Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
Tarix: 22.01.2018 | Saat: 14:30:00
Bölmə:Müsahibə | çapa göndər

Türkiyə Silahlı Qüvvələri yanvarın 18-dən 19-a keçən gecədən başlayaraq, Suriyada – Afrin bölgəsində əməliyyatlara başladı. Ankara daha əvvəlcədən də bəyan edirdi ki, Birləşmiş Ştatlar qardaş ölkənin təhlükəsizliyinə təhdid olan 30 minlik terrorçu qruplaşmalardan ibarət ordu yaradır. Türkiyə rəsmiləri əməliyyatlardan hələ üç həftə əvvəl Vaşinqtonu bu addımına görə qınadı.

Rusiya qoşunları Türkiyə ordusuna dəstək məqsədi ilə bölgədən çıxdı. Artıq bir neçə gündür ki, əməliyyatlar uğurla davam etdirilir. Türkiyə Müdafiə Nazirliyi əməliyyatların ilk iki günündə 112 PKK və YPG mövqelərindən 108-nin vurulduğunu bəyan etdi. Türkiyənin son illərdə ən uğurlu taktiki gedişi kimi qiymətləndirilən bu əməliyyatlar Azərbaycanda da gündəmin əsas mövzularındandır.

Baş verənləri və onun nəticələrini ekspert Zəlimxan Məmmədli ilə müzakirə etdik. Zəlimxan Məmmədli hafta.az-a müsahibəsində bildirdi ki, Türkiyənin Afrin bölgəsindəki əməliyyatları uğurla nəticələnəcək.

- Zəlimxan bəy, Türkiyəni Afrindəki əməliyyatlara sövq edən zəbəblər nədir?

- “Böyük Orta Doğu” layihəsində gizli bir məqam var. Bu məqam Türkiyəni bölgədə zəif, bölünmüş, bir savaşa sürüklənən, idarə olunan, “sözə baxan” hala gətirməkdən ibarətdir. Yəni, sadaladıqlarım həmin projenin tərkib elementlərindən biridir. Digər tərəfdən, İsraili bu regionda söz sahibi etmək, Qərbin, Avropa Birliyinin regionda təmsilçisi olaraq Tel-Əvivin hegemonluğunu təmin etməkdir. Qüds məsələsi ilə bağlı qərarın da təsadüfi olmadığını düşünürəm. Bu da həmin layihənin tərkib elementidir. Terroru himayə edən qüvvələr də bəllidir. Burada Rusiya və Amerika Birləşmiş Ştatları faktoru da var. Türkiyə haqlı olaraq – Suriyanın içərisində terroru bəsləyən yuvalar var – deyərək, xeyli müddətdir ki, Amerika ilə dialoq aparır. Təssüf ki, ABŞ bir tərəf olaraq PYD-ni silahlandırır və bunu açıq şəkildə deyir. PYD isə Türkiyə üçün təhdid mənbəyidir.

- Suriyanın içərilərində PKK və YPG-yə qarşı əməliyyatlar Ankaranın bölgədəki nüfuzuna hansı formada təsir edəcək?

- Dərin qatda Qərb və Amerika işbirliyində Türkiyəni Avropa Birliyinə qəbul etməmə fikri mövcud idi. Avropa Birliyinin “qapısında” uzun müddət gözləyən Ankara özünə alternativ axtarmalı idi. “Orta Doğu” layihəsində təhlükəsizlik pərdəsinin arxasındakı təhdidləri görür. Türkiyə ehtiyat variantlar işləyir, burada kimlərlə işləyəcəyini götür-qoy edir. Belə bir məqamda ortaya Rusiya, İran faktoru gəlir. Təbii ki, Suriyanın yüksək rütbəli rəsmiləri ilə koordinasiya olunmuş fəaliyyət də mövcuddur. Bunun özü Türkiyəni bölgədə aşağıda olan yox, yuxarıda diktə edən, regionun super gücü kimi ortaya çıxmasını zəruri edib.

- Necə düşünürsünüz? Türk ordusunun uğurlu əməliyyatları fonunda Ankaranın siyasi müstəvidə gəlirləri nədən ibarət olacaq?

- Bu baxımdan Türkiyənin indiki durumunu, atdığı addımları birmənalı şəkildə təqdir edirəm.   Ankara Vaşinqtonla bir yerdə PKK, PYD, PJAK, YPG və İŞİD-ə qarşı koalisiyada olsaydı, Amerika da Türkiyənin gücünü və varlığını qəbul etsəydi fərqli bir situasiya yarana bilərdi. Təssüf ki, belə olmadı, ikili yanaşmalar sərgiləndi. Belə olan halda da Türkiyə özünə, xalqına güvəndi. İqtisadiyyatını yeni qaydalarla, yeni modellərlə inkişaf etdirdi. Terrorlar, küçədə yüzlərlə insanların ölümü, qətliamı da qardaş ölkənin çökdürülməsinə hesablanmış addımlar idi. Bu da baş tutmadı. 15 iyul 2016-cı ildəki hərbi çevriliş cəhdinin iflasa uğraması Türkiyənin bölgəyə girməsinə şərait yaratdı. Artıq Ankara bölgədə sıra nəfəri yox, tərəfdir, gücdür. Afrin əməliyyatlarının uğurla nəticələnəcəyi haqda da nikbin fikir söyləmək olar. Bunun üçün bir neçə amili diqqətdən keçirək; birincisi, Türkiyənin içərisi bütövdür.  Bu çox önəmli məsələdir. İkincisi, qardaş ölkədə bu istiqamətdə əhavl-ruhiyyə çox yaxşıdır. İnsanların ruhani dünyası bu məsələyə köklənib. Üçüncüsü, Türkiyənin öz hərbi sənayesi meydana çıxıb. Türk ordusu Afrin əməliyyatlarını kifayət qədər müasir silahlarla həyata keçirir. Bu baxımdan Türkiyənin təhlükəsizliyinə kənardan olan təhdidlər azalacaq. İçəridə isə teraktlar baş verə bilər. Hətta siyasi terrorlara qədər gedilə bilər. Təbii ki, bunlar ehtimal edilən məsələlərdir. Hesab edirəm ki, Ankaranın bunun üçün də ehtiyyat variantları var.

- Zəlimxan bəy, ilk günlərdə Rusiya kimi İranın da terrorla mübarizədə Türkiyənin yanında olduğu hiss olunurdu. Əməliyyatların ilk iki günündə türk ordusu Afrində PKK və YPG-nin 112 mövqelərindən 108-ni məhv etməsi İranın narahatlığına səbəb oldu. Tehran əməliyyatların dayanadırılmasını bəyan etdi. Bu kimi məsələlər hazırki fikir ayrılığına baxmayaraq, Ankara ilə Vaşinqton arasındakı münasibətləri yenidən istiləşdirə bilərmi?

- Güman edirəm ki, Amerika Birləşmiş Ştatları ilə Türkiyə masa arxasında oturmalı olacaq. Artıq İran Türkiyənin Afrindəki əməliyyatları dayandırması ilə bağlı bəyanat verdi. Əvvəllər də bildirmişəm ki, Rusiya və İran uzun müddət Türkiyə ilə sədaqətli dost ola bilməz. Belə olan halda da Vaşintonun Ankara ilə bir masa arxasına oturma zərurəti yaranır. Mənə elə gəlir ki, ən ciddi dönüş nöqtəsi də oradadır. Artıq Amerikanın içərisində də böhranlar var. BMT Təhlükəsizlik Şurasının məhz bununla bağlı toplantı çağırması məsələsi gündəmdədir. Nəhayət, uzun ayrılıqdan sonra ABŞ dərk edəcək ki, Türkiyə ilə əməkdaşlıq mütləqdir və zəruridir. Hesab edirəm ki, yenidən Ankara və Vaşinqton yaxınlaşması gündəmə gələ bilər. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018