Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ Freedom House ən hörmətsiz təşkilatlardan biridir” – Siyavuş Novruzov
Tarix: 17.01.2018 | Saat: 13:46:00
Bölmə:Siyasət | çapa göndər

“Ümumiyyətlə, Human Rights Watch, Freedom House və bir neçə bu kimi təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzəli, ölkəmiz haqqında məlumatı olmayan, kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Həmin məlumatlar isə başdan ayağa qərəzdir. Freedom House bir qeyri-hökumət təşkilatıdır. Belə bir qurumun dediklərinin heç birinə əhəmiyyət vermək lazım deyil”.

Bunu hafta.az-a açıqlamasında Freedom House təşkilatının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda beş minə yaxın qeyri-hökumət təşkilatı var. Doxsana yaxın siyasi partiya mövcuddur. Xeyli sayda mətbuat orqanı fəaliyyət göstərir. Hər bir media orqanı və yaxud qeyri hökumət təşkilatı, siyasi partiya bir başqa dövlət haqqında bir yazı dərc etdiyi halda bunun hansı hüquqi əsası ola bilər?! Heç bir hüquqi əsası yoxdur:

“Həmin təşkilat hansı tədqiqatı apara bilər? Dünyada 200-dən artıq ölkə var. Freedom House bir qrup dövləti azad, digər ölkələri isə yarım azad və azad olmayan ölkə kimi müəyyənləşdirir. Bütün bunları dəqiq şəkildə müəyyənləşdirmək, tədqiqatını aparmaq  üçün onun ən azından on min işçisi olmalıdır. Hər hansı bir ölkədən anonim yazı almaqla həmin dövlət haqqında “məlumat” verməyin özü etikadan kənardır. Digər tərəfdən, həmin təşkilatın yaydığı bəyanatların heç bir hüquqi əsası yoxdur. Ona görə də, Freedom House təşkilatının verdiyi bəyanat Azərbaycan üçün milçək vızıltısından başqa bir şey deyil”.

Millət vəkili qeyd edib ki, sadəcə olaraq, həmin qurum erməni lobbisinin, başqa-başqa təşkilatların əlində alətə  çevrilib. Azərbaycanın bugünkü inkişafı, ölkəmizdə həyata keçirilən layihələri onların gözü götürmür:

“Tək 2017-ci ildə Azərbaycan Avropa İttifaqı ilə bir çox layihələr həyata keçirilib. Dünya ölkələrinin rəhbərləri Azərbaycana mütəmadi səfərlər ediblər. Region ölkələrinin liderləri ölkəmizə gəlib, ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. O cümlədən, cənab prezidentin 20-dən artıq xarici ölkəyə səfəri baş tutub. Bu yaxınlarda ölkə başçısının həm Münhen Təhlükəsizlik Konfransında, həm də Davos İqtisadi Forumunda iştirakı gözlənilir. Dünyanın samballı təşkilatlarından olan Davos İqtisadi Forumu Azərbaycanın daha irəliyə getdiyini, ölkəmizdə biznes mühitinin azad olunduğunu və digər məsələlərlə bağlı özünün bəyanatlarını hər il dərc edir. Dünya ölkələrinin əksəriyyəti də buna dəstək verir. İstər BMT, istər ATƏT, istərsə də Avropa Şurası sadəcə olaraq bir qurumdur. Freedom House isə qeyri-hökumət təşkilatıdır”.

Siyavuş Novruzov hesab edir ki, adıçəkilən təşkilatın bəyanatlarına ciddi əhəmiyyət verilməməlidir:

“O ki, qaldı digər dövlətlərlə bağlı, Amerika Birləşmiş Ştatlarının prezidenti miqrantları həşərat adlandırır. Dünyadakı miqrantların sayı yarım milyarda çatır. Özlərinin əməlləri, qeyri-konstruktiv yanaşmaları, köklü dövlətləri dağıtmaları nəticəsində insanları bütün hüquqlardan məhrum edib miqrant vəziyyətinə salıblar və sonra da onları həşərat adlandırırlar. Bir dövlət başçısı səviyyəsində insanı bundan artıq təhqir etmək olarmı?! Başqa bir misal, deyir ki, kim Qüdsü İsrailin paytaxtı kimi qəbul etmirsə, həmin ölkəyə maliyyə yardımı dayandırılsın. Həmin nüans ölkələrin öz müqəddəratını təyin etmək, beynəlxalq hüququn prinsiplərinə zidd olan təziyiq vasitələridir ki, bu da zorla tanıtmağa cəhddir. Belə olan halda hansı demokratiyadan, insan hüquqlarından, yaxud digər hüquqlardan danışmaq olar?! Freedom House kimi təşkilatlar gedib bu məqamlara qiymət versinlər, sonra Azərbaycanla bağlı məsələlərə toxunsunlar. Həmin təşkilat hərbi xunta rejiminin dəyənəyi altındakı işğalçı Ermənistanı yarımazad hesab edir. Hansı ki, orada hərbi rejimə qarşı sadə insanların tətilləri başlayıb. İnsanlar acından qırılır. Sosial problemlər aşıb-daşır. İqtisadiyyatın inkişafı sıfır səviyyəsindədir. Miqrasiya kəllə-çarxa çıxıb. Bu ölkəni götürüb yarım azad şəkilində təqdim edirlər, Azərbaycanı isə Əfqanıstanla eyni siyahıya qoyurlar”.

Millət vəkilinin sözlərinə görə, əsl ədalətsizlik budur. Əgər bir təşkilat özünün qəbul etdiyi qərara hörmətlə yanaşmırsa, o hörmətsiz təşkilatdır:

“Cənab prezident BMT-də çıxışı zamanı bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı da öz qərarlarına yenidən baxmalıdır, dəyişməlidir. Əgər qərarının əhəmiyyəti yoxdursa, insanlar tərəfindən ona inam da azalır, bu gedişlə həmin təşkilata gələcəkdə heç bir müraciət ünvanlanmayacaq. O baxımdan, hesab edirəm ki, Freedom House ən hörmətsiz təşkilatlardan biridir. Həmin təşkilatının qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur”.

Qeyd edək ki, Freedom House təşkilatı Azərbaycana qarşı növbəti dəfə əsassız ittihamlar irəli sürüb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018