Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Toyda 179 min dollarlıq TORT-VİDEO
Tarix: 16.01.2018 | Saat: 11:52:00
Bölmə:Maraqlı Video | çapa göndər

Keçmiş sovet respublikalarında toylara dünyanın ən məhşur müğənnilərinin dəvət olunmasını çox eşitmişdik, amma Qazaxıstanın güneyində yerləşən Çimkənd şəhərində baş tutan xeyir məclisində yaşananlar hamını təəccübləndirib.

Hafta.az “Kaztr”ə istinadən yazır ki, Çimkənddəki toyda hazırlanmış tort 4,2 metr hündürlüyündə, 1,5 ton ağırlığında olub. Rusiyanın məhşur şirniyyat ustası Renat Agzamovun hazırladığı həmin tortun qiyməti 179 min dollardır.

Xəbərlərə görə, tort adının gizli qalmasını istəyən bir qonağın toyun səbəbkarlarına hədiyyəsidir.
Sosial mediyada aparılan araşdırmalara görə, toyda həmdə dünya şöhrətli musiqiçi Jan Mukanov iştirak edib. Mukanov deyib ki, toy sahiblərini çox gözəl tanıyır və onlar öz pullarını halal yolla qazanan təmiz insanlardır.

Qeyd edək ki, Today.kz saytı toyun kimə aid olduğunu da aşkarlayıb. Onlar - Arujan və Əmirjan Qazaxıstandakı ən məhşur iş adamlarının övladlarıdır. Gəlinin atası Kayrat Satıbaldı “Kaspi Bank” və “KazakhTeleCom” kimi bir çox şirkətin hissədarı, bəyin babası Serikjan Seyitjanov isə “Rixos Khadisha Shymkent” otelinin sahibidir.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018