Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda general oğluna hökm oxundu - GÜNÜN TƏZADLARI
Tarix: 17.01.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində işləmiş general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucova və onunla birlikdə mühakimə olunanlara hökm oxundu. Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Pərviz Abbasov və Kənan Vəliyevin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Qeyd edək ki, prokuror Rüstəm Orucovun 6 il, digər iki təqsirləndirilən Kənan Vəliyev və Pərviz Abbasovun hər birinin 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi. İttihama görə, bu il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMV markalı avtomobillə yol hərəkəti qaydalarını pozub. Rüstəm Orucova əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaqda təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Hadisənin digər iştirakçıları Kənan Vəliyev və Pərviz Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib, onlar polis nəzarəti qətimkan tədbirindədirlər.


Günəşlidə yeni tiklimiş 16 mərtəbəli binada çatlar yarandı


Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki Günəşli yaylası çökmə-oturma sahəsində 16 mərtəbəli binada çatlar yarandı. Hafta.az yazır ki, bunu “Trend”-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, bu halı yanvarın 17-də Zığ və Günəşli yaylasındakı əraziyə baxış keçirərkən müşahidə ediblər:“Günəşli yaylası təxminən Qaraçuxur qəsəbəsində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsindən başlayır və dəniz istiqamətində davam edir. Günəşli yaylasında tektonik qırılma xətti keçir. Oradakı çatları, torpaq qatı üzərində baş vermiş deformasiyaları aydın şəkildə gözlə görmək mümkündür. Burada həmin tektonik qırılma xətti boyunca yamac istiqamətində evlərin əskəriyyətində çatlar, deformasiyalar yaranıb. Bugünkü müşahidələrimiz də onu göstərdi ki, son günlər ərzində çatlar artıb. Eyni zamanda, həmin ərazidə 16 mərtəbəli yeni bir bina da inşa olunub. Həmin binanın bir küncü qırılma xəttinə düşür. Bu gün binada xırda da olsa, çatlar müşahidə etdik. Binanın 5-6 metrlik məsafəsində olan tikililər isə tam yararsız vəziyyətə düşüb...”.


Qaraciyərini atasına vermək istəyən oğul özü həyatını itirdi


Pakistanda qaraciyər çatışmazlığı olan atasını xilas etmək istəyən gənc qaraciyərinin bir hissəsini atasına vermək üçün girdiyi əməliyyatda həyatını itirdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, “The Tribune” qəzetindəki xəbərə görə, 24 yaşlı Kamran Laqhari qaraciyər xəstəsi olan 50 yaşlı atası Mücahit Han Laghari üçün donor olub. Elektrik mühəndisi olan Laghari ailəsinin və həkimlərin xəbərdarlığına baxmayaraq qaraciyər köçürməsinin aparılmasında israr edib. Laghari əməliyyat zamanı çıxan bəzi komplikasiyalar nəticəsində həyatını itirib. Böyük oğlu Laqharinin qaraciyərindən köçürmə edilən Mücahit Han reanimasiyadadır və oğlunun öldüyünü bilmir.


Azərbaycan tələbələri “ağıllı istixana” yaratdı


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri “ağıllı istixana” quraşdırdı. Hafta.az xəbər verir ki, bunu Trend-ə layihəyə yaxın olan Rusif Hüseynov deyib. Onun sözlərinə görə, layihə funksionallığına görə xarici analoqlarını üstələyir və tərəvəzlərin istixana təsərrüfatında yetişdirilməsi prosesinin tam avtomatlaşdırılmasını nəzərdə tutur: “Tələbələr tərəfindən istifadədə sadə və etibarlı sistem yaradılıb. Bu gün azərbaycanlı sahibkarları bu cür qurğuları Almaniya və Niderlanddan ixrac edir. Tələbələrimiz tərəfindən yaradılan layihə isə heç də onlardan geri qalmır. Biz “ağıllı istixana” layihəsini Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək niyyətindəyik”. “Ağıllı istixana” istixanalarda iqlimə avtomatik nəzarət etməyə imkan verir və hava dəyişikliyinin bitkilərə təsirinin qarşısını alır.


Yanğınsöndürən 3-cü mərtəbədən atılan uşağı tutdu


ABŞ-ın Corciya ştatının Atlanta dairəsində baş verən yanğın zamanı xilasedicilərdən biri üçüncü mərtəbədən yerə atılan qız uşağını tutaraq xilas etdi. Hafta.az “Report”a istinadla xəbər verir ki, bu barədə “The Independent” nəşri yazıb. Hadisə yanvar ayının əvvəllərində baş verib. Qızını alovdan xilas etmək istəyən ata, onu yanğınsöndürən Skott Stroupun qucağına atıb. Yanğın zamanı ümumilikdə 12 nəfər, o cümlədən 8 yetkinlik yaşına çatmayan şəxs təxliyyə edilib. “Biz uşaqları, sözün hərfi mənasında, futbol topu kimi tuturduq”, — deyə briqada kapitanı nəşrə bildirib. Yanğınsöndürənlərin tutduğu uşaqlar zərər çəkməyiblər. Qızın atası II dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti