Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İƏT Parlamentlərarası Birliyinin komitə iclaslarında 55 qətnamə qəbul edilib
Tarix: 17.01.2018 | Saat: 16:14:00
Bölmə:Siyasət | çapa göndər

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin parlament sədrlərinin iclası davam edir.

Hafta.az İRNA-ya istinadən yazır ki, bugünkü iclasda İƏT-ə üzv ölkələrin parlament sədrləri və sədr müavinləri İslam Dünyasının ən son mühüm hadisələri barədə çıxış edirlər. İclasın birinci günü İran prezidenti, İslam Şurası Məclisinin sədri və İƏT-ə üzv ölkələrin bir qrup parlament sədri və sədr müavinlərinin çıxışı ilə yadda qalmışdı. 

Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin də iştirak elədiyi İƏT Parlamentlərarası Birliyinin 13-cü iclası dünən şənbə Tehranda işə başlayıb.

Dünəndən indiyədək birliyin müxtəlif komitələri iclaslar təşkil etməkdədir. Bu gün Fələstin daimi komitəsinin iclası, baş katiblərin məşvərət toplantısı, Ərəb qrupunun məşvərət iclası, siyasi və xarici əlaqələr komitəsinin, eləcə də insan haqları komitəsinin, qadın və ailə məsələləri komitəsinin, hüquq və mədəniyyət komitələrinin iclası nəzərdə tutulub. 

Əsas konfransın keçirilməsindən sonra komitə iclaslaraında 55 qətnamə qəbul edilib. Bu qətnamələr iqtisadi, siyasi, ictimai, qadın və insan haqları məsələlərini əhatə edir. Bu gün də bir sıra qətnamənin qəbul olunacağı gözlənilir.

İƏT Parlamentlərarası Birliyinin 13-cü iclası bu gün yekun bəyanatını yayaraq, işini başa vuracaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018