Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sabunçu RETSİ keçən ili uğurla başa vurub
Tarix: 16.01.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Sabunçu rayonunda elektirk təchizatı gün-gündən yaxşılaşır. Bu sahədə heç bir problem yoxdur. Rayon ərazisində köhnə elektrik xətləri dəyişdirilib. Köhnə KTM-lər isə yenisi ilə əvəzlənib. Sabunçu Rayon Elektrik Təchizatı Satış İdarəsinin rəisi Paşa Əliyev “Həftə içi"nə adıçəkilən müəssisənin 10/6/0,4 KV istismar şöbəsinin inzibati ərazi üzrə 2017-ci ilin hesabatında görülən işlər barədə məlumat verdi. 

Bildirdi ki, Yarımstansiya Sabunçu-182/37 saylı 6 kv-luq hava xəttindən KTM 37 tərəf budaqlanmanın yer altına salınaraq, 810 metr 10kv kabel xətti ilə əvəzlənib. Eləcə də Yarımstansiya 14 Şuşa şəhərciyi 2 nömrəli 6 kv-luq hava xəttindən budaqlanma ilə KTM 137-yə 300 metr alüminium və 612 metr naqil yeni xətlər çəkilib: "KTM 70-də isə zədələnmiş 6 və 0,4 kv-luq 140 metr çıxış kabel xətləri dəyişdirilib.

Yeri gəlmişkən qeyd edim ki, TM 194-TM-197 arası 1,2 nömrəli 802 metr 10 kv-luq,TM 893- 158 arası 1,2 kv-luq 1 663 metr kabel xətti çəkilib. O cümlədən Yarımstansiya Şaxtada 1075 saylı 6 kv-luq hava xəttindən budaqlanma ilə KTM 2208 hava girişinin 60 metr kabel girişi xətti ilə, Yarımstansiya 51-TM 30 tərəf 6 kv-luq çıxış hava xəttinin 177 metr kabel xətti ilə, eləcə də Yarımstansiya 51-61/62 tərəf 6 kv-luq hava xəttinin 163 metr kabel xətti ilə, Yarımstansiya 51-dən ABU PETROL" yanacaq döldurma məntəqəsini və "EMA" kiçik müəssisəsini qidalandıran 6 kv-luq havva xəttinin çıxışının 150 metr, TM 27 tərəf 6 Kv-luq 163 metr hava xətti kabel xətləri ilə əvəzlənib".

Paşa Əliyev TM 893 Xanməmmədov küçəsində yerləşən 26, 28, N. İsmayılov küçəsi, 7 saylı binalara 0, 4 kv-luq kabel xəttlərinin çəkilidiyini dedi. Onun sözlərinə görə TM186 Sülh küçəsi 14/1, 14/2 ünvanda yerləşən xeyir-şər evinin elektik təchizatı yaxşılaşdırılıb, belə ki, 1ədəd transformator quraşdırılıb və 80 metr kabel çəklib: “Eləcə də TM160 Abuşov küçəsində yerləşən yaşayış binasına, 150 metr, TM 197 Y. Əliyev küçəsi, 96 saylı ünvanda yerləşən kafeyə 200 metr, TM 893 Xasməmmədov küçəsində nasosxanaya və qeyri yaşayış obyektlərinə 93 metr,Ə. Ağayev küçəsi 47saylı binada 61 metr 0,4 kv-luq kabel xəttləri çəkilib, TM 60-TM 203 arası 10 kv-luq 81 metr giriş kabel xəttinin də çəkilişi başa çatıb. O cümlədən, KTM 3272 Yeni massiv, F2-də 700 metr yanmış kabel xətti, Yarımstansiya "Bakıxanov" TM194-TM 198 saylı 10 kv-luq hava xəttində 1480 metr naqil dəyişdirilib.

Eləcə də Yarımstansiya Sabunçu-455 saylı 1046 metr,Yarımstansiya 51-61/62 saylı, 86 metr, Yarımstansiya Şuşa şəhərciyi 112 metr, Yarımstansiya Ramana- 39 saylı 6kv-luq hava xəttindən budaqlanma ilə TM 5 tərəf 122 metr, TM 184-TM 159 arası 6kv-luq hava xəttində 73 metr naqillər dəyişdirilib". Paşa Əliyev vurğuladı ki, 2017-ci il ərzində bu sahədə çox işlər görülüb. Onun sözlərinə görə, ümumilikdə, 5022 metr yüksəkgərginlikli kabel xətləri, 12 716 metr hava xətləri, 5972 metr aşağıgərginlikli kabel xətləri çəkilib. Eyni zamanda, 2 ədəd yeni KTM quraşdırılıb, eləcə də 5 ədəd kəndtipli KTM-lər yeni KTM-lərlə əvəz edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018