Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
 “Tvinninq” layihə yekunlaşıb
Tarix: 17.01.2018 | Saat: 15:14:00
Bölmə:Sosial | çapa göndər

“Azərbaycanda metrologiya sisteminin gücləndirilməsinə dair “Tvinninq” layihəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən bu layihənin yekunlarına həsr olunan tədbir keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavini Niyazi Rəhimov qeyri-neft sektorunun inkişafının, ixrac potensialının artırılmasının əsas alətlərindən biri olan keyfiyyət infrastrukturunun, xüsusilə metrologiya sahəsinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, bu istiqamətdə komitə Avropa İttifaqı ilə onun “Tvinninq” və “Taieks” proqramları çərçivəsində uzun illərdir müvəffəqiyyətlə əməkdaşlıq edir. Onun sözlərinə görə, icra olunmuş layihənin məqsədi də Azərbaycanda metrologiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi, metrologiya sahəsində hüquqi və tənzimləyici sənədlərin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması, texniki bazanın təkmilləşdirilməsi və metrologiya sisteminin inkişafı vasitəsilə Azərbaycanın dünya bazarına çıxışının dəstəklənməsidir.

Niyazi Rəhimov bildirib ki, Azərbaycanda qeyri-neft ixrac potensialının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq keçirilən sınaqların, kalibrləmə nəticələrinin, həmçinin verilən sertifikatların tanınması istiqamətində komitə tərəfindən işlər aparılır. Bundan başqa, Milli Etalon Mərkəzində fəaliyyət göstərən etalon laboratoriyalarının beynəlxalq miqyasda tanınması ilə bağlı müvafiq prosedurlar icra olunur.

Hazırda ölkəmizdə dövlət etalonlarının saxlandığı və ölçmələrin izlənilməsini həyata keçirən 7 laboratoriya fəaliyyət göstərir. Yaxın zamanlarda bu laboratoriyaların sayının 20-dək artırılması planlaşdırılıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskas Avropa İttifaqı və Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələrdən danışaraq bu əməkdaşlığın davam edəcəyinə əminliyini vurğulayıb. Səfir keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Avropa İttifaqını təmsil edən ölkələrin müvafiq qurumları ilə SMPDK arasında qarşılıqlı işgüzar fəaliyyəti yüksək qiymətləndirib.

Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka təmsil etdiyi ölkə ilə Azərbaycan arasında həm ikitərəfli, həm də müxtəlif layihələr çərçivəsində əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Çex Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən səfir “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsinin rolunu xüsusi vurğulayıb. Səfir qeyd edib ki, layihə Azərbaycanda metrologiya sisteminin müasirləşdirilməsi və gücləndirilməsi məqsədlə SMPDK, Çex Metrologiya İnstitutu və Almaniyanın Fiziki-Texniki İnstitutunun birgə yaratdığı konsorsium ilə əməkdaşlıq şəraitində həyata keçirilib.

Sonra Çex Metrologiya İnstitutunun və Almaniya Milli Metrologiya İnstitutunun mütəxəssisləri tərəfindən “Tvininq” layihəsinin nəticələrinə dair təqdimatlarla davam etdirilib.

Tədbir çərçivəsində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi və Çex Metrologiya İnstitutu arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsini təmin etmək məqsədi daşıyan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Məlumata əsasən, “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsinə dair” “Tvinninq” layihəsinin icrasına 2016-cı ildən başlanılıb. Layihə çərçivəsində müəyyən olunmuş 4 komponent icra olunub. Belə ki, Azərbaycan Metrologiya İnstitutunun mövcud milli etalon laboratoriyalarının fəaliyyətinin beynəlxalq səviyyədə tanınan qabaqcıl təcrübəyə uyğunlaşdırılması və milli etalonların beynəlxalq səviyyədə tanınmasına nail olunması üzrə işlər aparılıb. Azərbaycanın metrologiya sistemi üçün hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqının və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələblərinə uyğunlaşdırılması, həmçinin Azərbaycanda metrologiya sisteminin təşkilati və idarəetmə strukturunun Avropa və beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərilib.

Bundan başqa, metrologiya sistemində çalışan əməkdaşların öz vəzifələrini Avropa və beynəlxalq təcrübəyə uyğun yerinə yetirmələri üçün təlim ehtiyacları müəyyənləşdirilib və təlim proqramları hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018