Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qeyri-rəsmi yazışmalarda bu "y" hərfindən imtina etmişəm” – Fazil Mustafa
Tarix: 18.01.2018 | Saat: 11:27:00
Bölmə:Siyasət | çapa göndər

“Dilçilik institutunun yeni orfoqrafiya dəyişikliyi ilə bağlı əsaslandırması ilə ətraflı tanış ola bilməmişəm. Lakin bu dəyişikliyə etiraz edən səviyyəli ekspertlərlə yanaşı yenilikçiliyə qarşı kampaniyaçılığa alışmış tanış simaların da olduğunu gördüm.

Hafta.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkilinin sözlərinə görə, bir qrup insanlar isə ənənəvi olaraq Dilçilik İnstitutunun işçilərinə qarşı təhqirə keçiblər. Bunlar hamını söyürlər, fərqli nə eşitsələr, qulaqlarına yeni nə səs gələsə, dərhal erməni "çe" deyən kimi başlarını bulayırlar:

“Evlərinə qonaq gələndə də deyəsən birbaşa söyüşlə qarşılayırlar. Bir səbrlə araşdıırın görək, orada oturanlar da düşmən deyil ki, səhv də ola bilər, doğru da, mədəni üslubda müzakirə aparın, əsaslandırılmış təklifləri verin, bu dil hamımızındır, faydalı nəticənin hamımız marağındayıq. Bir-iki yazıda oxudum ki, mədəniyyət, cəmiyyət, hürriyyət və başqa alınma sözlərdən bir "y" hərfini çıxıblar. Türkiyə türkcəsində olduğu kimi. Şəxsən mən xeyli müddətdir, qeyri-rəsmi yazışmalarda bu "y" hərfindən imtina etmişəm və bu addımı doğru sayıram”.

Millət vəkilinin sözlərinə görə, xeyli inandırıcılığı olmayan dəyişikliklər də mümkündür, ancaq bu nə top, bu nə tüfəng, doğrusu anlaya bilməyib:

“Əks mövqedən bir-iki mədəni yazıya rast gəldim, ağlabatan fikirlər yer alırdı. Dil məsələsi elədir ki, bunu qətiyyən qaragüruhçuluqla müzakirə etmək olmaz. Eyni zamanda təkcə mütəxəssislərin də öhdəsinə buraxılacaq məsələ deyil. Hər halda daha dərindən araşdırandan sonra Leninin məşhur "Kənar adamın məsləhətləri"nin adında olduğu kimi acizanə tövsiyələrimizi izhar edərik”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2018
21.02.2018
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
ABŞ Suriyada Türkiyə ilə toqquşsa NATO dağılacaq – FBİ agenti