Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir - Kamran Əliyev
Tarix: 17.01.2018 | Saat: 13:04:00
Bölmə:Gündəm | çapa göndər

Hazırda Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı istintaq davam etdirilir.

Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev qeyd edib ki, hazırda sənədlər tədqiq edilir, digər əməliyyatlar aparılır: “İstintaqın işi ilə bağlı məlumat verə bilmərəm”.

Qeyd edək ki, ötən il sentyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Universitetdə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb.

Kamran Əliyev rəhbərlik etdiyi qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, həmin şəxslərin 7 nəfərinə xəbərdarlıq edilib, digər 20 nəfər barəsində iş məhkəməyə göndərilib, inzibati cəza tədbirləri görülüb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 məsələ istintaq olunur. Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, həmin işlərin 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır.

Baş İdarə rəisi qeyd edib ki, şikayətlərin sayına görə ikinci sırada tikinti sektoru dayanır: "Tikinti şirkətləri tərəfindən vətəndaşların aldadılması halları azalsa da, təəssüf ki, bu cür hallar yenə də var".

O əlavə edib ki, əvvəldən qalan işlər üzrə ziyanın ödənilməsi ilə bağlı tədbirlər davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti