Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dəhşətli “Palomares hadisəsi”ndən 52 il ötür
Tarix: 17.01.2018 | Saat: 17:54:00
Bölmə:Maraqlı | çapa göndər

Yanvarın 17-si ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 tipli təyyarədən 4 ədəd hidrogen bombasının yerə düşdüyü gündür. Məhz 1966-cı il yanvarın 17-də sözügedən təyyarə İspaniya səmasında uçarkən yanacaq dolduran tanker-təyyarə ilə toqquşub və nəticədə, qeyd elədiyimiz kimi, 4 bomba İspaniyanın Palomaris kəndinin ərazisinə düşüb. Tarixdə “Palomares hadisəsi” olaraq qalan bu qorxunc fakt nəticəsində Palomaris kəndi civarında radiaktiv çirklənmə inanılmaz dərəcədə yüksəlib.

Hadisə necə baş verib? Amerikanın B-52 nüvə başlığı daşıyan təyyarəsi Aralıq dənizi üzərində - İspaniya sahillərindən 6 mil aralıda (10 kilometr) yanacaq təyyarə-tankerindən ehtiyyat yanacaq götürərkən, təsadüfən toqquşma yaranıb. Hadisə vaxtı partlayış baş verib, amma pilotlar paraşütdən vaxtında istifadə etdikləri üçün canlarını qurtara biliblər.

Bu yerdə nəzərinizə çatdıraq ki, Palomares dəniz sahilində yerləşən, ətrafı geniş meşəli-dağlarla əhatələnmiş balaca balıqçı kəndidir. Həmin paraşütlə xilas olan ekipaj üzvləri kənd ətrafındakı boş sahəyə düşüblər. Sonradan ərazini nəzarətə götürən Amerika hərbi-axtarış qrupları 2 aylıq axtarışdan sonra bombalardan ancaq birini dənziin self zonasında taparaq, sudan çıxara biliblər. Birləşmiş Ştatlar qorxurdu ki, birdən hidrogen bombası arzulanmayan qüvvələr tərəfindən tapılar. Ona görə də çox geniş ərazidə NATO mütəxəssisləri tərəfindən uzun müddət axtarış aparılıb.

Hadisə, təbii ki, dünyada böyük qorxu yaratdı. Eyni zamanda, İspaniya hökuməti qəzanın insan sağlamlığına ziyan vuran təsirini azaltmaq üçün büdcədən böyük pullar xərcləməli oldu. Məsələn, Madrid hökuməti radiasiyaya məruz qalmış ərazidə torpağın üst qatını tamamilə qazıdı. Bölgədə radiasiya təhlükəsinin qalmadığını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə İspaniyanın turizm naziri Manuel Fraga və ABŞ Madriddəki səfiri Angyer Biddle Duk kənd ətrafında – dənizdə birlikdə üzərək, nəyisə sübut etməyə çalışdılar.

Maraqlıdır ki, hidrogen bombası kəndin quru ərazisinə düşsəydi və partlayışa səbəb olsaydı nə baş verərdi? Bunu düşünmək üçün, sadəcə, Şimali Koreyada son vaxtlar meydana gəlmiş 6,3 bal gücündə zəlzələni xatırlamaq kifayətdir. Çünki mütəxəssislərin çoxu həmin zəlzələnin məhz Pxenyanın keçirdiyi hidrogen bombası sınağından qaynaqlandığını deyirdi.

Hidrogen bombası nədir?

Hidrogen bombası nəzarət olunmayan termonüvə enerjisi yaradan ən dəhşətli nüvə silahıdır. Bu termonüvə bombası partlayarkən güclü gurultu, parlaq işıq, hədsiz yüksək dərəcədə istilik və nüvə səpintiləri yaranır. Partlayış nəticəsində meydana gələn şok dalğası kilometrlərlə uzaqda yerləşən binaları uçuraraq, daş-qalaq yığınına çevirir. Partlayış vaxtı yaranan işıq seli hətta kilometrlərlə uzaqda olan adamlarda görmə qabiliyyətinin, ən azından müvəqqəti itməsinə səbəb ola bilər. İstilik enerjisi isə çox böyük radiusda mövcud olan bitkiləri yandıraraq kül edir.

Sual verə bilərsiniz ki, hidrogen bombasının dağıdıcılıq gücü atom bombasınınkından böyükdür, yoxsa əksinə? Birmənalı şəkildə deyək ki, hidrogen bombasının gücü adətən uran və plutoniumdan ibarət atom bombasının dağıdıcı qüvvəsindən olduqca yüksəkdir. Məsələn, SSRİ-nin 1961-ci ildə sınağını keçirdiyi 60 meqatonluq hidrogen bombasının gücü ABŞ-ın vaxtilə Xirosimaya atdığı 15 kilotonluq atom bombasının gücündən dörd min dəfə çox olub. Qısası, bir ədəd hidrogen bombasının gücü bir milyon ton dinamitin eyni anda partlamasına bərabərdir. Bir bənzətmə də var: bu bombanın qüvvəsi II Dünya müharibəsində partladılmış bütün silahların gücündən 10 dəfə artıq, 1883-cü ildə püskürmüş Krakatau vulkanının 25 faizi, indiyədək partladılmış bütün nüvə bombalarının 10 faizi qədər gücə malik olub.

Yeri gəlmişkən, bu bombanın çəkisi 27 ton, uzunluğu 8 metr olub. Bombaya 800 kiloqram ağırlığında paraşüt bağlanıbmış ki, bu da bomba yerə çırpılınca təyyarənin partlayış mərkəzindən 45 kilometr uzaqlaşmasına şərait yaratmışdı. Alov kürəsi 1000 kilometr məsafədən seçilib və göbələk buludu 64 kilometr yüksəlib. Hadisə vaxtı yaxınlıqdakı yaşayış məntəqələri dağılıb, radioəlaqə 1 saat müddətində kəsilib. Hətta 700 kilometr aralıdakı qəsəbədə evlərin şüşələri sınıb. Sınaq vaxtı 270 kilometr uzaqda olan bir nəfər partlayış işığını görən kimi görmə qabiliyyətini müvəqqəti itirib və sair.

Silahın komponentləri akademik Yuli Borisiviç Xariton, Andrey Saxarov, Viktor Adamski, Yuri Smirnov və Yuri Trutnev tərəfindən yaradılıb.

Onu da qeyd edək ki, qitələrarası raketlərə yerləşdirilən hydrogen döyüş başlıqlarının qüvvəsi 100 kilotonla 1,5 meqaton arasında dəyişir. Hidrogen bombasının atom bombasından fərqləndirən daha bir üstünlük isə odur ki, onu qitələrarası raketlərin daşıdığı başlıqlara yerləşə biləcək həcmdə istehsal etmək mümkündür. Həm də bu raketlər dünyanı yarım saatdan az müddətə dövrə vuracaq sürətlə uçaraq seçilən hədəfin bir neçə yüz metrində partlama dəqiqliyi ilə seçilirlər.

Hidrogen bombası ilk dəfə 1952-ci il noyabrın 1-də ABŞ tərəfindən sınaqdan keçiirlib. Orta hesabla 6 meqaton gücündə bombanın partladılması nəticəsində sınağın keçirildiyi adanın böyük hissəsi suya batıb. Bomba partlayan yerdə 6 metr dərinliyində, 1609 metr genişlikdə çuxur yaranıb.

Bu gün dünya ölkələrindən ancaq Rusiya, ABŞ, Çin, İngiltərə və Fransanın, eləcə də, keçirdiyi son sınağı nəzərə alsaq, Şimali Koreyanın cəbbəxanasında hidrogen bombası mövcuddur. Hətta nüvə silahına malik Hindistanın da hidrogen bombası istehsal eləməyə yaxınlaşdığı bildirilir. Ümumilikdə isə hazırda dünyada 20 mindən çox hidrogen bombası mövcuddur.

1970-ci il martın 5-də nüvə silahının yayılmamasına dair beynəlxalq saziş imzalansa da, böyük dövlətlər həmin müddəaları görməməzliyə vururlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti