Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Nərimanov" elektrik deposunda park yolları yenilənəcək
Tarix: 18.01.2018 | Saat: 15:58:00
Bölmə:Sosial | çapa göndər

"Nərimanov" elektrik deposunda park yolları yenilənəcək. 

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, yaxın gələcəkdə burada "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsi də tamamilə yeni əsaslarla qurulacaq. Lakin depo ərazisində hərəkətin təşkili və təhlükəsizliyin təmin edilməsi bununla tamamlanmayacaq. 

Belə ki, gələcəkdə park yolları tamamilə dəmir-beton konstruksiyalı şpallardan ibarət olacaq. Mərhələ-mərhələ bütün yollarda tətbiq ediləcək bu yeniliyin iqtisadi və təhlükəsizlik baxımından daha sərfəli olması, yollara qulluq həcminin minimuma endirilməsi və işçi qüvvəsindən daha səmərəli istifadə etməyə imkan verməsi ilə seçilir. Taxta nümunələri ilə müqayisədə beton şpallar uzunömürlüdür və 50 il istismar müddətinə malikdir. Onlar həm də depo ərazisinin və yolların estetik görkəmini dəyişəcək. 

Qeyd edək ki, 2016-cı ilin sonundan "Bakı Metropoliteni" QSC özünün dəmir-beton konstruksiyaları istehsalatı sahəsində dünyanın aparıcı müəssisələrindən olan "Vollert" şirkəti ilə sıx əməkdaşlıq şəraitində inşa edilmiş beton blokların istehsalı sexi fəaliyyətə başlayıb. Bu tip şpallar "Nərimanov" elektrik deposunda hazırda inşası davam edən sınaq yolunda, pilot layihə kimi, uğurla tətbiq edilib. Gələcəkdə metropoliten tunellərində məhz bu beton bloklardan istifadə olunması nəzərdə tutulub. Bu növ beton bloklar beton təməl üzərində yerləşdirilməlidir. Lakin metropolitenin yeraltı və yerüstü sahələrində hər şpal növü təyinatı üzrə tətbiq edilir. Belə ki, tunellərdən fərqli olaraq depo yollarında şpallar ballastlı çınqıl bünövrə üzərində yerləşir. Həmçinin elektrik deposunun cəmi 14 km təşkil edən depo və park yollarında 10 mindən bir qədər artıq şpaldan istifadə olunur. Buna görə də texniki-istismar tələbləri, habelə iqtisadi və istehsalat səmərəsi nəzərə alınmaqla, depo yollarında dəmir-beton konstruksiyalı bütöv şpalların tətbiqi daha məqsədəuyğundur.

 

Bununla əlaqədar müvafiq araşdırma və təhlillər aparılaraq, bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi şpalların tətbiqinin mümkünlüyü, metropolitenin istismar-texniki tələblərinə uyğunluğu öyrənilib. Nəticədə, Ələt qəsəbəsində yerləşən və Avropanın bu sahədə aparıcı müəssisələri ilə əməkdaşlıq edən "Şpal zavodu"nun məhsulu daha münasib hesab edilib. Metopolitenlə zavod arasında dəmir-beton konstruksiyalı şpallarla təchizat müqaviləsi də artıq imzalanıb. 

Bundan başqa, yoldəyişdiricilərin beton tirlər üzərində yerləşdirilməsi də gündəmdədir və məsələ araşdırılır. Bu tip tirlərin tətbiqi ilə qatarların yoldan çıxma ehtimalı, faktiki sıfır həddinə endiriləcək. Dəmir-beton şpallar kimi, tirlərin də istismar şərtləri daha sərfəli və səmərəli, nəzarət-qulluq mexanizmləri daha sadədir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.02.2018
20.02.2018
19.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
7 manatlıq qızılgül, 540 manatlıq şam yeməyi – “Sevgililər günü menyusu”
“Ölkəmizə qara yaxanlar heç nəyə nail ola bilmədi” – Fikrət Sadıqov
77 nəfərin qatili ilk dəfə əməlindən peşman olduğunu bildirib
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO