Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ermənistandan İrana dəmir yolu çəkilməyəcək" - Baş nazir
Tarix: 18.01.2018 | Saat: 15:10:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

Ermənistan parlamentində millət vəkillərinin suallarını cavablayan baş nazir Karen Karapetyan İran - ­Ermənistan dəmir yolu xəttinin tikilməsinə dair layihə ilə bağlı açıqlama verib.

Hafta.az "Ermenihaber"ə istinadən yazır ki, o deyib ki, bunun üçün əvvəlcə uyğun şərtlər yetişməlidir. "Bu gün dəmir yolunu tikməyə başlasaq xeyli vəsait xərclənəcək, amma o pulu geri qaytarmaq lazımdır. İndiki şəraitdə isə, Ermənistanla İran arasında iqtisadi-ticarət əlaqələri o həddə inkişaf etməyib ki, biz qoyduğumuz sərmayəni daşımadan götürülən gəlirlə geri qaytaraq" deyən Karapetyan əlavə edib ki, əvvəlcə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin həcmini artırmaq, ondan sonra dəmir yolu layihəsi barədə danışmaq olar. 

Baş nazir bildirib ki, enerji sahəsi istisna olmaqla, Ermənistanla İran arasında 2017-ci ilin 10 ayı ərzində cəmi 62 milyon dollarlıq mal mübadiləsi həyata keçirilib. "Buna baxmayaraq, ikitərəfli əlaqələri maksimum genişləndirməyə həvəsliyik və bu istəyi rəsmi Tehrana da dəfələrlə bildirmişik" deyib Ermənistanın baş naziri. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2018
20.07.2018