Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni dəyişikliklər etiraza səbəb olub
Tarix: 15.01.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Xəbər verildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” müzakirə olunub və “Orfoqrafiya lüğəti”ndə ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözü “ alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.

Dəyişikliklər neçə gündür müzakirələrə səbəb olub və bəzi dilçilər tərəfindən məqbul sayılmır. Bir qrup insan isə orfoqrafiyaya tez-tez dəyişiklik edilməsini normal hal saymır.
Millət vəkili Aqil Abbas hafta.az-a açıqlamasında deyir ki, cəmi bircə əsrin içində dörd dəfə əlifbanı dəyişməklə milləti kökündən qoparıblar: “Millət özünə gələndən sonra,1992-ci ildə həm Türkiyə ilə daha yaxından bağlanmaq üçün, həm də Avropaya çıxmaq üçün yenidən latın əlifbasına qayıtdıq. Dünyanın, eləcə də Türkiyənin istifadə etdiyi latın əlifbasına da olduğu kimi keçmədik. Ona görə də internetdə nə qədər əziyyət çəkirik. İndi də ana dilimizlə oynayırıq. Əvvəla, XX əsrdə bir dəfə dillə oynadılar. Əvvəllər ədəbi dil kimi Gəncə, Qarabağ dialekti götürülürdüsə, sonra bunun üstündən xətt çəkdilər və keçdilər Bakı dialektinə. Düzdü, bu o qədər də ciddi bir fərq eləmədi.
İndi də yeni sözlər düzəldirik. Guya alınma sözləri tərcümə edirik. O vaxt Türkiyədə bir Dil Üst Qurumu yaratdılar ki, dili təmizləyəcəklər, türk dilini məhv elədilər və Türkiyə türklərini bizlərdən, tatarlardan, ümumiyyətlə, Türkiyədən kənarda yaşayan türklərdən ayırdılar. Təmiz türk sözü «nənə» sözünü elədilər «babaanne, anaanne» «bacı»nı «qızqardaşı».
Akademiyanın alimləri, elə bil, dilimizin qəsdinə durublar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər; məsələn, «qəşəng» sözü «qəşənk» yazılmalıdır. Orta məktəblərimizdə müəllimlərimiz «qəşəng» sözünü uşaqlara heç «qəşəng» kimi öyrədə bilmirlər, bir imla yazdırsaq, 80 faizində yüz orfoqrafik səhv taparıq. İndi də «qəşənk» yazmağı öyrədəcəyik.
Nə bilim, iki samitin biri düşməlidi, «ədəbiyyat» yox, “ədəbiyat» yazılmalıdı, «riyaziyyat» yox, «riyaziyat» yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər?! Məsələn, «Məhərrəm» yazılmalıdır «Məhərəm», adam da səhv elədi ortadakı «ə»ni yedi «Məhərəm» oldu «Məhrəm».
Millət vəkili deyir ki, ölkə başçısı İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox.
“Orfoqrafiya Komissiyasının və Nəsimi adına Dilçilik İnstitutunun tərkibində dil məsələləri ilə məşğul olan, dilimizi yaxşı bilən həqiqi alimlər də var, amma mənə elə gəlir ki, gündə bir təklif vermək və bunu belə bir konteksdə təqdim etmək doğru deyil. Əgər biz komissiyaya təkliflər veririksə, onlar sistem halında olmalıdır. Məsələn, bir dəfəyə 10, yaxud 20 təklif müzakirəyə verilsə, daha yaxşı olar”.
Bunu isə filologiya elmləri doktoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, professor Qulu Məhərrəmli dilimizdə “g” ilə yazılan bəzi sözlərin “k” ilə əvəzlənməsi ilə bağlı Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsi ilə bağlı danışarkən söyləyib. O bildirib ki, təklif edilən dəyişikliklərin elmi əsası olmalıdır: “Onsuz da dilimizdəki bəzi sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən problemlər var. Hesab edirəm ki, verilən təkliflərin hamısının bir elmi əsası olmalıdır. Sözlərin yazılışı ilə deyilişi arasındakı fərqləri azaltmaq, yaxınlaşdırmaq bütün dünya dillərində normal tendensiya sayılır. Dil qaydalara söykənir. Söhbət təkcə “g”, “k”dan getmir. Ona görə də “g”, “k” ilə bağlı olan məsələləri həll edib “c”, “ç” ilə olanları kənarda qoysaq, doğru deyil. Bütün bu sözlərin hamısına bir qayda tətbiq olunmalıdır. Yəqin ki, bundan sonra şəkilçilərlə, ya da hər hansı bir hərflə, yazılışla bağlı təkliflər olacaq.

Çox istərdim ki, bu sözlər kiminsə istəyinə uyğun olaraq, “mən orfoqrafiyanı dəyişdirirəm” iddiası ilə bağlı olmasın. Dildəki bu dəyişikliklər qayda və prinsiplərə söykənməsə, orfoqrafiyada böyük mənada qarışıqlıq yarana bilər”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun olduğunu bildirilib (əsgər-əskər, əsginas-əskinas, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Layihədə qeyd olunur ki, yuxarıdakı sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılıb. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018