Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vəzifəli şəxslər üçün xüsusi səhiyyə xidməti
Tarix: 18.01.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Dünən Rusiya Prezidenti Vladimir Putinin, iki gün öncə isə ABŞ Prezidenti Donald Trampın sağlıq durumu ilə bağlı məlumat yayılıb və hər iki ölkə başçısının vəziyyətinin qaydasında olduğu bildirilib.

V.Putinin sağlamlığı ilə bağlı məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı məsələyə toxunan mətbuat katibi Dmitri Peskov qanunvericilikdə prezidentin sağlamlığı ilə bağlı icbari bəyanatların olmasının nəzərdə tutulmadığını deyib.
Ağ Ev həkimi Ronny Jackson isə 71 yaşlı Trampın ABŞ Prezidenti olduqdan bəri ilk dəfə 3 saatlıq tibbi müayinədən keçdiyini və onun ümumi sağlamlığının “əla” olduğunu söyləyib.
Ümumiyyətlə, ölkə başçılarının, nazir və məmurların sağlıq durumu bütün dövrlərdə media üçün maraqlı olub. Bununla belə, həyati təhlükə zamanı onların vəziyyəti çox vaxt ya gizli saxlanılıb, ya da həkimləri əlçatan olmadığı üçün hər hansı məlumat almaq müşkülə dönüb.

“Elita üçün xüsusi səhiyyə xidmətinin olması düzgün deyil”

Maraqlıdır, yüksəkvəzifəli şəxslər üçün hər hansı xüsusi səhiyyə xidməti varmı və onlar sağlamlığını kimlərə etibar edirlər? Həkim Vaqif Qarayev bizimlə söhbətində deyir ki, sovet dönəmində nazir, deputat və digər vəzifəli şəxslərin müayinə və müalicəsi Səhiyyə Nazirliyinin xüsusi idarəsi tərəfindən aparılırdı: “Bu xidmət bütün postsovet məkanında mövcud idi və elita üçün nəzərdə tutulmuşdu, sadə adamlar ora gedə bilməzdi.
Müasir dövrdə isə nə belə bir xidmət var, nə də ora müraciət edən. Yüksəkçinli məmurlardan kiminsə müayinəsi planlı olarsa, bu, əksərən xaricdə baş tutur. Yaxını İran, Türkiyə, uzağı, Avropa ölkələri olur. Qəfləti olanda isə seçim daha çox Gömrük Hospitalı, Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Klinik Xəstəxanadır. Qeyd etmək lazımdır ki, bu klinikalarda tibbi xidmət xarici ölkələrdəkindən heç də aşağı deyil, xaricə getməyin əsas səbəbi güvənsizlikdir.
Səhiyyədə iki prioritet var. 1. Həkimin peşəkarlığı. 2. Həkimin əlçatanlığı. Peşəkarlığı qismən də olsa yüksək qiymətləndirmək olar, amma əlçatanlıq yoxdur. Həm həkim hazırlığında, həm də həkimin əlçatan olması üçün sistem dəyişməlidir”.
Maraqlıdır ki, vəzifəli şəxslərin istənilən həkimə əlçatan olmasında maneə olmasa da, yenə də onların seçimi xarici ölkələrin səhiyyəsi olur.
Müsahibimiz bunu güvənsizliklə izah edir: “Bir çox mürəkkəb əməliyyatlar var ki, Azərbaycan həkimləri onun öhdəsindən uğurla gəlir, amma elita ora getmir. Demək olmaz ki, Azərbaycan səhiyyəsi elə sovet dönəmində qaldığı kimi yerində sayır, inkişaf var, amma xaricdəki kimi deyil.
Məsələn, bir kardiocərrahın hazırlanması üçün 12-14 il zaman lazımdır. Bütün dünyada bu sistem tətbiq olunur - ali tibbi təhsil, təhsildən sonrakı təhsil. Bizdə rezidentura var, amma hələ ki arzu olunan səviyyədə deyil. Türkiyə sistemi məqbuldur, uzman adı alan həkim artıq hazır kadr sayılır. Bu sistem bizdə də tətbiq olunduqdan sonra adi vətəndaşdan tutmuş məmuruna qədər hər kəs sağlığını səhiyyəmizə etibar edəcək.
Praktik təbabətin bütün sahələrində peşəkar həkimlər var, əksəriyyəti xaricdə təhsil alanlardı. Amma hamıya əlçatan deyillər, əhalinin ödəmə qabiliyyəti çox aşağıdır. Bu məqamda həm də hər kəsin istədiyi həkimə müraciət etməsini mümkünləşdirən icbari tibbi sığortanın tətbiqinin vacibliyi özünü göstərir”.
V. Qarayev yüksək vəzifəli şəxslər üçün xüsusi səhiyyə xidmətinin olmasını məqbul saymır: “Elita üçün xüsusi xidmətin olmasını həm də psixoloji olaraq düzgün qiymətləndirmirəm. Bu sosial bərabərlik prinsipinə ziddir. Statusundan asılı olmayaraq hər kəsin özünə görə faydalılığı var”.

“Bunu dövlət hesabına etmək qeyri-qanunidir”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, konstitusiyaya görə, bütün ölkə vətəndaşları qanun qarşısında bərabər olduqları üçün səhiyyə xidmətindən də eyni cür yararlana bilərlər: “Bu baxımdan kimin üçünsə xüsusi həkim, xüsusi imtiyazalar ayrılması düzgün deyil, bu barədə heç qanunvericilikdə hansısa müddəa da yoxdur. Vəzifəli şəxslər də sıravi vətəndaşlar kimi icbari tibbi sığortadan yararlanmalıdırlar. Onlar da sağlamlığını yerli həkimlərə etibar etməlidir. Bunun kökündə isə tibbi təhsilin keyfiyyəti məsələsi dayanır ki, bu da ayrı mövzudur”.
Vəzifəli şəxs xəstələndiyi təqdirdə onu xaricə aparmaq və ya xaricdən həkim çağırmağa gəlincə, A.Qeybulla bunun şəxsi məsələ olduğunu deyir: “Xaricdən həkim çağırmaq böyük məbləğdə vəsait deməkdir və bu vəzifəli şəxsin vəsaiti heabına olarsa öz işidir, amma bunu dövlət hesabına etmək qeyri-qanunidir. Çünki dövlət hər bir məmur, vəzifəli şəxs üçün kassa aparatı ayırmalı deyil və bunun üçün öhdəlik yoxdur”.

Bütün ölkə vətəndaşlarına eyni xidmət

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, ölkədə yüksək vəzifəli şəxslərin müalicə və müayinəsini həyata keçirən xüsusi xidmət yoxdur: “Səhiyyə bütün ölkə vətəndaşlarına eyni qaydada xidmət göstərir, o cümlədən yüksək vəzifəli şəxslərə də”.
Yeri gəlmişkən, keçmiş SSRİ-də yüksək vəzifəli dövlət rəsmiləri Kreml Mərkəzi Klinik Xəstəxanasında müalicə olunurdular. Xəstəxana 25 mart 1947-ci ildə yaradılıb. Rusiyanin ilk prezidenti Boris Yeltsin həmin xəstəxanada müalicə olunub və 2007-ci ildə elə orada da dünyasını dəyişib.
Hazırda həmin xəstəxanada vətəndaşlara ödənişli tibbi xidmət göstərilir. Yəni, Rusiyada vəzifəli şəxlər üçün artıq xüsusi tibb mərkəzi yoxdur.
Bir də bütün dünyada bəzi peşə sahibləri üçün nəzərdə tutulan xəstəxanalar var. Azərbaycan nümunəsində bu belədir: dənizçilər üçün Kaspar, yazarlar üçün Yazıçılar poliklinikası, neftçilər üçün Mərkəzi Neftçilər Xəstəxanası, gömrükçülərə xidmət edən Mərkəzi Gömrük Hospitalı və sair. Qeyd edək ki, bu xəstəxanalarda aidiyyəti şəxslər pulsuz, digərləri isə ödənişli müalicə və müayinə oluna bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.02.2018
19.02.2018
18.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
Doğum günü ölüm gününə çevrilən dahi dramaturqun qızı - FOTO-VİDEO
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
Özüm kimi yumurtam da 1 nömrədir - FOTO
“Ülke TV”də Azərbaycanda keçiriləcək prezident seçkiləri haqqında süjet yayımlanıb - VİDEO
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Ərdoğan Trampı bir zərbə ilə yerə sərdi - VİDEO