Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əmanətçilər faiz dərəcələrinin azaldılmasından və sığortalanmamasından narahatdır
Tarix: 22.10.2010 | Saat: 14:15:00
Bölmə:Araşdırma | çapa göndər

Son illərdə Azərbaycanın sosial-iqtisadi həyatında müsbət dəyişikliklərin baş verməsi, ölkə iqtisadiyyatının yüksələn templə inkişafı göz qabağındadır. Ancaq inkişaf olan yerdə problem də olar deyirlər. Əldə olunan çoxsaylı uğurlarımıza baxmayaraq, bəzi çatışmazlıqlar və nöqsanlar hələ də mövcud olaraq qalmaqdadır. Çözülməsi gərəkən problemlərin bir qisminin yaşandığı sahələrdən biri də bank-maliyyə sektorudur. Xüsusilə də banklardakı əmanətlərin tam sığoratalanması və əmanətçilərin hüquqlarının qorunması sahəsində bəzi problemlər var ki, yazımızda da bu məsələyə toxunmaq istəyirik.
Öncə vurğulamaq yerinə düşər ki, əmanətçiləri daha çox narahat edən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin illik 15 faizdən 12 faizə endirilməsi, eləcə də sığortalanmamış əmanətlərin batma təhlükəsinin yaranması ilə bağlıdır. Biz də öz növbəmizdə bununla bağlı aidiyyəti qurumlarla və mütəxəssislərlə əlaqə saxladıq.
Bəzi əmanətçilərə 30 min manat kompensasiya ödənilə bilər
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (AƏSF) rəsmiləri öncə sığortalanmış əmanət barədə ətraflı məlumat verdilər. Onlar bildirdilər ki, 2007-ci il avqustun 12-də fəaliyyətə başlayan adıçəkilən qurumun yaradılmasının əsas məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Bu məqsədlə Azərbaycanda fiziki şəxslərdən əmanətlər cəlb etmək hüququ olan və AƏSF-dan şəhadətnamə almış banklar və xarici bankların yerli filialları, fondun iştirakçıları qarşısında əmanətçiləri məlumatlandırmaq üçün bir sıra vəzifələr qoyulub. Məsələn, sözügedən fondun iştirakçısı olmasını təsdiqləyən şəhadətnamə əmanətçilərə xidmət göstərilən yerlərdə asılmalıdır. Əmanətlərin sığortalanması, o cümlədən kompensasiyaların ödənilməsi şərtləri, habelə fondun fəaliyyəti ilə bağlı elanların verildiyi və bildirişlərin dərc edildiyi KİV-lər barədə məlumatlar bank əmanəti və ya bank hesabı müqaviləsində verilməli və bankın yerləşdiyi binada əmanətçilərə xidmət göstərilən yerlərdə yazılı şəkildə asılmalıdır. Əmanətçilərin yazılı və şifahi sorğularına əsasən, sığorta sistemində bankın iştirakı, əmanətlərin sığortalanması şərtləri və kompensasiyalar barədə məlumat verilməlidir. AƏSF bir sıra əmanətlər üzrə kompensasiya ödəməməlidir. Yəni adsız depozit sertifikatları, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdıqları bank hesablarındakı pul vəsaitləri, ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində pul vəsaitləri, bank qarşısında öhdəliklərin təminatı olan pul vəsaitləri, yerli bankların ölkə ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş pul vəsaitləri, qeyri-qanuni yolla əldə olunduğu qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş pul vəsaitləri, cinayət törədilməsi nəticəsində əldə edildiyi barədə məhkəmə qərarı olan pul vəsaitləri, üzərində qanuna müvafiq qaydada həbs qoyulmuş pul vəsaitləri, cəlb edildiyi günə 15 faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər, fiziki şəxsin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri, bankla yaxın əlaqəsi olan şəxslərin (bankın Müşahidə Şurasının, İdarə Heyətinin və Audit Komitəsinin üzvləri və onlarln yaxın qohumları, bankın iri səhmdarları (10 faiz və daha çox səsvermə hüququ olan səhm sahibləri) və onların yaxın qohumlarının əmanətləri təzminatdan məhrumdur. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqlarını yalnız banklar ödəməlidir. Bundan başqa hər hansı bir iştirakçı bankda sığorta hadisəsi baş verərsə, əmanətçilər sığortalanmış əmanətlər üzrə əmanətin 100 faiz həcmində və maksimum 30 min manat məbləğində kompensasiya ala bilərlər. Qeyd etmək lazımdır ki, kompensasiya məbləğinin 30 min manata çatdırılması MDB məkanında ən yüksək kompensasiya məbləğidir. Müqayisə üçün Qazaxıstanda kompensasiya məbləği 33 min, Rusiyada isə 25 min ABŞ dolları təşkil edir.
İllik faiz dərəcəsi 12 faizdən yuxarı olan əmanətlərə kompensasiya ödənilmir
“Əmanətlərin sığortalanması haqqında“ qanuna dəyişikliklərin tətbiq olunduğu dövrə kimi, yəni 2009-cu il yanvar ayının 1-nə kimi qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsindən asılı olaraq 14,4 faiz təşkil edib. Həmin bank 14 oktyabr 2008-ci ildə uçot faiz dərəcəsini 12 , 31 oktyabr 2008-ci ildə isə 10 faiz müəyyən edib. Uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlər hesab olunub. Üzv banklar tərəfindən 2008-ci il oktyabrın 31-dən etibarən AMB-nin uçot faiz dərəcəsinin 1,8 mislindən yuxarı, yəni 18 faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilən əmanətlər qorunmayan əmanətlər sayılıb. 2008-ci il oktyabrın 31-i tarixindən əvvəl qəbul edilmiş əmanətlər əgər qəbul edildiyi tarixdə qorunan əmanətlər sayılmışsa, AMB-nin uçot faiz dərəcəsinin dəyişdirilməsindən asılı olmayaraq, AƏSF tərəfindən qorunur və sığorta hadisəsi baş verərsə, bu əmanətlərə görə kompensasiya ödənilir. Adıçəkilən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, əmanətin məbləği və faizlər yuxarıda göstərilən kompensasiya məbləğindən artıq olmasın. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə - manatda, ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda, digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə AMB-nin rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesblanmış ABŞ dolları və ya avroda verilir. Onların dediyinə görə, adıçəkilən qurumun Himayəçilik Şurası Mərkəzi Bankla razılaşdırılmaqla 2010-cu il iyun ayının 1-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 15 faizdən 12 faizə endirib. 1 iyun 2010-cu ildən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi 12 faizdən yuxarı olarsa, bu əmanətlər sözügedən fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Kommersiya banklarında olan hər 3 - 4 manatdann1-i sığortalanmır
AƏSF rəsmiləri onu da vurğuladılar ki, adıçəkilən qurumun iştirakçı banklardan topladığı 3-cü rübün təqvim statistikası hələlik tam hazır deyil. Ancaq 2-ci rübün təqvim haqları 866 min manat, 1 milyon 299 min ABŞ dolları və 175 min avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. Sözügedən fondun sığorta ehtiyatları 27 milyon 309 min 700 manat təşkil edir. Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 2 milyard 484 milyon manat, qorunmayan əmanətlər 818 milyon 577 min manat, qorunan əmanətlər isə 1 milyard 665 milyon manat təşkil edir. Qorunan əmanətçilərin sayı isə 5 milyon 277 min 283 nəfərdir.
Sözügedən məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov öncə dedi ki, hazırda ölkədə 47 bank fəaliyyət göstərir və onlardan cəmi 43-ü AƏSF-in üzvüdür. 818 milyon 577 min manat əmanətin sığortalanmaması səbəbləri ilə bağlı sözügedən fond hələ də heç bir açıqlama verməyib. Mütəxəssis güman edir ki, bu səbəblər həmin əmanətlər üzrə faiz dərəcəsinin yüksək olması, eləcə də onların məbləğinin 30 min manatı ötməsi ilə əlaqədardır. AƏSF-in qaydalarına əsasən, illik 15 faizlə və yerləşdirilən əmanətin maksimum məbləği 30 min manata qədər olan əmanətlər sığortalanır: “Amma sığortalanmayan 818 milyon 577 min manat əmanət kifayət qədər böyük rəqəmdir. Bu, o deməkdir ki, kommersiya banklarında olan hər 3-4 manatdan 1-i sığortalanmır. Əmanət şəklində qoyulan hər 3-4 manatdan birinin sığortalanmaması əmanətlərin qorunması yönündə ciddi risk yaradır“.
Milli Məclis qarşısında məsələ qaldırmaq lazımdır
Bir sıra kommersiya banklarının əmanətlər üzrə yüksək faiz dərəcəsi təklif etdiyini deyən iqtisadçı-ekspert bildirdi ki, banklar vəsait cəlb etmək üçün ucuz kampaniya aparırlar. Bu da vəsaitlərin qorunması baxımından kifayət qədər risklidir: “Əgər 818 milyon 577 min manat əmanəti yerləşdirən kommersiya bankları müflis olarsa, o zaman həmin məbləği geri qaytarmaq mümkün olmayacaq. Çünki onlar sığortalanmır. Eyni zamanda AƏSF haqqında əsasnaməyə, həmçinin onun tətbiqlədiyi qaydalara əsasən, sözügedən təxmini 818,6 milyon manatın əmanətçilərə geri qaytarılma mexanizmi yoxdur. Amma göstərilən rəqəm kifayət qədər böyük olduğundan, AƏSF bu vəsaitin sığortalanması istiqamətində fəaliyyətini davam etdirməlidir. Bu gün vətəndaşların əksəriyyətinin sığortalanan əmanətlərinin faiz dərəcələri, o cümlədən sığortalanan əmanətlərin maksimum məbləği yönündə məlumatları kifayət qədər azdır. Əslində 818 milyon 577 min manat əmanətin sığortalanmaması əmanətlərin sığortalanması faizləri ilə bağlı məlumatsızlıqdan doğub. Bəzən vətəndaşlar daha çox gəlir götürməyə meyl edərək 15 faizdən artıq divident vəd edən banklarda vəsaitlərini yerləşdirməyə çalışırlar: “Bu da risklidir. Bundan başqa, hər 3 - 4 manatdan 1 manatın sığortalanmaması AƏSF-in qaydalarına yenidən baxılmasına ehtiyac olduğunu gündəmə gətirir“.
V.Bayramov onu da qeyd etdi ki, Qazaxıstan və Rusiyada sığortalanan əmanətlərin maksimum həddi Azərbaycanla müqayisədə 2 dəfə çoxdur. Bir sıra MDB ölkələrində əmanətlərin sığortalanması üçün maksimum məbləğ 100 avrodur: “Hətta Pribaltika ölkələrində kommersiya banklarına yerləşdirilən bütün əmanətlər sığortalanır. Bunları nəzərə alsaq, Azərbaycan Mərkəzi Bankının və AƏSF-in 30 min manatın dəyişdirilməsi ilə bağlı Milli Məclis qarşısında təkliflə çıxış etməsi vacibdir. İndki halda 30 min manat bütün əmanətlərin sığortalanmasına imkan vermir. Reallıq odur ki, 818 milyon 577 min manatın batma təhlükəsi var“.
Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019