Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Etirazşılar polisə qarşı gözyaşardıcı qazdan istifadə etdi – GÜNÜN TƏZADLARI
Tarix: 16.01.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Kiyevdə Ali Rada qarşısında etiraz aksiyası keçirildi. Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, etirazçılar Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul etməyi və Rusiyanı işğalçı olaraq tanımağı tələb ediblər. Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Etirazçılar əvvəlcə özləri ilə gətirdikləri avtomobil təkərlərini, daha sonra Rusiya Bayrağını yandırıblar. Bundan başqa, etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə, bir nəfər xəsarət alıb. Situasiyanı nəzarətdə saxlamaq üçün paytaxtda, təxminən, 4 min hüquq-mühafizə orqanı əməkdaşı keşik çəkir.


Baş nazir istefa verdi


Rumıniyanın Baş naziri Mixay Tudose vəzifəsindən getdi. Hafta.az-ın “Zvezda” telekanalına istinadla verdiyi xəbərə görə, Rumıniyanın hakim Sosial-Demokrat Partiyasının yanvarın 15-də keçirilmiş fövqəladə toplantısında partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsinə səs verib. Bu səbəbdən də Mixay Tudose tutduğu postdan istefa verdiyini bəyan edib. Onun səlahiyyətlərinin müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku tərəfindən icra ediləcəyi bildirilir. Qeyd edək ki, sabiq iqtisadiyyat naziri 51 yaşlı Mixay Tudose ötən ilin iyunundan Rumıniya hökumətinə başçılıq edirdi.


Deputat xalqı etiraza çağırdı


Ermənistan parlamentində “Elk” fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçələrə çıxmağa və hökuməti Vergilər Məcəlləsinə dəyişikliyə məcbur etməyə çağırıb. Hafta.az Modern.az-a istinadla xəbər verir ki, parlamentin iclası zamanı deputatlar ölkədə yaranan vəziyyətlə əlaqədar hakim partiyanı təqsirləndirib: “Elə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti yalnız indi bahalaşma haqqında öyrənib və bunun qarşısını almağa çalışır. Amma biz bütün 2017-ci il boyunca xəbərdarlıq edirdik ki, yanvar ayından yeni vergi məcəlləsi qüvvəyə minəcək və bahalaşma qaçılmazdır. Siz sıxılmış qazın qiymətini üç dəfə qaldıranda bilmirdiniz ki, bunun böyük təsiri olacaq?”. Deputat Edmon Marukyan vurğulayıb ki, parlament artıq tükəndiyi üçün insanları küçələrə çıxmağa çağırır.


Qarğa hava proqnozu proqramına müdaxilə etdi


ABŞ-da studiyaya daxil olmuş qarğa “KTVU” telekanalının hava proqnozu proqramını alt-üst etdi. Hafta.az-ın Oxu.az-a istinadla verdiyi xəbərə görə, proqramın aparıcısı Mark Tamayo San-Fransiskonu gözləyən hava şəraiti ilə bağlı danışan zaman şəhərin görüntüsünü çəkən kameraya qarğanın qonduğunu görüb. O, kadrdan çıxaraq kanalın seyrçilərini “çağırılmamış qonağa” tamaşa etməyə dəvət edib. Quş bir neçə dəfə kameranın obyektivinə baxıb, daha sonra uçaraq ərazini tərk edib, aparıcı isə proqramı davam etdirib. Telekanalın canlı yayımına daxil olmuş qarğanın videosu beş gün ərzində 190 mindən çox baxış sayı və 170-dən çox şərh toplayıb.


8 tonluq plov hazırlandı


Özbəkistanda dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirildiyi bəlli oldu. Hafta.az bu haqda “Canews.org” Mərkəzi Asiya xəbərlər agentliyinə istinadla yazır. Dünyanın ən nəhəng plovu Surxandərya vilayətinin Denauy rayonunda hazırlanıb. Xörəyin hazırlanmasında vilayətin 46 tanınmış aşpazı iştirak edib. Xatırladırıq ki, ötən il sentyabrın 8-də Daşkənddə keçirilən “Ozbeqim” Ənənəvi Mədəniyyət Festivalı çərçivəsində paytaxt aşpazları 7360 kiloqram ağırlığında özbək plovu hazırlamış və Ginnesin Rekordlar Kitabına düşmüşdü. Bu ilki plovu hazırlamaq üçün Daşkənddəki meqa-qazan Surxandərya vilayətinə aparılıb. Diametri 4,2 metr, ağırlığı 7 ton olan qazan isə Almalık Dağ-Mədən Kombinatında hazırlanıb. Surxandərya aşpazları isə daşkəndli həmkarlarının köhnə rekordunu təzələyiblər. Lakin 8 tonluq plovun Rekordlar Kitabına düşüb-düşməyəcəyi haqda heç nə deyilmir.Plov vilayətdəki hərbi hissələrə, internat məktəblərinə, uşaq evlərinə, əlillərə və aztəminatlı ailələrə paylanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti