Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyanın ilk hacılığı Azərbaycanda olub
Tarix: 22.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Əziz oxucum, bilirəm ki, bu başlıq səni çaşqın və təəccüb doğuran bir aləmə aparacaq. Ancaq bu düşündürücü başlıq, sözlər, hərflər, vurğular ümumilikdə bizim qaranlıqlarda, dumanda, çəndə itib-batmış, mən deyərdim, acı, əzablı yollardan keçmiş, şikəstə üstündə vay-şüvən qoparan acı həqiqətlərimizdəndir.
Adəmin düşündüyü uca zirvə, Nuhun gəmisinin lövbər saldığı uca dağ, Peyğəmbər İbrahim və oğlu İsmayılın şeytana daş atdığı, indi müqəddəs ziyarət məkanı olan (ulu ziyarət məkanı) baba dağ (Cəddi) Həzrət baba (Həzrət - cənab deməkdir). Nəhayət, sonda dağların şahı müqəddəs Şah dağıdır, saydığımız müqəddəs əlamətlərin hamısı öz düsturu, tənliyi ilə həllini tapan, məntiqə söykənən nəticəsi bu yerə istiqamətlənir və həllini bu yerdə tapır. Hacıqabuldan başlanan dünyanın ilk hacılığı, 3 müqəddəs od məkanından keçib, Bibiheybətdə şeyxlərin xeyir-duasını alıb (indiki Şıxov deyilən yer şeyxlər məkanı olub). Bakı Bilgahı və Quba Bilgahından keçib Suqayıtdan (Sumqayıt) keçib, son Baba dağında şeytana daşatma ilə başa çatıb. Bəli, bu mifoloji xəritə tənliyini xırdalamaqla, açmaqla son nəticəni tam əminliklə əldə edə bilərik. Firkimizə təsdiq gətirmək üçün N.Gəncəvi, Ə.Xəqani, M. Füzuli irsinin davamçısı məşhur “Leyli və Məcnun“ əsərinin müəllifi Bilal Şirvaninin söz karvanına diqqət yetirək.
Ya Rəbb, bu yerin yaşı nə qədərdir?! Yerin yaşı Qabıssandadır. Ya Rəbb, bu sirri olmuş aləmlərin qapıları nə vaxt açılacaq? Bəndən aləmi-varlıq məkanında öz xüsusi mərtəbəsini tutanda? Bəs o nə vaxtdır? Onu zaman göstərəcək. Yerin canı mənəm, ruhu Allah, onun mülkü Qabıssandır.
Təklif var ki, oxunsun, qoy hər gözəlin bəhri cəmi,
Övliyalar yurdunda o gəlmiş canın öz xətrinə.
Qabıssanın çıraqlarını yandırın, qoy yansın aləm,
Bu gecəni zikr eyləyək, o əzanın öz xətrinə.
Bəli, şairin söz dünyası sanki fikrimizə bir təsdiq gətirir. Göstərdiyimiz peyğəmbərlərin məkanı (bəşəriyyətin anası, qayalarında hələ sirri açılmayan 7000 işarəsi olan (artıq bu işarələr oxunur) ana Qabıssandır. Qabıssan adının mənası Allaha yaxın müqəddəs məkan deməkdir. (Qobustan təhrif olunmuş addır, əgər Qobustan olsaydı, onda “Qabusnamə“ də, Qobusnamə kimi yazılardı). Məhz buna görə də dünyanın ilk ziyarətgahını və hacılığını burada axtarmağa dəyər. Qabıssan qayalarındakı işarələr və müqəddəs sözlər tam şəkildə təsdiq edir ki, kəbəsi Beytüllətiq olan (qədim Kəbə) ilk hacılıq burada olub. XII Legion, romalılar, yunanlar, hindlilər, çinlilər buraya ziyarətə gəlib. Bu kəbə Peyğəmbərlərin imamı, atası İbrahim peyğəmbərlə bağlı olub. N.Gəncəvinin dili ilə desək, “İsgəndərnamə“ əsərində:
And olsun o İbrahim Sufiyə,
İman gətirdiyim haman sufiyə.
Yaxud başqa bir beytdə.
İbrahim dinini doğru yol bildi,
Atəş tüstüsünü dillərdən sildi.
Aqillər məsləhət gördülər ona,
Oradan tərpənsin Azərbaycana.
Bəli, dünyanın dahi şairi çox ustalıqla vurğulayır ki, İbrahim dininin ibadət yeri, bu dinin dünya tərəfindən qəbul etdiyi kəbəsi Azərbaycandadır. İsgəndər də buraya ziyarətə gəlib. (O zaman, dünya 7 ölkədən və 72 xalqdan ibarət olub. Bax Avesta), Məhz buna görə də bu yerə Azərbeycan adı verilmişdir.
Azər-od məkanı.
Bey-Beyləqan, Bombey, Beyrək-beylə başlanan bu qədim adlar işarə verir ki, beyin vətəni çox-çox qədim tarixi olan Azərbaycandır.
Beyt-ev. Beyti Xudavənd Allahın evi (Kəbənin digər bir adı).
Beytülətiq-qədim ev. Kəbəyə verilən ad.
Beytüləhzan-hüzn evi. Yaqub peyğəmbərin Yusifin həsrəti ilə qapıldığı ev.
Beytülhəram-indiki kəbə. Bax. ə.f.lüğ. səh.39. Demək, qədim Kəbəni burada axtarmaq lazımdır. Buna görə də bu yerə, məkana “Azər-Bey-Can“ demişlər. Can isə - ürək, qəlb, ruh deməkdir. Demək, ruh verilən məkan. Bu müqəddəs işarə zəmanət verir ki, Adəmin adı da sırf Azərbaycan adıdır. Məhz buna görə də 80 milyonluq əhalisi olan Türkiyə buraya “Can Azərbeycan“ deyir.
Bəzi hallarda tədqiqatçılar Azərbaycanı dövlət adı kimi qəbul etmək istəyirlər ki, bu da düzgün deyildir. Azərbaycan respublika və dövlət kimi 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra hallanmağa başlayıb. Adın tarixi mahiyyəti sivilizasiyanın əvvəlinə şamil edilməlidir. Müqəddəs dini ad kimi Azərbeycan adı məhz dünyanın ilk qibləgahı kimi qəbul edilib, zamanın ilkin 7 dövləti buraya ziyarətə, hacılığa gəlib ki, həmin ziyarət məkanının dövləti Alban olub. Fikrimizi təsdiq etmək üçün dünyanın ilkin hacılığı olan bu yerin mənbəyindən mənsəbinə, yəni son intəhaya qədər olan mifoloji, toponimik xəritəni sistemləşdirmək xüsusi bir məqsəd kimi zərurət doğurur. Bu mifoloji xəritəni nəzərdən keçirək.
İlkin hacılığın qapısı, adından göründüyü kimi, Hacıqabildən başlanmışdır.
Qabil-qəbul edən, mümkün ola bilən, qarşılayan. Qabili ehtiram-hörmət edilmədi. Bax. ə.f.lüğ. səh. 101.
Hacıqabildən sonra ikinci məkan Novaidir.
1) Nov-təzə, yeni.
2) Novayi (n) - yeni adət və yeni din qəbul etmiş. 2) yeni gəlmiş, bəzəkli gözəl.
Lüğəti terminlərdən göründüyü kimi, bu iki ad bir-birini təsdiqləməklə yeni dinin, yəni bütpərəstlikdən sonra ilkin təkallahlığın, İbrahim dininin təcəssümü kimi özünü göstərir. Məhz hacılığın, ilkin İbrahim dininin ilk xanəgahı da buradadır (Piri Xanəgah).
Pir-Qoca, təriqət banisi, ziyarət edilən ocaq.
Piri-muğan, yəni muğların, atəşpərəstlərin piri.
Xanəgah- bir şeyx və ya mürşüdün rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer, təkyə. Bax. ə. f. lüğ. səh.684.
Novaidən sonrakı əsas hacılıq məqamlarından biri məhz ziyarət yeri. Bax. ə. f. lüğ. səh 659- səh 34.
Əsas ziyarət yerlərindən biri. XII Legionun, İsgəndərin, Sezarın, hindlilərin və başqalarının ziyarət etdikləri işarələr və sözlər qeyd etdikləri məkan, Qabıssan qayaları. Bu əraziyə Duvannı, Səngəçal, Çeyr və sair aiddir.
Bəli bu adlar toponimik baxımdan düzgün açıldıqda fikirlərimiz, hacılığa gedən yollar bir daha təsdiqini tapır.
Alyat (ələt) ali mənsəb sahibləri olan yer. Qazi xanın (Qazan) Haruzun, Uruzun, Banu Çiçəyin vətəni Alyat bax.ə f.lüğ. səh 19. Mübaliğəsiz deyərdim ki, Qabıssan qaya işarələri məhz bunların zamanında sivil bir məqsəd kimi, mifoloji bilik məcmusu kimi istedadlı adamları tərəfindən yazılmışdır. Dünyanın ilkin yazılarıdır bunlar, qalanları isə bu yazıların davamıdır. Bundan əlavə, ilkin olaraq ilk iplər diş və dırnaqla burada əyrilmişdir. (Çörəyi dişlə-dırnaqla qazanmışam misalı buna aiddir). İlkin xalçalar da bu məkanlarda toxunmuşdur. Daş ağaz, yəni başlanğıc həyat (Oğuz deyirik buna) bu məkanlardır.
Xalça-xaliq sözündən götürülmüşdür, yəni xalq yaradıcılığı deməkdir. Muğamın da vətəni buradır. İlkin başlanğıc muğam Bərdaştı öz adı ilə məhz Novai yaxınlığındadır. Dünyanın ilk dağ səhnəsi də bu yerdədir.
Bütün bunlar göstərir ki, XII Legion, ərəblər öz əlləri ilə yazdıqları Qabıssan qayalarındakı yazılar ümumi, dünya ziyarətinin mənbəyi olmuşdur. Bunlar əsərlərimdə xırdalıqlarına qədər açıqlanıb. Sınaq daşı (daşın ortasında çətin keçilən dairədən hər adam keçə bilməz) məhz buradadır. Qədim, qoca Qabıssanda. Bütün bunlar buranın dünyanın ana ziyarətgah məkanı olmasını sübut edir. Sal qayaların arasında yabanı alma, armud, gavalı, əncir, üzüm, nar və b. meyvələrin bitməsi Allaha bağlanan zərurətlərdir, əziz oxucu. Habilin, Qabilin ilkin taxıla əl vurması bura ilə bağlıdır. Dünyanın ilkin sədaları buradan ərşi-fələkə yüksəlmişdir. Qaval (Qəbail daşı, yəni qəbilə daşı) daşı buna inkaredilməz bir sübutdur. Bəli, kiçik bədii gəzintidən sonra qayıdaq toponimlər aləminə.
1) Divanı - dua olunan yer deməkdir. Bəli, dünyanın ilk hacılıq duaları buradan başlanmışdır. İbrahim namazları burada pak yerdə, Xəzər sahillərində qılınmışdır (Xəzər).
Həzər-ilkin oturaq təsərrüfata keçid. Şəhər həyatı bax. ə.f.lüğ. 718.
2) Divanni - haqq-ədalət duanı olan yer. Dünyanın ilkin şəfa arzuları, tövbələri burada olmuşdur.
3) Divanni-dərvişlər, divanələr olan yer. 1. Nəsimi dahiyanə şəkildə bildirmişdir, sözün açarı sözün özündədir. Onun hərflərindədir. Naşı tədqiqatçılar bəsit şəkildə bəzən adları tayfa adı ilə bağlayıb məkanı, həqiqəti sanki təhrif edirlər. Divanı türk ölkələrinin əksəriyyətində var. O cümlədən Alyat adı.
Alyatın başqa bir adı Manasdır. Manas adının da mənası ali mənsəb sahibləri deməkdir.
Səngəçar (Səngəçal).
Səng-daş, sınaq daşı deməkdir. Səngə-sitəm-daş kimi ağırdır. Bax. ə.f.lüğ. səh.551.
Lüğəti ad göstərir ki, 1-ci variant Səngə sınaq daşı məhz buradadır. Dünyanın ilkin sınaq daşı.
Səngəxarə - çaxmaq daşı ilkin vətəni məhz buradır.
Ca-yer, məkan, məhəl deməkdir. 1-ci variant.
Səngə - (Çar) dörd 2) fəlsəfədə dörd ünsür (torpaq, su, hava, od).
Çar (pa) dördayaqlı heyvan, mal-qara, qışlaqlara işarə. bax. Ə.f.lüğ səh 743.
Səngəçar yaxınlığında Çehr (Çeyl) üz, sifət, çöhrə. İlkin insana işarədir. bax. ə.f.lüğ. səh 744.
Ziyarətçilər bu yerləri ziyarət etdikdən sonra Bibiheybətə doğru getmişlər. Şeyxlər toplanan bir məkana. Dünyanın ilkin olaraq günəşə sitayiş etdiyi yer, məkan. (təhrif edib Şıxov deyirik bu müqəddəs yerə).
Bi-inkar bildirir, inkar edir, bi-bi qəti inkar edir. Sual olunur: nəyi inkar edir, əlbəttə, Heybəti.
1) Heybət-qorxu, dəhşət, heybətamiz-qorxunc, dəhşətli.
2) Heybət - hörmət, izzət, ləyaqət, etibar, nüfuz. bax. ə.f. lüğ. 712. Demək Bibiheybət qorxulu, dəhşətli bütpərəstliyi inkar edib Beyə hörmət, izzət, yəni beyə-beyyət günəşə sitayiş etməklə İbrahim dininə baş əymək, səcdə etmək deməkdir. Buradan ilkin zamanlarda içəri, indiki “İçərişəhər“ə yol ayrılmışdır. Buna görə bu tarixdən İçərişəhər adı öz yerini tutmuşdur.

Hacıqabuldan başlanan dünyanın ilk hacılığı, 3 müqəddəs od məkanından keçib

Bu ziyarətdən sonra istiqamət od məkanlarına yönəlmişdir. Hansıdır bu od məkanları? 1) Pir və ya Pirallahı, 2) Ağəşgah, 3) Yanar dağ (Məhəmmədli). Bəli bu üç ad dünyanın əlbəttə zamanında ilkin oda sitayiş məkanları olmuşdur. Odlar diyarı Azərbaycan adının bir mənası da bunlarla bağlıdır. Dünyanın ən məşhur alimlərindən olan T.Heyerdal bizim alimlərə 1990-cı illərdə belə bir sualla yazılı şəkildə müraciət etmişdir. Azər və ya Azəri bir addır və yaxud ayrı-ayrı mahiyyət daşıyan adlardır. Bizim alimlər ona cavab yazmışlar ki, bunlar bir və ya eyni adlardır.
Əslində bu adlar ayrı-ayrı mənalar daşıyır.
Azər-od deməkdir.
Azəri isə oda sitayiş edən atəşpərəstlər deməkdir.
Azərbaycanda üç od olduğu üçün, bura odlar diyarı deyilmişdir.
Atəşgah - zənd əvəstaya (Avesta) görə ilkin od Gəzən düşdü.
1) Gəz - yolğunluq olan yer.
2) Gəz - uzunluq ölçüsü, genişliyə işarə.
3) Gəz - dəfə, kərə (yəni fasiləsiz gediş-gəliş yeri, ziyarətgah). Bəli, bu atəşgahdır. Atəş-od, gah-işə, zaman və ilkin məkan deməkdir. Yəni ilkin od və onun məkanı.
Budur atəşgahın ideoloji tənliyi.
Pirallahı
1) Pir - ziyarət edilən qəbir, ağac, ocaq.
2) Piranəsər - qoca, çox qoca
3) Pirü cavan-cavanlı, qocalı hamı. Ziyarətə gələnlərə işarə. bax. ə.f. luğ. Səh 500-501.
1) Pirab - çox sulu, ilə dolu (Dənizə işarə).
2) Püratəş- odlu, odla dolu, çox kədərli, qəmli (dini mənada).
3) Pürnur - çox nurlu, çox işıqlı bax. ə.f. lüğ səh 504-55. Bəli, bu söz tənlikləri də, bu ad yerinin müqəddəsliyinə işarələr verir. Bu ziyarətgahlara sonuncu tanıdıqlarımdan İndira Qandi gəlmişdir. Hind alimlərindən biri, atəşgahı ziyarət edərkən onun ürəkdən ağladığını görən şəxs soruşur, nəyə görə belə ürəkdən ağlayırsan, səbəbi nədir? Cavabında bildirib ki, mən buranı əvvəldən belə bilsəydim, evdə və siyyətnaməmi yazıb buradaca özümü odlayıb behiştə qovuşardım. Əlbəttə, bu mötəbər şəxslərin buraya gəlməsi əcdadlarının tarixi ilə bağlı olan məsələdir.
Nəhayət 3-cü od məkanı. “Yanar dağ“, Məhəmmədli?
1) Məhəmməd -bəyənilmiş, mədh edilmiş dini mənada
1) Məd-id-uzun, çox sürən, davam edən.
2) Məd-in (ə) tərifəlayiq.
3) Məd-rək (bax Beyrək) sübut olunan, təsdiqini tapan.
4) Məd-xəl başlanğıc. bax.ə.f.lüğ. səh 340.
Məhz bu od məkanlarına görə rus və Avropa mifologiyasında odlar diyarı adı öz təsdiqini tapmışdır.
Ümumilikdə atəşpərəstlərin dilində bu yerlər Azərkiş adını almışdır.(Atəşpərəst)
Azərkiş-od, İldırım Mələk.
Yəni mələklərin təsiri ilə, ildırımın çaxmasından yerdə çıxan qaza toxunuraq ilkin yaranan təbii od və ya odlar.
Bəli, bu odlar məkanı olan yerlərə ümumilikdə ad verilmişdir Baki (Bakı yox) yəni ağlayan, hüzn yeri ələm yeri. Ziyarətgahlar məkanı. Ümbakidən sonra ziyarət edilən yer. Bax. ə.f.luğ səh. 34.
Hacıqabildən başlanan ziyarət məhz bu dövretmədən keçmiş və həmin yerlərə bu adlar verilmişdir. Bu adlar arxeoloji deyil, məhz mifoloji adlardır. Təəssüflər olsun ki, bu adlar arxeoloji adlar kimi tarixə düşmüş həqiqi tariximiz isə kölgədə qalmışdır. Buna səbəb tədqiqatların məhz Avropa mənbələrinə söykənməsindən doğulmuşdur. Bakidə olan Nardəran adı isə Günəşin qapısı kimi qəbul olunmuşdur. (Nar-Günəşin bir adı, dər isə qapı deməkdir). Bilgah isə Nuha bağlanan addır. Bakı Bilgahı, digəri isə Qüva (qüvvətlər mərkəzi, Baba dağına, Dədə Qorqudda deyilən qışda da, yazda da, buzu əriməyən müqəddəs Qazılıq dağı məhz Baba dağıdır, arzu, dilək, istəkdağı) buradan yeni ağlagəlməyən bir məntiq doğulur. Nuh tufanı olanda Adəmin yaşı 1250 ilə təsadüf edir. Adəmin yerə enməsindən 1250 il sonra mənbələrə əsasən, tufan baş vermişdir. Riyazi üsulla hesablananda iki nəfərin törətdiyi nəsil o qədər də çox olmamışdır. Məntiqi hesablamadan sonra aydın olur ki, Bakı Bilgahından başlanan tufan, yeddi gün neçə saatdan sonra Qüva (Quba yox) Bilgahında başa çatmışdır. Bil-işarə, müqəddəsliyə işarədir.
Gah-isə zaman və məkan mənasındadır. Baxın bu ziyarətlərdən sonra hacılığın son intəhası Baba dağına doğru istiqamət alınmışdı


Turkiyədə səslənən fikir: “Ay Allah-təala Azərbeycana (Azər- Od, bey - Günəşə sitayiş, can isə - ruh verilən məkan - müəllif ) gələn qada-bəla Qabıssana gəlsin. Qabıssan övliyaları onu məhv edəcək. Mən isə deyirəm Türk dünyasına gələn qada-bəla qoy Qabıssana gəlsin. Qabıssanın 172 övliyası və peyğəmbərləri onu məhv edəcək“
(Əvvəli ötən sayımızda)
Beləliklə, Baki Bilgəhından başlanan ilkin dünyanın hacılıq yolu, Qüva (Quba) qüvvətlər məkanına doğru yol alır. (Qüvvətlər mənbəyi məhz Baba dağına görə verilən addır). Dədə Qadir (Qorqud) dastanında bu dağ Qazılıq dağı adlanır. Qışda da, yazda da buzu əriməyən dağ. Dünyada yeganə dağdır ki, mart ayında bu dağda qarın içindən novruzgülü çıxır ki, bunu ilahi müqqədəsliklə bağlamaq olar. Ana südü, dağ çiçəyi yarana məlhəm olacaq mahz söhbəti məhz burada Qüva (Quba) ərazisində olub. Xıdırzində baba, Xıdır, İlyas, Xızır bu ərazidə olub. Nuh İbrahim dövrünün peyğəmbərləridir bunlar. Xızırın namazgahı indii də Çiçi kəndindədir deyilməkdədir. (Bilgah ərazisində).
Qazılıq, əslində Qazüyülhacət dağıdır - dini əqidəyə görə, hər kəsin ehtiyacını yerinə yetirən (allah) bax. ə.f. lüğət. 102. Məhz bu müqəddəsliyi verən Adəm, Nuh, İbrahim peyğəmbərlərin gücüdür, onlarda olan müqəddəslik işarəsidir. Diqqətlə izləyin damla-damla acaçayıq bu qızıl düyünləri. Hacılığa gedən yol iki istiqamətdə olub.
1) Bakını gəzdikdən sonra, oradakı bütün ziyarətgahları bir-bir ziyarət etdikdən sonra, Sumqayıt yolu ilə Baba dağına səfər başlanırdı. Geri qayıdanda Aqsu (Axsu), Şamaxı Dədəgünəş yolu ilə Mərəzə Safinovruz xanəgahını ziyarət edib geri qayıdardılar.
2) Mərəzə indiki torpaq yolu ilə Ümbakidən (Səngəçardan) başlanan yol Qara qaya yolu ilə, (Dədə Qorqudda bu dağ Qaradağ adlanır ki, bu da Xanəgaha görə xüsusi qeyd olunur). Diri baba ziyarət edilib istiqamət Baba dağına yol açar. Makadoniyalı İsgəndər məhz Axsu-Şamaxı yolu ilə Baba dağına gedib. O, öz atı ilə birlikdə burada dirilik sularından olan istisuda çimmişdir. (“İsgəndərnamə“ əsərində bunu geniş şəkildə izah etmişəm. Bax. Ş.Qabıssanlı “Bəşəriyyət başlanğıcını haradan götürüb“ kitabına). Axsulular haqlı olaraq bildirirlər ki, İsgəndlərin xəzinəsi buradadır. Ancaq bu xəzinənin açılmasının və ya bəlli olmasının xüsusi şifrləri vardır ki, təəsüf ki, Axsulular burada bir az yanılırlar. Bu xəzinə Daranı məğlub edəndən sonra (İsgəndər və onun qoşunlarının payına düşən qızıllardır. (Ləl-cəvahirlərdir). N.Gəncəvi ona görə də İsgəndərin dili ilə yazır ki, qızılları götürün və ya götürməyin, götürən də peşiman olacaq, götürməyən də. Götürənlər başlarına vurdular ki, nəyə görə az götürmüşük, götürməyənlər isə başlarına vurdular ki, niyə biz götürməmişik. Bunun səbəbi İsgəndər qoşunu ilə Şivan yolu ilə Baba dağına gedib-geri qayıdanda Sumqayıt yolu ilə geri qayıdılardı. Onlar Baba dağını ziyarət etdikdən sonra, şeytana daşatma mərasimindən sonra, (son intəha) Dağıssana, ondan o tərəfə hücum edib istəniləndən də artıq Xəz-dəri və Qızıl əldə etdilər ki, Şirvanda basdırılan qızıllara ehtiyac qalmadı. Maraqldıdır ki, bu xəzinə xüsusi ağılagəlməyən yerüstü, şifrlərlə xüsusi metodla basdırılıb?!
Yunanların Şirvana qədim Qabıssana (Qabıssanın ilkin adı Şam olub) ziyarətə gəlməsini təsdiq edən xeyli praktik sübutlar var ki, tarixi əsərlərdə bunlar zərrə qədər də işıqlanmayıb, ərsəyə çıxarılmayıb. Ona görə ki, tariximiz Avropa yamsılamalarından kənara çıxmayıb. Ə.Cami “Yusif və Züleyxa“ əsərində xüsusi vurğularla dahiyənə şəkildə qeyd edir ki, kim Şamda bir ay qalardısa, bir il ona baş əyərdilər. Əlbəttə, bu qədim Qabıssanın ilkin hacılığına olan işarədən başqa bir şey deyildir. Təəssüflər olsun ki, şam deyəndə hamı Suriya ölkəsinin Şamını nəzərdə tutur. Xeyr dünyanın ilkin “Şami“ və Şəmi Günəş olan atəşpərəstlərə məxsus olur ki, bunun da vətəni qoca, ana, ən qədim Qabıssan və onun Təb-isti məkan, Riza (Təbriz) bir döndən südəmən mənasını daşıyan Təbrizdir. Fikrimizi təsdiqləmək üçün qədim Azərbaycan folokloruna (Azərbaycan) müraciət edək və fikrimizin təsdiqinə qovuşaq.
Əzizim damda mələr,
Uzumda Şamda mələr.
Aşiqin göz yaşları,
Mərmərə axsa, dələr.
Və yaxud
Əziziyəm, Şama gəl,
Pərvanətək Şama gəl.
Günorta vədəliyəm,
Get dolan axşama gəl.
Günorta günəşə, axşam isə aya, ulduza stayiş olunur.
Əzizim hara gəlsin,
“Şama“ nahara gəlsin.
Qışı zəhlə tökəndi
Deyin bahara gəlsin.
Baxın və diqqətlə oxuyun bu müqəddəs vurğularıg
I bayatıda:
Əzizim damda mələr,
Uzumda Şamda mələr.
Dam-ev heyvanı, ov quşu.
Uzum-Vizantiya, Türkiyə
Şam isə Qabıssan,
indiki Azərbaycandır.
II bayatıda:
Əziziyəm Şama gəl,
Pərvanətək Şama gəl.
Bəli, dünyanın ilkin, Şamının pərvanəsi İbrahim olub. Günəşə aşiqliyinə görə bütpərəstlər onu da atmış, Rizvan mələyinin bazubəndinin oda atılması nəticəsində, soyuqluq yaranmış, İbrahim oddan salamat qurtulmuş, ətrafı tər bənövşələrlə əhatələnmişdir.
III bayatıda:
Əzizim hara gəlsin,
Şama nahara gəlsin.
Qışı zəhlə tökəndi,
Deyin bahara gəlsin.
I variantda bütün bu beyyətilər (bayatılar) Suriyanın deyil, sırf Azərbaycan bayatılardır.
II variant Suriyada zəhlətökən qış olmur axı. Bu Qabıssan qışıdır ki, arabalar keçə bilməyən palçıqlı yolları olur. Qarı az hallarda olur. Ona görə də qışı zəhlətökəndi. Baharda isə dərələr, yamaclarda güllərdən sanki yerə xalçalar sərilir. Bunların sayını artırmaq olar. Bütün bunlar sübut edir ki, İbrahim peyğəmbərin Şama üz tutmasının (Bax.Məryəm surəsinə), şeytana əks getməsinin vəsfidir bunlar. A.A.Bakıxanovun “Gülüstani İrəm“ əsərində də Qabıssanın Şam kimi ad daşımasına bir neçə dəfə işarə vurulur. (İndi də Qabbısanda Şam qışlağı, Şamlı tayfalar, məhəllələr və ya Şamil adlı insanlar vardır) Suriyadan heç zaman bizə Şam adlı mənalı sözlər töhfə edilməyib.
Bilgahdan başlanan yol Sumqayıta yol aldı. Sumqayıt adı indiyə qədər mübahisəli və həllini tapmayan bir yer adıdır. Əziz oxucular, inanın bu ad olanda orada bir dənə də ev olmayıb. Bu ad və ya çəkdiyim bütün adlar arxeoloji yox, hamısı mifoloji adlardır ki, bunları hamısı müqəddəs mənalar və ən qədim mahiyyət daşıyır. Bu ad əslində Sumqayıt yox, Suqayıt olmalıdır.
Su-şərə deyilir. Yəni şər qayıdan yer. Yəni istiqamət müqəddəsliyə doğru yönəlir. (Suqayıt olmalıdır). Bunun dalınca gələn Şurabad dediklərimizi təsdiq edir.
Şur-çoxmənalı sözdür, Suqayıtla başlanarsa, onda 2-ci məna eşq, sevgi işarəsi isə Abada bağlanır. Abad-gələcəkdə sonu olmayan, həmişəlik olanlar. Yəni Cənnəti qazanmaq istəyinə gedən yol, məkan. Baxın adlarımızın mənalarına, bu mənalardan doğan tarixə. Bunlardan qədim adlar yoxdur yaşadığımız dünyada. Suqayıtdan, Surabaddan gedən yol, Siyəzəndə sanki bir tufan qoparıb məni Kəhf surəsinə Qurana bağlayır. Bu şəhərdə (Siyəzəndə) böyük bir mağara var. İsgəndər bu mağara ətrafında lövbər salıb, atlarını burada saxlayıb beşbbarmaq dağına qalxıb. İsgəndər iki qaya arasında gizli səslə əlaqəyə girib burada.
Mən bunlara inanıram və N.Gəncəvinin ideyalarına tam şərik oluram. Ona görə də yazdığım əsərlərdə qeyd etmişəm ki, “İsgəndər fatehdir, yoxsa peyğəmbər?“. Bəli, mənim yazı dünyamda İsgəndər həm fateh, həm peyğəmbər, həm də dünyanı azdırıb səhv istiqamətə yönəldən bir sərkərdədir. İsgəndər dünyanın şahən-şahı (o zamanlar 7 ölkə olub ki, 7-si də Daraya xərac verməklə müharibələr aləmindən uzaq olublar. Bunu dünya alimi T.Heyerdal da təsdiq edib. Sivilizasiyadan öncə azad sivilizasiya olub) olub. Acaq Siyəzən sözünü ancaq lüğəti terminlərlə və mifoloji yazdığımız adlarla bağlamaqla açmaq olar və belə məsləhətdir.
Sözün kökü siyahla bağlanır.
1) Siyah-qara, pis, xoşagəlməyən
2) Siyah (bəxt) bəxtiqara, bədbəxt
3) Siyakar - günahkar, təqsirkar. (Hacılığa gedənlər ancaq və ancaq günahkar kimi gedir, yəni günahlarının bağışlanmasına gedir o yerlərə)
4) Siyəhri - təqsirli, günahkar
2-ci qoşma bağlantı ilə zənn və ya zənndir.
Zənn (b) günah, qəbahət, təqsir (Təqsirkar kimi gedir insanlar hacılığa)
2 Zənn (adıq) zındıqlar, dinsizlər.
Bəli, lüğəti terminlər istər-istəməz fikirlərimizə tam təsdiq gətirir. Adın dinlə bağlanmasına bir işarə verir.
Beləliklə, Siyəzən mağarasına, böyük bir mağaraya, Beşbarmaq dağının aşağısından olan mağaraya istiqamət alırıq. Açaq bu mağaranın sirrini.
Şakir Qabıssanlı
Bakı İdarəetmə vəTexnologiya
kollecinin tarix, fəlsəfə müəllimi


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019