müddəalar var. Sənəddə vurğulanıb ki, müasir təhsil sisteminin formalaşdırılması üçün 2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin ümumi həcminin ÜDM-dəki payı ilbəil artırılaraq inkişaf etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə çatdırılacaq. Eyni zamanda, təhsildə keyfiyyətin yüksəldilməsi üçün stimullaşdırıcı mexanizmlər yaradılacaq, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi genişləndiriləcək.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.02.2018
19.02.2018
18.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
Özüm kimi yumurtam da 1 nömrədir - FOTO
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO