Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İngiltərədə Tənhalar Nazirliyi yaradılıb
Tarix: 18.01.2018 | Saat: 11:50:00
Bölmə:Maraqlı | çapa göndər

İngiltərədə 9 milyon insan tənha yaşayır.

Hafta.az xəbər verir ki, bu qədər insandan bəziləri çox yaşlı və baxıma ehtiyaclıdır, bir çoxları isə depressiyadan əziyyət çəkirlər. Ona görə də rəsmi London problemi həll etmək üçün çıxış yolu tapıb - Tənhalar Nazirliyi yaradıb. 

Baş nazir Tereza Mey bu addımı ilə nazirliyin ideya müəllifi, keçmiş millət vəkili Co Koksun arzularını reallaşdırmış olub. Yaradılmış yeni nazirlik bu sahədə çalışan insanlar, QHT-lərlə birlikdə işləyərək tənhaların sosial ehtiyaclarını qarşılamaq kimi addımlar atacaq. Özü də tənhalıq statusunu təyin etmək üçün Milli Statistika Ofisinin (ONS) quracağı sistemdən yararlanılacaq. 

Tənhalar naziri vəzifəsinə, eyni zamanda idman naziri olan Trakey Kruç təyinat alıb.

Hesabata əsasən, 18-34 yaşlarındakı gənc əlillərin 85 faizi özlərini tənha hiss edir, 200 mindən çox 75-dən çox yaşı olan vətəndaş isə artıq 1 aydan artıqdır ki, qohum-əqrabası, dostları ilə görüşmədiyini bildirib. 

Xatırladaq ki, bu nazirliyin yaradılması ideyası ilə çıxış edən, İşçi Partiyasından qadın millət vəkili olan Co Koks 2016-cı ildə aşırı sağçı bir nəfər tərəfindən öldürülüb.

Qeyd edək ki, bu cür nazirliyin yaradılması heç kimi heyrətləndirməməlidir. Çünki bundan əvvəl də BƏƏ-də və Venesuelada Xoşbəxtlik Nazirliyi, Hindistanda isə İnək Nazirliyi yaradılıb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018