Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvarla bağlı bəyanat verdi
Tarix: 17.01.2018 | Saat: 12:06:00
Bölmə:Siyasət | çapa göndər

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib. Bəyatanda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim!

Tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı yanvar faciəsinin 28-ci ildönümü ərəfəsindəyik. Azərbaycan dövlətçilyinin bərpası uğrunda qurban getmiş, Allah-təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara ehtiramımız əbədidir.

20 Yanvar bizi müstəqilliyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Bakıda isə Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı.

Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi terror - Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar cinayəti də vardır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər.

Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız da vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə millətimiz öz ülvi arzularına yetişəcək, doğma torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın hər yerində qələbə şəninə bayram namazları qılınacaqdır, inşallah.

Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşların, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə 20 Yanvar günü bu bəyanatın mətninin oxunmasını, Qarabağ, 20 Yanvar həqiqətləri barədə moizələr edilməsini, əziz şəhidlərimizin xatirəsini dualarla yad etməyi vacib sayır.

Uca Allah 20 Yanvar şəhidlərinə rəhmət eləsin!”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti