Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qənirə Paşayeva tanınmış qadın təşkilat rəhbərləri ilə Qarabağdan danışıb
Tarix: 16.01.2018 | Saat: 23:53:00
Bölmə:Siyasət | çapa göndər

Belçika, Yunanıstan və Portuqaliyanın tanınmış təşkilat rəhbərləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyəti, mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi böyük önəm barədə geniş məlumatlar verən millət vəkili ölkəmizin ən ağrılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə də geniş danışıb. Q.Paşayeva onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.

O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır.

Belçika, Yunanıstan və Portuqaliyanın tanınmış təşkilat rəhbərləri də Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiklərini deyərək münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. Qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşlərdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Millət vəkili Q.Paşayeva görüşün sonunda onlara Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.02.2018
19.02.2018
18.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
Özüm kimi yumurtam da 1 nömrədir - FOTO
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO