Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xalq artisti Çingiz Sadıxov dəfn edildi - FOTOLAR
Tarix: 16.01.2018 | Saat: 12:14:00
Bölmə:Reportaj | çapa göndər

Yanvarın 16-da Xalq artisti Çingiz Sadıxov Bakı şəhərində İkinci Fəxri Xiyabanda dəfn edilib. Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, piano ustasının tələbələri və dostları qatılıb. 

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın korifey konsertmeysteri Çingiz Sadıxovla vida mərasimi Təzəpir məscidində baş tutub. Saat 12:00-da Xalq artistinin nəşi məscidin vida salonuna gətirilib. Vida mərasimində Azərbaycan mədəniyyətinin tanınmış simaları Çingiz Sadıxovun ailə üzvlərinə başsağlığı veriblər.

Mərhumun nəvəsi Rüstəm Sadıqov əməkdaşımıza bildirib ki, Xalq artisti ürək əməliyyatından sonra vəfat edib. O, uzun sürən xəstəlikdən əziyyət çəkib:

"Özü istədi ki, Azərbaycanda dəfn olunsun. Vəsiyyəti bu idi. Biz də bu vəsiyyətinə əməl etdik. Hər zaman Azərbaycanı düşünürdü. Bakı ilə bağlı xeyli xatirəsi vardı. Bizə də danışırdı. Ömrünün son anlarına qədər Bakını unutmadı. Vətənə bağlı adam idi. Xəstəliyinin müalicəsi üçün nə lazımdırsa edildi. 88 yaşı vardı, səkkiz gün əvvəl halı qəfil pisləşdi və dünyasını dəyişdi. Mən tək gəlməmişəm. Anam, xalalarım, dayılarım da bizimlədir".

Xalq artisti Eldar Quliyev bildirib ki, Çingiz Sadıqov onun atası Eldar Quliyevlə möhkəm dost olub. Onunla  bağlı çoxlu xatirələri var:

"Çingiz böyük sənətkar idi. Onun musiqi sənətimizə verdiyi töhfələr, yeniliklər musiqi tariximizdən silinməyəcək. O, dahi Müslüm Maqomayev kimi dahi sənətkarla dost olub. Dəfələrlə atamla görüşmək üçün bizim evə gələrdi. Söhbətləşərdilər. Onun maraqlı söhbətləri var idi. Maraqla qulaq asardıq. O, bu gün aramızda cismani olaraq yoxdur, amma əziz ruhu onu tanıyanların qəlbində həmişə yaşayacaq. Başqa nə deyim, Allah rəhmət etsin. Birnömrəli baletmeystrimiz idi".

Çingiz Sadıxovun tələbələrindən olan Aydın Babayev bildirib ki, o, yetirmələrinə qarşı çox diqqətli olub:

“Mən ali təhsil aldıqdan sonra bir müddət işsiz qaldım. Təsadüfən İçərişəhərdə Çingiz müəllimlə rastlaşdıq. Xeyli tələbəsi olub. Amma məni tanıdı, adımı da yadında saxlamışdı. Vəziyyətimi soruşdu. İşsiz olduğumu dedim. Söylədi ki, sabah yanına gedim. Getdim, iş otağına çatanda üzümü görmədən Aydın, gəl – dedi. Telefonu götürüb kiməsə zəng vurdu. Mənim haqqımda həmin adama xeyli tərif dedi. Sonra telefonun dəstəyini asıb mənə söylədi ki, sabahdan beş nömrəli məktəbə get, işə başla. Uzun müddət orada işlədim. Sözümün canı odur ki, çevrəsindəkilərə, tanıdığı hər kəsə qarşı diqqətli idi. Hamının problemlərini soruşardı. Əlindən hansı köməklik gəlsə yardımını əsirgəməməyə çalışardı. Gəncləri həmişə qabağa çəkirdi. Şəxsən mən ondan çox şey öyrənmişəm. Allah rəhmət etsin”.

Çingiz Sadıxovla vida mərasiminə gələnlər əllərindəki gül-çiçək dəstələrini nəşin üzərinə düzür, sonra ailə üzvlərinə başsağlığı verirdilər.

Saat 14:30-da Xalq artisti Çingiz Sadıqovun nəşi Təzəpir məscidindəki vida mərasimindən sonra II Fəxri Xiyabana aparılıb. Dəfn mərasimində Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artisti Eldar Quliyev, xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və başqaları iştirak edib. Mərhumun ruhuna dualar oxunub. Məzarı üzərinə Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyulub.

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018