Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Meksika səfiri Təhsil Nazirliyində görüş keçirib
Tarix: 17.01.2018 | Saat: 17:06:00
Bölmə:Sosial | çapa göndər

Yanvarın 17-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovla görüşüb.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, tərəflər keçən ilin oktyabr ayında imzalanmış təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökümətlərarası sazişin hər iki ölkə arasında qeyd olunan sahələr üzrə əlaqələrin inkişafına töhfəsini vurğulayıblar. Xüsusilə də turizm və energetika sektorları ilə bağlı öyrənilən sahələrdə qarşılıqlı marağı şərh edərək səfir Labardini qeyd edib ki, bu günə kimi Meksika və Azərbaycanın müxtəlif universitetləri arasında əlaqələr qurulub. Bu baxımdan, təhsil və peşə tərcübələrinin mübadiləsi hər iki tərəfin xeyrinədir.

Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində təhsil sektorunun təmsilçiləri arasında mümkün görüş, eyni zamanda, hər iki ölkədə xarici tələbələrə təqdim olunan müxtəlif imkanlar haqqında danışılıb.

Səfir Labardini, öz növbəsində, Meksikada təhsilin yeniliklərinə diqqət yetirib və hazırkı təhsil islahatının məqsədləri haqqında məlumat verib. Eyni zamanda, ölkəsində təqaüd proqramlarına aid bəzi məsələlərə aydınlıq gətirib. Qeyd edib ki, Meksika təhsil islahatı sayəsində savadlılığın inkişafına mane olan elementlərin aradan qaldırılması mümkün olub. Bununla da, bu gün Meksikada 900 min tələbə texnologiya sahəsi üzrə ali təhsil almaqdadır.

Görüşün sonunda hər iki tərəf təhsil sektorunda əməkdaşlığın gücləndirilməsini davam etdirməyə dair istəklərini ifadə edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti