Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"20 Yanvar" şəhidləri tariximizə şərəfli səhifə yazdı
Tarix: 18.01.2018 | Saat: 20:00:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamına əsasən, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanaraq, faciənin ildönümü geniş şəkildə qeyd olunr. 

Tədbirlər planına uyğun olaraq, rayonun ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarında anım tədbirləri təşkil olunur. Orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar fotostendlər düzəldilmiş, anım mərasimləri, yığıncaqlar, toplantılar, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilir, divar qəzetləri buraxılır. Rayonun idarə və təşkilatlarının kollektivlərinin, orta və ali təhsil müəssisələrinin şagird və tələbələrinin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil olunur.
Rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə 18 yanvar 2017-ci il tarixdə Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd edib ki, "20 Yanvar" hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq, canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olublar. O zaman yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış edib. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev verib.
20 Yanvar günlərini xatırlayaraq Asif Əsgərov bildirdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Tədbirdə bildirildi ki, bu gün faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri, dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi qeyd edilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir sıra sualların həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Görüşdə 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, II qrup əlil Tofiq Allahverdiyev, 20 yanvar şəhidi Abbas Qasımovun anası Zöhrə Abdalova və digərləri çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda 20 yanvar faciəsi şəhid ailələri və əlillərinə yardımlar göstərilib.

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018